114
Əlindəki stəkanı onun qabağına qoyan çayçı Bahadır deyir:
– Aman əmi sən yox, sən yıxan evlər hələ tikilməyib...
Sırıqlı
Abbasəli təzə sırıqlı alıbmış. Gindahda oturub söhbət
edərkən özündən xəbərsiz sırıqlı çiynindən düşür. Həmkənd-
lisi Mirabbas sırıqlını götürüb tərsinə çevirib geyir əyninə.
Abbasəli evə gedib tez qayıdır:
– Gedələr, mənim sırıqlımı görməmisiz?
Mirabbas əli ilə sırıqlını sığallayıb deyir:
– Abbasəli dayı, bax bu sənin sırıqlın deyil?
– Yox, mənim sırıqlımın rəngi başqadır.
Sonrakı günlər də bu söhbət bir-neçə dəfə təkrar olar.
Abbasəli sırıqlısını tanımaz, “bu mənim deyil” deyir, Mirab
bas da geyinib gəzərmiş.
Yemiş ək, qarpız əkmə
Kolxozun bostanında təcrübə məqsədilə qarpız, yemiş
əkiblərmiş. Yetişməyə az qalmış bir səhər qaravul kənd soveti
sədrinə məlumat verir ki, bu gecə qarpız və yemişləri oğurla
yıblar. Kənd soveti sədri Gülmalı kişi fikirləşir ki, bu işi
eləyibsə Bəxtiyar eləyib. Bəxtiyarı idarəyə çağırırlar. Nə qədər
hədələyir, acıqlanırlarsa da Bəxtiyar deyir ki, mən eləməmişəm.
Gülmalı kişi yumşaqlıqla danışmağa başlayır, sözünün so
nunda deyir:
– Ay Bəxtiyar, biz o qarpız, yemişi əkmişdik ki, görək bizim
kəndimizdə qarpız, yemiş yetişirmi? Hansı mərdimazarsa
oğurladı. İndi biz hardan bilək ki, gələn il nə əkək?
Söhbətdən bir qədər yumşalan Bəxtiyar hər şeyi unudub
birdən deyir:
– Gülmalı dayı, mən deyim də, gələn il yemiş ək, qarpız
əkmə.
Sən yeyən deyil
Yerfili Cözalı kişi Alatavada dalandar işləyirdi. 1960-cı illər
idi, altmış manat təqaüdü vardı, altmış manat da işinə görə
115
alırdı. Allahına şükür edir, qismətinə qail olub yaşayırdı. Bir
qış günü yolu Təzə bazara düşür. Görür piştaxtada təzə xiyar
qoyulub. Maraqlanır, ayaq saxlayıb satıcıdan soruşur:
– A bala, xiyar neçəyədir?
Satıcı kişiyə diqqətlə baxır və deyir:
– Əmi, sən yeyən deyil.
Kişiyə bu söz ağır gəlir.
– Niyə mən yeyə bilmərəm? Qiymətini de, çox almaram, az
alaram.
– Əmi, məni incitmə, sən alanı deyilsən.
Cözalı lap hirslənir. Fikirləşir ki, yayda otuz qəpiyə olan
xiyar indi olsun beş-on manat. Acığa düşüb heç olmasa bir
kilo alar.
– A bala, heç olmasa qiymətini de də.
– Qiyməti əlli manat.
Cözalı əlli manat eşidəndə dönüb dinməz gedir. Satıcı gü
lümsünüb arxasınca deyir:
– Əmi, gördün sən yeyən deyil. Get, otuz qəpiyə olanda
gələrsən.
Kartof kababı
Bir gün meşəbəyi Maqsud görür ki, tay-tuşları dağa ova
gedir. Həvəslənib onlara qoşulur. Dağda onlar bölünür, hərə
bir istiqamətə gedir. Qış günü, dağa nabələd. Maqsud elə bir
yerə çıxır ki, aşağı baxanda qorxur, yuxarı da dırmaşa bilmir.
Yaxınındakı kola sığınıb qalır. Bir azdan onu soyuq alır. Hətta
səsi çıxmır.
Bir neçə saatdan sonra bir yerə yığışan ovçular Maqsudu
görmürlər. Onu axtarmağa başlayırlar. Nəhayət tapırlar. Biri
yuxarı dırmaşıb Maqsuda aşağı düşməyə kömək edir.
Görürlər ki, Maqsudu soyuq alıb, tonqal qalayırlar.
Bir azdan özünə gələn Maqsud deyir:
– Mənə deyən gərək, a köpəyoğlu, neynirsən kəl kababını,
vur qartuşka kababını, yat isti pilətənin dibində.
116
Cuhud Teymur
Montyor Teymur üçüncü qrup əlil kimi pensiya aldığından
hər il həkim yoxlamasına gedirmiş. Hər dəfə pul alır, onun
əlilliyini təsdiq edirlərmiş. Növbəti ildə də Teymur komissiya
olanda bir yəhudi həkimdən keçməli olur. Həkim onun
sənədlərinə baxır və deyir:
– Çıxar görək.
Teymur on manat qoyur stolun üstünə. Həkim deyir:
– Bu nədi? Əməlli pul ver.
Teymur onluğun üstünə üç manat da qoyur.
– Dedim pul ver, xırda-xuruş yox.
Teymur bu dəfə bir manat verir. Həkim deyir:
– Əyə, sən nə cuhud adamsan?
– Adını mənə qoyma.
– Bizim adımız cuhuddur, sən xalis cuhudsan.
Sonralar həkim nə vaxt Teymuru görsə deyərmiş: “Cuhud,
xoş gəlmisən”.
Mən belə yığıram
Kənd sovet sədrləri rayona iclasa gedirlərmiş. Yerfinin
sədri Ramazan Afurca kəndinin sədri İbrahimxəlil müəllimlə
rastlaşır. Bir-birindən hal-əhval tutanda müəllim soruşur:
– Mazan, mən vergini yığa bilmirəm. Sən onu necə yığır
san?
– Öyrənərsən, – deyə Ramazan cavab verir. Bir azdan
məlum olur ki, iclas günortadan sonra olacaq. Ramazan deyir:
– Gedək iclasacan çörək yeyək.
– Mazan, əvvəldən deyim mənim pulum yoxdur.
– Eybi yoxdur, gəl gedək, pul tapılar.
Yeməkxanada nə lazımsa Ramazan sifariş eləyir. Çörək ye
yilib qurtaranda Ramazan cəld qalxıb deyir:
– Müəllim, mən getdim, pulu ödəyib gələrsən.
Camaatdan eyibdir deyə müəllim səsini qısıb onu səsləyirsə
də Ramazan geri baxmadan çıxır.
Müəllimin çarəsi kəsilir, bir tanışdan pul alıb yeməkxananın
pulunu ödəyir. Günortadan sonra iclasa gələndə İbrahimxəlil
müəllim acıqlı deyir:
117
– Mən sənə demədim ki, pulum yoxdur, niyə belə elədin?
Ramazan gülərək deyir:
– Müəllim, sən dedin ki, vergiləri necə yığdığını mənə
öyrət. Camaat da sənin kimi deyir pulum yoxdur. Amma mən
belə alıram.
Bəşir ölüb
Bəşir kişi Qayadalıda dana saxlayırmış. Qocaldığı üçün bir
neçə dəfə kolxozun sədrinə deyir ki, mən işləyə bilmirəm.
Yerimə adam tap. Sədr də deyirmiş:
– Bəşir dayı, bir az gözlə, adam tapacağam.
Amma adam tapılmır. Bəşir kişi bir gün yenə əlacsız qalıb
kolxoz idarəsinə sədrin yanına gedir, yumşaq səslə deyir:
– Ay sədr, sən allah, danaya bir yiyə duran tap, mən dalın
ca qaça bilmirəm.
Sədr də adam tapa bilmədiyi üçün Bəşiri dilə tutur:
– Bəşir dayı, bizim sənsiz işimiz keçmir. Sən gəl bizi çıxıl
maz vəziyyətə qoyma. Bir az da səbir elə.
Bəşir görür ki, sədr ondan əl çəkməyəcək. Əl ağacını yerə
atıb uzanır döşəmədəki xalçanın üstünə, deyir:
– Fatihə, Bəşir ölüb, get heyvanına yiyə tap.
Cərimə
Bir gün Talış kəndinin eşşəkləri əkinə girir. Qarovul hey
vanları parağa gətirir və idarəyə məlumat verir. Direktor əmr
yazıb heyvan sahiblərini cərimə edir. Bir qoduqlu eşşək dul
arvadın imiş. Arvad cəriməni verə bilməyəcəyini görüb
idarəyə gəlir və sovxoz direktoruna deyir:
–A direktor, paltarüstü məclisinə gedən bir arvadın yanın
da bir uşaq getsə və hər ikisi yesə, pulu tək arvaddan alırlar,
yoxsa uşaqdan da?
Direktor deyir:
– Arvaddan.
– Bəs elədirsə, niyə mənim həm eşşəyimi, həm də qoduğu
mu cərimə etmisən?
Direktor gülür. Tapşırır ki, arvadın heyvanlarını cərimə al
madan buraxsınlar.
Dostları ilə paylaş: |