Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

 
69 
İmam  Əli  (ə)-dan  rəvayət  olub  ki,  buyurur:  Bilin  ki, 
Allah  Rəsulunun  adından  ən  çox  yalan  danışan  şəxs  Əbu 
Hüreyrə Düsidir.
1
 
Aişə  də  onu  dəfələrlə  yalançı  adlandırmış,  Allah 
Rəsulundan nəql etdiyi hədislərin çoxunu rədd etmişdir. Bir 
dəfə onun işini pis adlandıraraq dedi: “Nə vaxt Peyğəmbərin   
bu  cür  dediyini  eşitmisən?”  Ona  dedi:  “Sən  Allah  Rəsulun  
dan hədis eşitmə əvəzinə güzgü, sürmə və həna ardınca idin.” 
Aişə  onun  yalançı  olmasına  israr  etdiyi  zaman  Mərvan  ibni 
Həkəm  araya  girib  hədisin  düzgün  olub-olmamasını 
araşdırmağa  başladı.  Bu  vaxt  Əbu  Hüreyrə  etiraf  edib  dedi: 
Mən  onu  Peyğəmbərdən  deyil,  Fəzl  ibni  Abbasdan 
eşitmişəm.
2
 
İbni  Qüteybə  bu  rəvayət  haqqında  onu  müttəhim  edib 
deyir: Əbu Hüreyrə Fəzl ibni Abbasın adını çəkir, halbuki o 
dünyadan  getmişdi.  Hədisi  ona  nisbət  verməklə  xalqın 
diqqət-nəzərini ona yönəltmək istəyirdi.
3
 
İbni  Qüteybə  özünün  “Təvilu  muxtələfil-hədis” 
kitabında  deyir:  Əbu  Hüreyrə  deyirdi:  “Peyğəmbər  (s)  belə 
buyurmuşdur, ancaq mən onu başqasından eşitmişəm.” 
Həmçinin Zəhəbi “Əlamul-nübəla” kitabında qeyd edir: 
Yezid ibni İbrahim Şöbə ibni Həccacdan eşitdi ki, deyir: Əbu 
Hüreyrə  müdəllis  olmuşdur.  (Yəni  hədisi  eşitmədiyi  adama 
nisbət vermişdir.) 
İbni Kəsirin “Əl-bidayətu vən-nihayə” kitabında  deyilir 
ki,  Yezid  ibni  Harun  Şöbədən  eşitdi  ki,  onun  haqqında  da 
onu  deyir.  Yəni  tədlis  edir.  Kəbul-əhbardan  və  Peyğəmbər 
(s)-dən aralarında fərq qoymayaraq hədis rəvayət edir. 
Həmçinin  Əbu  Cəfər  Əskafi  deyir:  Əbu  Hüreyrə  bizim 
ustadların 
nəzərinə 
görə, 
napak 
və 
hədislərində 
xoşagəlməzdir.
4
 
                                                 
1
 “Nəhcül-bəlağənin şərhi”, İbni Əbil-hədid, 4-cü cild, səh. 68. 
2
  “Səhihi  Buxari”,  2-ci  cild,  səh.  232,  “oruc  halında  cünub  olma” 
babı. 
3
 “Müvəttəi Malik”, 1-ci cild, səh. 290, hədis: 11. 
4
 “Şərhi Nəhcül-bəlağə”, İbni Əbil-hədid, 4-cü cild, səh. 67. 


 
70 
Əbu  Hüreyrə  öz  zəmanəsində  səhabələr  arasında 
yalançı,  tədlisçi,  çoxlu  yalan  rəvayəti  olan  bir  kəs  kimi 
tanımışdı.  İş  o  yerə  çatmışdı  ki,  bəziləri  onu  ələ  salır,  onlar 
üçün ürəkləri istədikləri hədis düzəltməsini istəyirdilər. 
Belə  nəql  olub  ki,  Qüreyş  qəbiləsindən  olan  bir  nəfər 
özünə  təzə  geyim  alıb  geyinərək  özünü  göstərməyə  başladı. 
Bir gün Əbu Hüreyrənin yanından keçəndə ona dedi: Ey Əbu 
Hüreyrə!  Sən  Allah  Rəsulundan  çoxlu  hədis  nəql  edirsən, 
Peyğəmbərdən  mənim  paltarım  haqqında  bir  şey 
eşitməmisən? 
Əbu  Hüreyrə  dedi:  Əbul-Qasimdən  eşitdim  ki,  dedi: 
Qabaqkılardan  biri  təzə paltarla  özünü  göstərirdi.  Allah  onu 
yerin  altına  apardı.  O,  qiyamətə  qədər  yerin  altına  gedəcək. 
Allaha  and  olsun,  bilmirəm  ki,  sizin  qəbilədən,  ya  ailədən 
olmuşdur, ya yox! 
Necə  də  camaat  Əbu  Hüreyrənin  hədislərində  şəkk 
etməsin!?  Dediyi  və  nəql  etdiyi  hədislər  bir-birini  nəqz  edir 
(rədd  edir)  və  aralarında  da  heç  bir  uyğunluq  yoxdur.  O  bir 
hədis  rəvayət  edir,  onunla  müxalifət  etdikdə,  ya  onun  üçün 
şahid gətirdikdə, onun xilafına olan başqa bir hədis nəql edir. 
Ya da Həbəşi dilində – anlaşılmaz ləhcədə danışır.
1
 
Özünün  etiraf  etdiyi  kimi  ki,  “kisəsindən  hədis  çıxarıb 
Peyğəmbər (s)-ə nisbət verir.” 
Buxari öz “Səhih”ində yazmışdır ki, Əbu Hüreyrə dedi: 
“Peyğəmbər buyurur: 
“Ən yaxşı sədəqə odur ki, özündən sonra sərvət qoyasan 
və  üstə  olan  əl,  altda  olan  əldən  yaxşıdır.  Gərək  öz  nəzərin 
altında  olan  adamlardan  başlayasan.  Qadın  deyir:  Ya  mənə 
çörək ver, ya da təlaq. Nökər deyir: Mənə çörək ver və işlət. 
Övlad  deyir:  Mənə  yemək  ver,  məni  kimin  öhdəsinə 
qoyursan?”  Dedilər:  Ey  Əbu  Hüreyrə!  Bunu  Peyğəmbərdən 
eşitmisən?! Dedi: Yox, bu Əbu Hüreyrənin kisəsindəndir.
2
 
Diqqət edin: Hədisi “Peyğəmbər buyurmuşdur” kəlməsi 
ilə  başlayır,  amma  ona  etiraz  edəndə,  “Peyğəmbərdən 
                                                 
1
 “Səhihi Buxari”, 7-ci cild, səh. 31, “imamət” babı. 
2
 “Səihi Buxari”, 6-cı cild, səh. 190. 


 
71 
eşitmisənmi?”  deyiləndə,  etiraf  edib  hədisin  düzəldilmə 
olmasını deyir: “Xeyr, Əbu Hüreyrənin kisəsindəndir.” 
Xoş  olsun  Əbu  Hüreyrənin  halına  ki,  belə  bir  kisəsi 
vardır. Yalan və əfsanə ilə dolu olan bu kisə onun qazancına 
Müaviyə və Bəni Üməyyənin yanında rövnəq verir. Bu yolla 
abır, qüdrət, sərvət və saraylara yetişir. 
Müaviyə  onu  Mədinənin  hakimi  təyin  etdi.  Onun  üçün 
qiymətli saray tikdirdi. Əvvəllər Əbu Hüreyrənin sahibi olan 
varlı bir qadınla onu evləndirdi. 
Əgər  Əbu  Hüreyrəni  Müaviyənin  vəziri  və  yaxını 
görsəniz,  bilin  ki,  bu  onun  elm,  şərəf  və  ucalığına  görə 
olmamışdır.  Müaviyə  onda  bəzi  hədislərin  olmasını  görüb 
rəvac  vermək  istədi.  Əgər  bəzi  səhabələr  Əli  (ə)-a  lənət 
deməkdə şəkk içərisində idilərsə, Əbu Hüreyrə bu işi şiələrin 
qaşısında görürdü! 
İbni  Əbil-Hədid  rəvayət  etmişdir  ki,  Əbu  Hüreyrə 
“camaat  ilində”  Müaviyə  ilə  məscidə  gəldi.  Çoxlu  adam 
pişvaza gəlmişdi. Bunu görcək iki dizi üstə əyləşdi və əli ilə 
alnına vurub dedi: Ey  İraqn xalqı! Siz elə bilirsiniz ki, mən 
Peyğəmbər (s)-in adından yalan danışaraq özümü cəhənnəmə 
atıb  yandırıram.  Allaha  and  olsun!  Eşitdim  ki,  Allah 
Peyğəmbəri  buyururdu:  Hər  peyğəmbərin  hərəmi  vardır, 
mənim hərəmim isə Mədinədə “Eyr Tasur”dur. Orada hadisə 
törədən  hər  kəsə  Allahın,  bütün  mələklərin  və  insanların 
lənəti  olsun.  Mən  şəhadət  verirəm  ki,  Əli  orada  hadisə 
törətmişdir. 
Bu  xəbər  Müaviyəyə  çatdıqda  ona  çoxlu  hörmət  edib 
hakim təyin etdi.
1
 
Onun  Mədinəyə  hakim  olması  bizim  üçün  kifayətdir. 
Sözsüz,  azad  düşüncə  sahibləri  Allahın  düşməni  ilə  dost, 
Allah  və  Allah  Rəsulunun  dostu  ilə  düşmən  olanlarda  şəkk 
edirlər. 
Şəksiz,  Əbu  Hüreyrənin  bu  böyük  məqama,  yəni  İslam 
paytaxtı  Mədinəyə  hakim  olması  Müaviyə  və  Bəni 
Üməyyəyə etdiyi xidmət nəticəsində olmuşdur. 
                                                 
1
 “Nəhcül-bəlağənin şərhi”, İbni Əbil-hədid. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə