Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

44 

 

Cari strategiyanın aydınlaşdırılması ona görə çox vacibdir ki, təşkilatın hansı 



vəziyyətdə  yerləşdiyi  və  onun  hansı  strategiyaları  reallaşdırdığı  haqda  dəqiq 

təsəvvürə  malik  olmadan  gələcək  haqqında  qərar  qəbul  etmək  mümkün  deyildir. 

Cari  strategiyaların  aydınlaşdırılmasının  müxtəlif  sxemləri  istifadə  oluna  bilər. 

Mümkün  yanaşmalardan  biri  Tompson  və  Strikland  tərəfindən  təklif  olunmuşdur 

(32,  s.120-121).  Onlar  hesab  edirlər  ki,  reallaşdırılan  strategiyanı  aydınlaşdırmaq 

üçün  qiymətləndirilməsi  zəruri  olan  hərəsi  5  maddədən  ibarət  xarici  və  daxili 

amillər mövcuddur. 

Xarici amillər sırasına aşağıdakıları aid etmək olar: 

- firmanın fəaliyyətinin genişliyi və istehsal olunan məhsulun dərəcəsi, firmanın 

diversifikasiyalılığı; 

-  firmanın  yaxın  vaxtda  əldə  etdiklərinin  ümumi  xarakteri  və  təbiəti,  onun 

tərəfindən öz mülkiyyətinin bir hissəsinin satışı; 

- son dövr ərzində firmanın fəaliyyətinin strukturu və istiqamətliliyi; 

- son dövrdə firmanın yönəldiyi imkanlar; 

- xarici təhdidlərə münasibət. 

Daxili amillər sırasına isə aşağıdakıları aid etmək olar: 

-firmanın məqsədləri; 

-  resursların bölgüsü meyarı  və istehsal  olunan emal  üzrə kapital qoyuluşunun 

mövcud strukturu; 

-  rəhbərlik  tərəfindən  olduğu  kimi,  həm  real  praktikaya  və  həm  də  həyata 

keçirilən maliyyə siyasətinə uyğun olaraq maliyyə riskinə münasibət; 

- ETTKİ sahəsində qüvvələrin təmərküzləşməsi səviyyəsi və dərəcəsi; 

-  ayrı-ayrı  funksional  sferaların  strategiyası(marketinq,  istehsal,  kadrlar, 

maliyyə, elmi tədqiqatlar və işləmələr). 

Strategiyanın seçilməsi zamanı ilk növbədə nəzərə alınmalı olan əsas amillər 

aşağıdakılar sayılır: 

1.  Sahənin  vəziyyəti  və  sahədə  firmanın  mövqeyi  bəzi  strategiyanın 

seçilməsi zamanı firmanın artımı həlledici rol oynaya bilər. Aparıcı, güclü firmalar 

onların  liderlik  vəziyyətindən  doğan  imkanların  maksimal  istifadəsinə  və  onun 



45 

 

vəziyyətinin  möhkəmlənməsinə  can  atmalıdırlar.  Lider  firmalar  sahənin 



vəziyyətindən asılı olaraq müxtəlif artım strategiyaları seçməlidirlər.  

Tompson və Strikland (32, s.47) məhsula bazar artımının dinamikasından asılı 

olaraq  strategiyanın  aşağıdakı  seçim  matrisinin  və  firmanın  rəqabət  mövqeyini 

təklif edirlər (Şəkil 2.). 

2. Firmanın məqsədi hər bir konkret firmaya strategiyanın seçimində nadirlik və 

originallıq verir. Məqsədlərdə firmanın can atdıqları əksini tapıb.  



 

Bazarın sürətli artımı 

 

Bazarın yavaş artımı 

 

Şəkil 2. Bazarın yavaş artımı 

 

 



3.Yuxarı rəhbərliyin maraqları və münasibəti firmanın inkişaf strategiyasının 

seçilməsində çox böyük rol oynayır. Məsələn, elə hallar olur ki, yuxarı rəhbərlik, 

hətta  yeni  perspektivlər  açılsa  belə,  onlar  tərəfindən  əvvəl  qəbul  edilən  qərarlara 

yenidən baxmaq istəmirlər.  

4.  Firmanın  maliyyə  resursları  strategiyanın  seçimində  əhəmiyyətli  dərəcədə 

təsir  göstərir.  Yeni  bazarlara  çıxış,  yeni  məhsulun  işlənib  hazırlanması  və  yeni 

sahəyə  keçid  kimi  firmanın  davranışında  istənilən  dəyişikliklər  daha  çox  maliyyə 

xərcləri tələb edir. 

II Strategiya kvadrantı 

1.Təmərküzləşmə 

strategiyasına yenidən baxış 

2.Üfüqi inteqrasiya 

3.İxtisar 

4.Ləğvetmə 

III Strategiya kvadrantı 

1.Xərclərin ixtisarı 

2.Diversifikasiya 

3.İxtisar 

4.Ləğvetmə 

I Strategiya kvadrantı 

1.Təmərküzləşmə 

2.Şaquli inteqrasiya 

3.Mərkəzləşmiş 

diversifikasiya 

IV Strategiya kvadrantı 

1.Mərkəzləşmiş 

diversifikasiya 

2.Konqlomerat 

diversifikasiya 

3.Yeni sahədə birgə 

müəssisə 



46 

 

5.  İşçilərin  ixtisaslaşması  da  maliyyə  resursları  kimi  inkişaf  strategiyasının 



seçilməsi zamanı güclü məhdudlaşdırıcı amil sayılır.  

6.  Firmanın  əvvəlki  strategiyalar  üzrə  öhdəlikləri  inkişafda  hansısa  süstlük 

yaradır.  Yeni  strategiyalara  keçidlə  əlaqədar  bütün  əvvəlki  öhdəliklərdən  tam 

imtina etmək qeyri-mümkündür.  

7.  Xarici  mühitdən  asılılıq  dərəcəsi  firmanın  strategiyasının  seçiminə 

əhəmiyyətli təsir göstərir. 

8.  Vaxt  amili  strategiya  seçiminin  bütün  hallarında  mütləq  diqqət  mərkəzində 

saxlanmalıdır.  

Əgər  strategiya  firmanın  məqsədlərinə  uyğundursa,  onda  onun  gələcək 

qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılır: 

1. Seçilmiş strategiyanın ətraf mühitin vəziyyətinə və tələbatına uyğunluğu. 

Bu zaman strategiyanın ətraf mühitin əsas təsərrüfat subyektlərinin tələbləri ilə nə 

dərəcədə əlaqələndirilməsi yoxlanılır, bazar dinamikası amilləri və məhsulun həyat 

tsiklinin inkişaf dinamikası nə dərəcədə nəzərə alınır, strategiyanın reallaşdırılması 

yeni  rəqabət  üstünlüklərinin  meydana  çıxmasına  gətirib  çıxaracaqmı  suallarına 

cavab tapmır. 

2.  Seçilmiş  strategiyanın  firmanın  potensialına  və  imkanlarına  uyğunluğu. 

Bu  halda  seçilmiş  strategiyanın  digər  strategiyalar  əlaqələndirmə  səviyyəsi 

qiymətləndirilir,  strategiyanın  heyətin  imkanlarına  uyğunluğu  müəyyən  edilir, 

mövcud strukturun strategiyanın uğurla aparılmasına təsir dərəcəsi hesablanır. 

3.  Strategiyaya  qoyulan  riskin  qəbuledilənliyi.  Riskin  özünü  doğrultma 

dərəcəsinin qiymətləndirilməsi üç istiqamət üzrə aparılır: 

- strategiyanın seçiminin əsasına qoyulmuş zəminlər realdırmı; 

-  strategiyanın  uğursuzluğu  firma  üçün  hansı  neqativ  nəticələrə  gətirib  çıxara 

bilər; 

-  riskin  mümkün  müsbət  nəticəsi  strategiyanın  reallaşdırılmasındakı 



uğursuzluqdan irəli gələn itkini doğruldacaqmı. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə