Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 
84
rələrdə yaşayır. 60-cı illərdə tədricən kənardan gətirilən aşıq və 
xanəndələrə üstünlük verilirdi. Belə olduqda yerfililərdən olan 
musiqiçilər və xanəndələr də başqa yerlərdə fəaliyyət göstərdi. 
Ənvər və Mürvət qardaşları Bakının Sabunçu qəsə bəsində, Sa­
bir Yusifov Xaçmazda, Nərminə Talıbova Sumqayıtda, Çingiz 
və Mehman Talıbovlar, Zakir və Bəxti camal İslamovlar Bakıda, 
Novruz Səmədov və Samir Yusifov Qubada yaşayaraq müxtəlif 
kənd və şəhərlərdə toy məclislərini aparmışlar.
Yerfidə sənətkarlıq. Hələ 200 il bundan əvvəl Yerfiyə sənət-
kar şəxslər gəlib məskunlaşmış, burda evlənib yerfili olmuş­
lar. Mürşüd oğlu Əlibəy, eləcə bu gün Cinitli adlanan əqrəba-
nın ulu babası sənətkar olmuşdur. Odur ki, Yerfidə sənətkarlar: 
kürk  ustası  olmuş  Haşımov Ağamayıl,  xarrat  Əzimov Ağa­
mir, dəmirçi Zeynalov Nurbaba cinitlidir.
Yerfidə Novruz adətləri. Hər yerdə olduğu kimi Yerfi kən-
dində  də  Novruzdan  əvvəlki  –  axırıncı  çərşənbə  qeyd  edil­
mişdir. Axır çərşənbə Novruza hazırlıq kimi hər kəs imkanı 
daxilində şirniyyatlar və xörəklər hazırlamışdır. Çərşənbə ax­
şamı  hava  qaralanda  tonqallar  qalanmış,  məzarlar  üstündə 
şamlar yandırılmışdır. O vaxtlar evlərin damı şifersiz olmuş, 
hər evdə baca olmuşdur. Oğul-uşaq ip bağlanmış torbalarını 
bacadan, yaxud dam qırağından sallayaraq bayram nəğməsini 
oxumuşdur. Bayram axşamında bişirilən qoğaldan, bəzədilən 
yumurtadan pay almışlar. Böyük sənətkarımız M.H.Şəhriyar 
“Heydərbabaya salam”poemasında bunu belə təsvir edir:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq.
Azərbaycanın hansısa rayonunda papaq atılıb. Bunu tele­
viziya vasitəsilə bütün Azərbaycana aid etməyə başlayıblar. 
Papaq  atmaq  münasib  deyil.  Bunu  təqdir  etmək,  azərbay-
canlılaşdırmaq  kimə  lazımdır?  Yəqin  ki,  Anarın  Üzeyir 


85
Hacıbəyovun həyat və yaradıcılığından bəhs edən “Uzun öm­
rün akkordları” filmini görmüsünüz. Orda göstərilir ki, tama­
şaya gələn bəylərin hər biri iki yerə bilet alıbmış. Birini özü 
üçün, birini də papağı üçün. Alçaldılmış insana deyirlər: “Pa­
pağını qabağına qoy, dilən!”.
Azərbaycanlılarda  papağa  hörmət  olub.  Onu  qapıya  atıb 
yığıcılıq etmək Novruz bayramına da yaraşmaz. Yerfinin heç 
bir uşağı belə şey etməyib. Çərşənbə axşamının səhəri, yəni 
çərşənbə günü qohum-qardaşla, əqrəbanın ağsaqqalı, ağbir-
çəyi  ilə  bayramlaşıblar.  Bu  bayramlaşma  vaxtı  uşaqlar  da 
dəstə-dəstə gəzərdilər. Bütün bu dediklərim axır çərşənbəyə 
aiddir.
Dərk kəndi haqqında
Vəlvələ çayının Babadağ zirvəsinin dibindən başlayan, Ba­
baçayı adlanan qolu üzərində ən sonuncu kənd Dərkdir. Dərk 
dəniz səviyyəsindən 1500 metrdən yuxarıda yerləşir. Əvvəllər 
bu  kəndin  yeri  Sərədərk  (yəni  kəndin  başı)  deyilən  yerdən 
başlayıb. Çayın yatağı genişləndikcə evlər yuxarıda, tədricən 
yeri kolluq, ağaclıq olan Sirtdə tikilmişdir. Kənd geri çəkildikcə 
güneydən quzeyə doğru məskunlaşmışdır.
Dərk kəndinin yaranma tarixi qədimdir. Belə deyilir ki, bu 
kənddəki nəsillərin biri Qureyşi adlanır. Güman edilir Qurey­
şi adlanan şəxsin bu yerə gəlişi təxminən XII əsrdən əvvələ 
aiddir. Nəsillər arasında Xeybərli, Güzəlli, Babalı, Hacıməm-
mədli və başqaları vardır. (Bax: şəkil 4)
Dərkin ərazisində üç-dörd yerdə qəbiristanlıq vardır. Həm 
də  bu  kənddə  qonşu  kənddən  fərqli  olaraq  ölüsünü  öz 
mülkündə basdırmaq adəti də vardır. Belə ki, bir neçə ailənin 
ölüsü öz bostanının baş tərəfində basdırılmışdır. 
Kəndin ərazisində hamının etiqad etdiyi övliya Şıxbinnət 
baba piri vardır. Baş ağrısı, dəmrov xəstəliyi olan insanlar bu­
raya gəlir, dualar oxuyur, tutiya götürürlər. Dərk kəndi Həzrət 
Babaya  ziyarətə  gedənlər  üçün  dayanacaqdır.  Avtobusla 
gələnlər burada at icarəyə götürüb ziyarətə gedirlər.


 
86
Sovet  hakimiyyətinin  ilk  illərində  Qaçaq  Mayıla  qarşı 
mübarizə aparılanda dərklilərdən də məcburi şəkildə istifadə 
etmişlər. Milisin yüksək rütbəli şəxsləri dərklinin birini məc-
bur edib ki, Mayılı aldadıb çağırsın. Bu yolla Mayıl tutulur.
Tarixdə adı qalan hər bir şəxsin ziddiyyətli məqamları ol­
muşdur. Mayıl üçün söylənilənlərdə də yaxşısı da var, pisi də. 
Allah bütün ölənlərə rəhmət eləsin! Bizim borcumuz yaxşını 
danışmaqdır. Pisi qoy pislər danışsın. Mayıl öz oğlunun da 
günahını bağışlamazmış. O, dostunu sevdiyi kimi, düşmənini 
də öz səviyyəsində sevərmiş.
Xatırlamalar. Belə deyirlər ki, Mayılın Rustov tərəflərdə bir 
düşməni varmış. Məqam gözləyirmiş ki, ondan qisasını alsın. 
Bir gün eşidir ki, düşməni başqa bir kənddən olan qadını al­
maq istəyir. Mayıl o qadın haqqında eşidibmiş. Adam göndərir 
ki, ona deyin, o qadın pis ad çıxarıb, onunla evlənməsin. Ma­
yıla deyirlər: 
– O ki sənin düşmənindir. Niyə narahat olursan. Qoy rüs­
vay olsun.
Mayıl deyir:
–  Əgər  o  qadınla  evlənsə,  mənim  qisasım  yerdə  qalacaq. 
Qisas alsam deyəcəklər Mayıl bir oğraş öldürdü.
Əvvəldə verilmiş 1831-ci ilə aid siyahıda göstərilir ki, dərk-
lilər seyiddir. Onlardan heç bir vergi alınmır. Adam düşünməli 
olur. Bu ərazidə çoxlarımız seyid kimi afurcalıları tanımışıq. 
1831-ci  ilə  aid  həmin  mənbədə  afurcalılara  güzəşt  yoxdur. 
Yalnız dərklilər seyid kimi qeyd olunmuşdur. Bu gün necədir? 
Hanı o seyidlər, dinə bağlılıq? Məncə, dərkli gənclər bu barədə 
düşünsələr yaxşı olar.
XIX  əsrin  sonlarında  Dərk  kəndində  Əmrulla  əfəndi, 
Ələnur  əfəndi  kimi  təhsilli  din  xadimləri  olmuşdur.  Molla 
Atabba,  molla  Qədir,  Əmrulla  əfəndinin  oğlu  molla  Nüsrət 
onlardan dərs almışdır. Molla Atabba 1930-cu illərdə müsa­
vatçı  adı  ilə  həbs  edilmişdir.  Bu  illərdə  Dərkdə  dəyirman, 
məscid tikdirmiş Hacı Qəni də vəziyyətin ağırlaşdığını görüb 
Şabranın  Pirəmsər  kəndinə  köçmüşdür.  Hacı  Qəninin 
nəvələrinin  biri  Qəniyev  Mirzəxan  müəllim  1990-cı  illərdə 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə