Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

81
sizə göstərib hərənizdən 100 manat alacağam. Gəldik həyətə, 
gördüm  tövlənin  qapısı  açıqdır.  Sən  demə,  qızım  Minayə 
bilməyib qapını açıb qabanı qaçırıb. Həm ət sarıdan, həm də 
mərcdən olacaqdım kalan, amma doğrum oldu yalan.
Kəndin  digər  məzəli  söz-söhbət  sahiblərindən  biri 
Əliheydər Bədəlovdur. Bir sıra lətifələrin qəhrəmanı özüdür. 
Əliheydər şeir də yazmışdır. Bu şeirlərdən birini onu tanıyan­
lara təqdim etmək istərdik.
Adamlar var danışandır, deyəndir,
Adam da var dağıdandır, yeyəndir,
Özü şeytan, imam kürkü geyəndir,
Mən onları görüb gülüb yazmışam.
  O söz yoxdur deyilməsin küçədə,
  Çoxunu mən eşitmirəm bəlkə də
  Dağıdanlar oturur ön cərgədə,
  Oturmağın zərər bilib yazmışam.
Bu yazmaqda məndə təqsir görürlər
Onlar məni “nol” yerinə qoyurlar, 
Mən bilirəm dalda məni söyürlər
Söyənləri əvvəl söyüb yazmışam.
Yerfinin  vəzifə  sahibləri.  1960–1991-ci  illərdə  Yerfinin 
kənd də, eləcə də Yerfidən kənarda işləyən vəzifə sahibləri ol­
muşdur.  Məmmədov  Mövsüm,  Abdullayev  Məmmədşah, 
Məclumov Ramazan və Qəniyev Nəcmulla Yerfidə kənd so­
vet  sədri  vəzifəsində  çalışmışlar.  Bu  dövrdə  təsərrüfata 
Həsənli  Həsənbaba  (1959–1980),  Məmmədov  Ağamirzə 
(1981–1986) və Mikayılov Məmmədrza (1986–1991) rəhbərlik 
etmişlər.
Rayon rəhbərliyində Günəşli Həsən, Səfərəliyev Laçın və 
Səlimov Rəvanbala və başqaları işləmişlər.
Bu dövrdə Bakıda yüksək vəzifəli şəxslər sırasında Nemə-
tov Niyətşah unudulmur.


 
82
Nemətov Niyətşah Səfər oğlu – 1928-ci 
ildə  Qonaqkənd  rayonunun  Qayadalı 
kəndində  anadan  olmuşdur.  Ağakişili­
dir.  Əvvəl  Qayadalı  ibtidai,  sonra  isə 
Yerfi və Qonaqkənd məktəblərində oxu­
muşdur. Atası  tez  vəfat  etdiyindən  bö­
yük  bacısının  himayəsində  yaşamışdır. 
1942-ci  ildə  14  yaşında  ikən  orta  mək-
təbdə  oxumaqla  yanaşı  Qonaqkənd  ra­
yon  rabitə  şöbəsində  poçtalyon  işlə-
mişdir. Marksizm-Leninizm Universite­
tini və M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnsti­
tutunu  bitirmişdir.  Müxtəlif  illərdə  Qonaqkənd,  Saatlı,  Bakı 
şəhərinin  rayonlarında  rabitə  şöbəsinin  rəisi,  1971-ci  ildən 
uzun müddət Bakı şəhər poçtamtının rəisi işləmişdir. Bir sıra 
medallarla  təltif  olunmuş,  əməkdar  rabitə  işçisi  adına  layiq 
görülmüş, prezident təqaüdçüsü olmuşdur. 2007-ci ildə vəfat 
etmişdir.
Haşiyə.  N.Nemətov  işlədiyi  müddətdə  öz  səlahiyyəti 
daxilində təkcə yerfililərə deyil, o cümlədən qubalılara dəstək, 
dayaq olmuşdur. Bir çox gənclərin təhsil almasında, iş tapma­
sında, Bakı şəhərində ev almasında vasitə, kömək olmuşdur. 
Dodaq büzənlərə üzümü tuturam: “Sizin kimlərə köməyiniz 
olub?”
Bu gün isə yerfililərin ümid yeri professor Cabbar Hacıyev­
dir. Heç kim onun yanından naümid qayıtmır. Heç vaxt lov­
ğalanmır, qapısı ən kasıb adamın da üzünə açıqdır. Adını Mö­
hüc  kəndindəki  Pirəbdül-Cabbar  pirindən  olan  Cabbar  pir 
kimi  hərəkət  edir.  (Hələ  ad  qoyulmamış  ölümlə  əlləşən 
körpəni həkimlərə, pirlərə gəzdirən Tavat müəllimə ümidini 
kəsməyib pirə ziyarət edib, körpəyə ad verib.)
Günəşli  Həsən  Cəlal  oğlu  –  Azərbaycan  Dövlət  Xalq 
Təsərrüfatı İnstitutunun maliyyə-iqtisad fakültəsini bitirmiş, 
əvvəl Quba rayon maliyyə şöbəsində ,sonra RPK-də ikinci ka­
tib işləmişdir. “Şərəf Nişanı” ordeni və medallarla təltif olun­
muşdur. Hazırda Quba rayon Ağsaqqallar Şurasının sədridir. 


83
Qubanın tanınmış şəxsləri: Fətəli xan, A.Bakıxanov, M.Bağı­
rovla bağlı araşdırmalar aparır.
Səfərəliyev Laçın Məmmədağa oğlu – 1948-ci ildə Qonaq-
kənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Azərbay-
can Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 
Yerfi kənd məktəbində müəllim, sonra komsomol və partiya 
işlərində çalışmış, Quba rayon partiya komitəsində təlimatçı, 
təbliğat-təşviqat çöbə müdiri, xalq nəzarəti komitəsinin sədri, 
rayon  icra  başçısının  müavini  vəzifələrində  işləmişdir.  Bakı 
Ali Partiya Məktəbini bitirmişdir. Hazırda Dövlət Sosial İqti­
sadi Kollecin direktorudur.
Əlixanov Hüseyn Ənvər oğlu – 1953-cü ildə Yerfidə ana­
dan olmuş, Yerfi kənd məktəbini oxumuş, ADU-nun hüquq 
fakültəsini  bitirdikdən  sonra  Bakı  şəhərinin  rayonlarında 
müstəntiq, prokuror, Gəncə və Bakı şəhər prokuroru işləmiş-
dir. Hazırda Ədliyyə nazirliyi Penitensiar Xidmətin rəis müa­
vini , hüquq elmləri namizədi, ədliyyə polkovnikidir.
Zeynalov Bilal Piri oğlu – 1951-ci ildə Yerfidə anadan ol­
muşdur.  Azərbaycan  Politexnik  İnstitutunu  bitirmişdir. 
1 nöm rəli BTMP-nin direktoru, “Baktaksitrans” istehsalat bir­
liyinin baş direktoru olmuşdur. ”Bakı şəhəri taksi sürücüləri 
üçün  məlumat  kitabı”nın,  “Bakı  şəhərində  taksidən  istifadə 
qaydaları”nın,  “Sürücülərin  və  sərnişinlərin  hüquqları  haq­
qında” Nəqliyyat nazirliyinin kollegiyasının qərarı ilə təsdiq 
olunmuş qaydaların müəllifidir.
Qəniyev Faiq Əsəd oğlu – BDU-nun hüquq fakültəsini bitir­
miş, MTN-də işləyir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Hacıyev  Əfqan  Niyətulla  oğlu  – ADU-nun  hüquq  fakül-
təsini bitirmiş, Bakı Ağır cinayətlər məhkəməsinin hakimidir. 
Kərimov Elnur Rasim oğlu – BDU-nun hüquq fakültəsini 
bitirmiş, hərbi məhkəmədə müstəntiqdir.
Məcidli İlqar Tofiq oğlu – Milli Məclisin məsul işçisi, siyasi 
elmlər üzrə fəlsəfə doktorudur.
Yerfi  musiqiçiləri.  1950-ci  illərədək  Yerfi  kəndində  toyları 
yerli  sazanda  və  aşıqlar  etmişlər.  Həmin  dövrdən  zurnaçı 
Ağakərim,  Qurban,  balaban  ustaları  Kərim  və  Gülbala  xati-


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə