Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Şəkil 11. Yerfi xalçaları. Onlardan bir-neçəsi Bakıda Xalça  
Muzeyinin eksponatları sırasında nümayiş  etdirilir.


 



 


89
“Ya həsrətən ələl ibadi ma yətihim min rəsulun illa kanu bihi 
yəstəhziun”. Mənası belədir: “VAY BU BƏNDƏLƏRİN HA­
LINA! ONLARA ELƏ BİR PEYĞƏMBƏR GƏLMƏZ Kİ, ONA 
İSTEHZA ETMƏSİNLƏR!”
 Peyğəmbərə inam gətirməyən insan Allah yanında dərəcəsi 
digərlərindən bir az üstün olan insana nə inam göstərə bilər?
Talışlılardan  Nəsirov  Mədət  geologiya-minerologiya 
elmləri  namizədidir.  Vaqif  Əliyev  isə  Xaçmaz  mərkəzi 
xəstəxanasının həkimidir.
Talış kəndinin təbiəti də gözəldir. Yayda istirahət üçün mü­
nasibdir.  Kəndin  içərisində  üç  bulaq  var.  Sakinlərin  çoxu 
həmin bulaqlardan həyətlərinə su çəkmişlər. Kəndin əhalisi 
əsasən əkinçilik və maldarlıqla məşğul olmuşdur. Güney qaz­
malarında  il  boyu  ot  tədarükü  görmədən  heyvan  saxlamaq 
mümkündür. Bir neçə yüz il əvvəl kəndin qarşısındakı dağ 
meşəlik  olmuşdur.  Talışlıların  Qənşər  adlandırdıqları  bu 
yerdə  meşəlik  ləğv  edildikdən  sonra  əkin  əkilmişdir.  Uzun 
illər yağışların yuması nəticəsində Qənşər dağı əkin üçün də 
yararsız olmuşdur. İkinci dünya müharibəsi illərində Atayev 
Xanbaba  kolxoz  sədri  işləmişdir.  Onunla  bağlı  bir  lətifə  bu 
gün  də  söylənilir.  Xanbaba  rayon  mərkəzinə  (Qonaqkəndə) 
gələndə  rayon  rəhbərinin  qapısını  ehtiyatla  deyil,  sürətlə 
itələyərək, hətta ayağı ilə açarmış. Rayon rəhbərliyinə yaxın 
olan adamlardan biri deyərmiş:
– Ay  yoldaş  katib,  deyirlər  Xanbaba  sənin  qapını  təpiklə 
açır. Bu hörmətsizlikdir, yaxşı deyil, niyə ona belə imkan ve­
rirsiz?
Katib Aşurov deyir:
–  Ədə,  Xanbaba  hər  dəfə  gələndə  cəbhə  fondu  üçün  əli 
dolu  gəlir,  beş  min  pul  gətirir.  Sən  də  beş  min  gətir,  sonra 
istəyirsən gəl dalınla aç.
 Yerfi müstəqillik dövrünün başlandığı illərdə.  
90-cı illər hadisələrinin təsiri
1980-ci illərin sonlarında SSRİ adlı ölkədə vəziyyət pisləş-
məyə başlamışdı. Bu, Azərbaycanda daha kəskin şəkil almış­
dı.  Erməni-azərbaycanlı  münasibətləri  düşmənçiliyə  çevril­


 
90
mişdi.  Əslində  quruluş  dəyişirdi.  Millətlərarası  mübarizə 
üzdə  olan  hadisə  idi.  Sosializm  yerini  kapitalizmə  verirdi. 
1918–1920-ci illərdə quruluş dəyişərkən baş vermiş hadisələr 
təkrarlanırdı.  Bütün  bunları  ucqar  dağ  kəndi  Yerfiyə  də 
təsirsiz  ötüşmürdü.  Yaranan  hərc-mərclik  kənd  əhalisinin 
müəyyən qisminin kənddən gedişinə səbəb olurdu. Xanlıqla­
rarası çarpışmalar dövrü, rus hakimiyyətinin gəlişi vaxtı, So­
vet quruluşunun gəlişi, II Dünya müharibəsi, nəhayət, kapita­
lizmin gəlişi əhalinin yerdəyişməsi ilə nəticələndi. Belə vaxt­
larda Yerfidən gedişlər artırdı. 90-cı illər hadisələri də növbəti 
zərbə idi.
Yanvar şəhidləri. 1990-cı ilin Qanlı yanvar faciəsi ərəfəsində 
yerfililər  xain  qonşularımızın  nanəcibliyi  ilə  baş  vermiş 
hadisədə  Ermənistana  zəlzələdən  zərər  çəkənlərə  köməyə 
gedən təyyarəmizin vurulması ilə həlak olanlar arasında öz 
həmkəndlilərinin olması xəbərini eşitdilər.
Mühəndis  Veysəlqara  Bağırov  təyyarədə  yananların  biri 
idi.  Bu  hadisədən  çox  keçməmiş  Qanlı  yanvar  baş  verdi. 
Yerfililərin  iki  nümayəndəsi  Qəniyev  Mirzə  və  Həsənov 
Müzəffər azadlığımız uğrunda şəhid olanlar cərgəsində Bakı­
da – Şəhidlər xiyabanında uyudular.
Təkcə  öz  həmkəndlilərinin  deyil,  bütün  Azərbaycan 
şəhidlərinin yası yerfililərin də yası oldu. Hamı şəhidlərimizə 
yas saxladı. 40 gün heç kimin üzü gülmədi. Şəhidləri yasın­
dan 2-3 gün sonra yerfililərin bir qismi məktəbin həyətində 
unudulmasın deyə şəkil çəkdirdi. Şəkil çəkdirməyə yas saxla­
yanların hamısı gəlməmişdi. Gələnlərin bir neçəsi təzəcə üzü­
nü qırxdırmışdı. İndi o adamlardan bəziləri həyatda yoxdur. 
Bir xatirə olsun deyə bu şəkli də sizə təqdim edirik.
Yerfililərin üç şəhidi haqqında Rövşən Yerfi “Ulduz” jurna­
lında  (1993,  №  1-2)  “Bir  kəndin  üç  şəhidi”  yazısı  ilə 
həmkəndlilərinin kədərini oxucularla bölüşdü:
I şəhid
...Dekabrın 17-də Veysəlqara evinə tabut kimi qayıtdı. Hür­
zad ana cavan oğul itkisinə tab gətirməyib altı gündən sonra 
keçindi. Daha altı gün sonra da Şıxəli dayı həyatla vidalaşdı.


2 mart 1990-cı il. Şəhidlərin qırx günü


 
92
İki  həftənin  içində  bir  biriylə  bağlı  üç  yas:  oğul,  ana,  ata 
faciəsi. Bu idimi yetmiş ildə zorla beyinlərə yeridilmiş xalqlar 
dostluğunun acıdan acı bəhrəsi!
II şəhid
...Maşından  çıxa  bilməyən  Mirzə  saatlarla  qan  itirdikdən 
sonra Semaşko adına xəstəxanaya aparılmışdı. Həkimlər qo­
lundakı və qıçındakı güllələri çıxarmışdılar. Kürəyi tərəfdən 
onurğa sümüyünü dələn gülləni isə çıxarmaqda aciz qaldılar. 
5.45 kalibrli güllə isə öz işini çoxdan görmüşdü. Bir cavanın 
ömür yoluna nöqtə qoyulmuşdu...
Otuz  iki  yaşı  vardı.  Təzəcə  evlənmişdi.  Həyatda  bir  gün 
görmədən dünya işığına gözlərini yumub üç aylıq körpə qızı­
nı atasız qoydu...
III şəhid
O  gecə  Müzəffər  Salyan  kazarmasının  ətrafında  yığılmış 
adamların arasında idi. Gecə yoldaşlarından birinin üşüdü­
yünü görüb pencəyini çıxarıb ona vermişdi. Təsadüfən pas­
portu da cibində imiş...Həmin adam həlak olanda tanınmaz 
hala düşmüş, Müzəffər adı ilə dəfn edilmişdi. Müzəffərgilin 
evinə yas çökmüşdü.
Lakin üç gün sonra xəbər çıxmışdı ki, Müzəffər ölməyib, 
ağır  vəziyyətdə  xəstəxanadadır.  Yası  şadlıq,  sevinc  əvəz 
eləmişdi. Amma  bu  sevinc  uzun  sürməmişdi.  Quduzlaşmış 
sovet əsgərləri iri, rezin dəyənəklərlə əsl Müzəffəri döyüb elə 
kökə  salmışdı  ki,  daha  sağalası  deyildi.  Yanvarın  29-da,  o, 
gözlərini əbədi yummuşdu. Bir ailənin bir həftədə yasını se­
vinc, sonrasa yenidən sevincini yas əvəz eləmişdi...
Qulu  Kəngərlinin  “Qara  yanvar  şəhidləri”,  Rafiq  Səmən-
dərin “Şəhidlər” kitablarında da yanvar şəhidlərimiz haqqın­
da yazılar verilmişdir.
Qarabağ Şəhidləri. Qarabağ uğrunda döyüşlər başlananda 
Yerfidən də könüllülər cəbhəyə yollandı. Döyüşlərdə pulem­
yotla vuruşan Qara Habil fərqlənir, təriflənirdi. Digərləri də 
ürəklə,  düşmənə  nifrətlə  döyüşürdü.  Bu  döyüşlərdə 
Əlipənahov Kamil, Məhərrəmov Eldar, Nuriyev Qılman, Ha­
cıyev  Elxan  igidcəsinə  həlak  oldular.  Şəhidlər  unudulmur. 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə