Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

75
professor Hacıbaba Abbasov, tibb elmlər doktoru, professor 
Cabbar Hacıyev, biologiya elmlər namizədləri Nəsir Babayev, 
Teyyub  Şabanov,  Xatirə  və  Aynur  Səfərəliyevalar,  Əflatun 
Həsənov, hüquq elmləri namizədləri Hüseyn Əlixanov, Faiq 
Qəniyev, tibb elmlər üzrə fəlsəfə doktorları Novruz Hacıyev, 
Afət  Səfərova,  dissertant  Nəriman  Hacıyev,  aspirant  Afaq 
Zeynalova,  Azərbaycan  Politexnik  Universitetinin  müəllimi 
Balaməmməd Mahmudov, Gəncə Kənd Təsərrüfatı Akademi­
yasının  müəllimi  olmuş  Seyidbala  Həsənov,  Sumqayıt  Tibb 
Məktəbinin müəllimi Arif Qaflanov, Quba Sosial-İqtisadi kol­
lecin  direktoru  Laçın  Səfərəliyev  və  başqalarını  misal  gös-
tərmək olar.
Abbasov  Hacıbaba  Səməndər  oğlu, 
1927-ci  ildə  Qonaqkənd  rayonunun  Yerfi 
kəndində anadan olmuşdur. Kişik yaşların­
da atasını itirmişdir. Yerfi kənd məktəbini 
bitirib Quba kənd təsərrüfatı texnikumun­
da təhsilini davam etdirmişdir. Texnikumu 
fərqlənmə  diplomu  ilə  bitirmiş, ADU-nun 
biologiya fakül təsində oxumuş, universite­
ti  qırmızı  diplomla  bitirib  aspiranturaya 
qəbul olunmuşdur. Azərbaycan Elmlər Akademiyasının Zoo­
logiya institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya 
rəhbəri  və  Cənubi  Xəzər  balıqçılığı  idarəsinin  rəisi  kimi 
müxtəlif  işlərdə  çalışmışdır.  Bu  müddətdə  biologiya  elmlər 
namizədi (1957), biologiya elmlər doktoru – professor (1963) 
adlarını almışdır. 1975-ci ildə AEA-da “Onurğalılar” kafedra­
sına  müdir  təyin  edilmiş,  ömrünün  sonunadək  (2001)  bu 
vəzifədə çalışmışdır. Professor Hacıbaba Abbasov yüzdən çox 
elmi  məqalənin,  çoxlu  kitabların,  o  cümlədən  dərsliklərin 
müəllifi olmaqla yanaşı çoxlu sayda elmi işlərə rəhbərlik et­
mişdir. Alimin elmi fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, 
dəfələrlə Belçika, Danimarka, Norveç, İran, Bolqarıstan, Rusi­
yaya dəvət alaraq, Azərbaycan elmini təmsil etmişdir. Hacı­
baba  Abbasovun  əməyi  dəfələrlə  mükafatlandırılmış,  əmək 
veteranı medalı, fəxri diplomlar, Lenin ordeni verilmişdir.


 
76
Hacıyev Cabbar Niyətulla oğlu, 1950-ci 
ildə Qonaqkənd rayonunun Yerfi kəndində 
anadan olmuşdur. Yerfi kənd məktəbində, 
sonra  Bakıda  Tibb  Universitetində  Lenin 
təqaüdü  ilə  oxumuş  və  oranı  fərqlənmə 
diplomu ilə bitirmişdir. 1975-ci ildən Azər
­
baycan  Cərrahlar  Cəmiyyətinin,  1998-ci 
ildən  Avroasiya  Qastroenteroloji  Cəmiy-
yətin  üzvüdür.  1982-ci  ildən  gənclərin 
Ümumittifaq Elmi-Texmiki Yaradıcılıq müsabiqəsinin laurea­
tı olmuş, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə 
isə  XXI  əısrin  tanınmış  alimi  Beynəlxalq  diplomlarına  layiq 
görülmüşdür. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası 
müdafiə edilmişdir. 250-dən çox elmi əsərin, 9 ixtira və paten­
tin, 1 monoqrafiyanın, 2 dərsliyin müəllifidir. Dalağın zədə-
lənmələrində  5  üzvqoruyucu  əməliyyatların  (Hacıyev 
əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) 
müəllifidir (Azərb. Səhiyyə Nazirliyinin saytından)
Yerfinin  söz  aşiqləri.  Yerfi  kəndinin  əfəndiləri,  hacıları, 
vəzifə  sahibləri,  alimləri,  aşıqları  olduğu  kimi  sözə  qiymət 
verən, söz qədrini bilən şair və yazıçıları vardır.
Əlixanov Vaqif Ənvər oğlu, 1943-cü ildə Qonaqkənd rayo­
nunun  Yerfi  kəndində  anadan  olub.  Yerfi  kənd  məktəbində 
oxuyub.  Azərbaycan  Dövlət  Universitetinin  kitabxanaçılıq 
fakültəsini bitirmişdir (1961–1967). Azərbaycan Radiosunda, 
“Azərb-film”  kinostudiyasında,  Mədəniyyət  Nazirliyində 
məsul  vəzifələrdə  işləyib.  Radioda  “Bulaq”,  televiziyada 
“İncəsənət” verilişlərinin yaranmasında iştirak etmiş, “Əkmə 
qəm ağacı” və “Oğlum, qardaşım əcəl” adlı kinopovestlərin, 
“Əcəl  atı”  tamaşasının  müəllifidir.  Tərcümələri  var.  1975-ci 
ildən Jurnalistlər Birliyinin, 1988-ci ildən AYB–nin üzvüdür. 
1978-ci ildən “Qızıl qələm” mükafatı laureatıdır.
Tofiq Nurəli – Hacıyev Tofiq Niyətulla oğlu, 1953-cü ildə 
Qonaqkənd  rayonunun  Yerfi  kəndində  anadan  olmuşdur. 
Yerfi  kənd  məktəbində  oxuyub.  N.Nərimanov  adına  Azər-
baycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitir­


77
mişdir  (1972–1978).  Gənc  yazıçıların  VIII  Ümumittifaq 
müşavirəsinin  (1984)  iştirakşısı  olmuşdur.  “Şehli  kəpə-
nəklər”(1983),  “Yağışdan  sonra”(1989),”Tənha  bir  qüssə” 
(1998),  “Tənha  payız  çiçəyi”(2003)  şeir  kitabları  nəşr  olun­
muşdur.  İlk  kütləvi  səhiyyə  qəzetini  “Şəfqət”–  indiki  “Tibb 
qəzeti”ni yaratmışdır. 1988-ci ildən Azərbaycan Yazıçılar Bir­
liyinin üzvüdür. 
Rövşən  Yerfi  –  Həsənli  Rövşən  Həsənbaba  oğlu,  1965-ci 
ildə Quba rayonunun Yerfi kəndində anadan olub. Yerfi kənd 
orta  məktəbində  oxuyub.  M.Rəsulzadə  adına  Bakı  Dövlət 
Universitetinin kitabxanaşünaslıq-biblioqrafiya fakültəsini bi­
tirmişdir  (1986–1992).  1989-cu  ildə  ”Debüt-89”  respublika 
ədəbi  müsabiqəsinin  qaliblərindən  biri  olmuşdur.  “Şəfqət”, 
”Millət” qəzetlərində məsul katib işləyib (1991–1995). Ədliyyə 
nazirliyinin  Penitensiar  Xidmətində  (1995–2012)  çalışmışdır. 
İstefada  olan  ədliyyə  mayorudur.  “Üzdəniraq  ada”(2004), 
”Residivist”(2009),  “Qadın  düşərgəsi”  və  “Günahsız  qatil” 
(2010) kitabları çap edilmiş, əsərləri müxtəlif qəzet və jurnal­
larda,  almanaxlarda  dərc  olunmuşdur.1993-cü  ildən  Jurna-
listlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvüdür.
Babayev  Nəsir  gənc  yaşlarından  şeirə  maraq  göstərmiş, 
tələbə vaxtı, sonralar peşəsi ilə bağlı təbiətlə təmasda olduqda 
qəlbinə gələn sözləri yazıya köçürmüşdür. Onun bir neçə şeir 
kitabı çap olunmuşdur. Şeirlərindən doğma yurda: Qubaya, 
Qonaqkəndə, Xınalığa həsr olunanı vardır. O cümlədən biri 
də doğulduğu Nohurdüzü kəndinə aiddir:
Nohurdüzüm – dünyanın nur mərkəzi!
Babamın, atamın, özümün yurdu.
Bu dünyaya sən gətirdin, sən bizi –
Ey işıq məkanı, dözümün yurdu!
Sənin nurun ilə yaşayıram mən, 
İlk məkanım, son mənzilim sənsən, sən!...
(7 iyun,1985-ci il,”Ədəbiyyat və incəsənət” qəzeti.)


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə