Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

35 

 

planlaşdırma  həm  məqsədlərin  müəyyənləşdirilməsi,  həm  də  onların  həyata 



keçirilməsi üçün vasitələrin seçilməsi ilə məşğul olur. Deməli, strateji planlaşdırma 

həm  vasitələr,  həm  də  nəticələrə  yönəlib.  Lakin  «vasitələr»  və  «nəticələr» 

anlayışlarının planlaşdırılması da nisbi səciyyə daşıyır [18, s.87] . 

Taktiki planlaşdırma perspektiv planlaşdırmadan cari planlaşdırmaya keçid 

mərhələsidir.  Bu  planlaşdırmanın  texnologiyasını,  planların  strukturunu  və 

məzmununu  şərtləndirir, çünki strateji planlarla  cari planların qarşılıqlı  əlaqəsi və 

koordinasiyası taktiki planlaşdırmadan gəlib keçir. Bu zaman bir neçə prinsipi əldə 

rəhbər  tutmaq  tələb  olunur.  Birincisi,  planlaşdırma  prosesinin  nəzarətdə 

saxlanılmasını mümkün etməyin yeganə imkanı-məhsul və məsrəflərin yalnız əsas 

növlərinin,  ən  mühüm  funksiyalarının  planlaşdırılmasından  ibarətdir.  Zəruri 

istehsal  gücü  ilə  planlar  sıx  əlaqələndirilir.  Digər  funksiyalara  dair  planların 

əlaqələndirilməsi isə zərurətlə bağlıdır. Sırf yeni texniki istehsalına istiqamətlənən 

firmanın araşdırmalar və yeniliklər şöbəsinin planları gələjəkdə həyata keçiriləcək 

satışlarla sıx əlaqələndirilməlidir. Halbuki yalnız bazara istiqamətlənən şirkətdə bu 

məqsəd yuxarıda qeyd edilən müəssisədəki qədər konkret deyil. 

İkincisi,  planların  yoxlanılması  taktiki  planların  işlənib  hazırlanması 

prosesi  boyu  həyata  keçirilir.  Həmin  planlar  strateji  planlara  müvafiqlik 

baxımından  yoxlanılmalıdır.  Əgər  müəssisə  digər  bir  müəssisənin  satın  alınması 

yolu  ilə  onunla  birləşməyi  nəzərdə  tutursa  (müəssisənin  strategiyası  isə  belə 

hərəkətləri  istisna  etmir),  aydındır  ki,  həmin  planlar  strategiya  dəyişənə  qədər 

qüvvədə  olmur.  Taktiki  planların  düzgünlüyü  zəruri  maliyyə  vəsaitlərinin, 

avadanlığın, texniki mütəxəssislərin, satış bazarlarının olması, dövlət qanunverici-

liyinə,  təyin  olunmuş  müddətlərə  müvafiqlik,  işçilərin  onlara  münasibəti 

baxımından  yoxlanılmalıdır.  Lakin  elə  bir  vəziyyət  yarana  bilər  ki,  bu  zaman 

strateji  vəzifələri  taktiki  vəzifələrdən  təcrid  olunmuş  şəkildə  həll  etmək  mümkün 

olar. Belə vəziyyətdə  ən  uğursuz taktika  şəraitində  ən  yaxşı strategiya  faydalı ola 

bilər. 



36 

 

Malların  bir  qrupu  üzrə  rəqabət  çox  güclü  olduqda  onu  rəqiblərin 



hərəkətlərindən  asılı  olaraq  müəyyənləşdirmək  mümkündür.  Rəqabət  mübarizə- 

sinin dərəcəsini aşağıdakı amilləri nəzərə almaqla qiymətləndirmək olar: 

-Analoji malların mövjudluğu, meyar-qiymətlərin səviyyəsi; 

- Bazara yeni malların daxil olması; 

- Bazarda köhnəlmiş, yəni daha aşağı keyfiyyətli malların olması; 

-  Şirkətin  nəzərə  almadığı,  yaxud  bilərəkdən  tərk  etdiyi  bazar 

seqmentlərində rəqiblərin iştirakı; 

-  Rəqiblərin  firmanın  əməkdaşlıq  etmədiyi,  yaxud  bilərəkdən  əlaqə 

yaratmadığı istehlakçı qrupları ilə işləmələri. 

Məqsədlərin  araşdırılması  prosedurundan  sonra  onların  firmanın  yuxarıda 

göstərilən  mövqelər  üzrə  imkanlarına  müvafiq  olaraq  əldə  edilməsinin 

mümkünlüyünün qiymətləndirilməsi həyata keçirilir. 

Bu  mərhələdəki  iş  məqsədlər  dürüst  müəyyənləşdirildikdən,  onlar  miqdar 

baxımından  qiymətləndirildikdən  və  strateji  pərakəndəlik  aşkar  edildikdən  sonra 

başa çatır. 

Strategiyaların  təhlili  keçmiş  və  müasir  strategiyaların  tədqiqi  və 

strategiyanın əsas problemlərinin tədqiqi mərhələlərinə bölünür. Birinci mərhələdə 

firmaların əsas strateji mexanizmləri və onların cari  dövrdə dəyişməsi aşkar edilir. 

Firma  təhlil  nəticəsində  aydınlaşdıra  bilər  ki,  keçmişdə  onun  əsas  strateji  xətti 

texnoloji  yeniliklər  sahəsində  qabaqcıl  mövqeyini  qoruyub  saxlamaq  olmuşdursa, 

cari  dövrdə  texnologiya  sahəsində  üstünlük  rəqiblərin  tərəfinə  keçmişdir.  İkinci 

mərhələdə isə firmaların fəaliyyətinin müxtəilif sferalarında onlar qarşısında duran 

daha mühüm strateji məsələlər aşkar edilir [11, s.40]. 

Strategiyanın seçilməsinin gedinişində şanslar və risklər üsulundan istifadə 

edilməsi maraq doğurur. Bu üsul planlaşdırma təcrübəsinin olmasını nəzərdə tutur, 

çünki  xarici  mühitdəki  dəyişikliklərin  qiymətəndirilməsini  və  müvafiq 

strategiyanın  həyata  keçirilməsi  nəticəsində  meydana  çıxan  nəticələri,  yekunları 

miqdar  ifadəsində  qiymətləndirməyi  tələb  edir.  Digər  tərəfdən,  bu  üsul  qərarların 

işlənib  hazırlanması  və  qəbulu  prosesini  nizamlamağa  şərait  yaradır.  Alternativ 



37 

 

strategiyalar  diapazonunda  seçim  yalnız  problemə  sırf  intuitiv  yanaşma  zamanı 



mümkün olmur.Seçimin meyarı kimi Qurvits meyarından istifadə etmək tövsiyyə 

edilir.  Bu  meyar  ifrat  nikbinlik  halları  ilə  ifrat  bədbinlik  halları  arasında  tarazlıq 

yaradır. 

 

2.2. Biznes strategiyasının işlənib hazırlanması xüsusiyyətləri 

 

Strategiyanın  seçilməsi  və  onun  reallaşdırılması  strateji  idarəetmənin  əsas 



məzmununu  təşkil  edir.  Bütövlükdə  strategiya  anlayışına  iki  ziddiyyətli  baxış 

mövcuddur.  Strategiyanın  birinci  anlayışı  aşağıdakı  prosesə  əsaslanır. 

Uzunmüddətli vaxt aralığında əldə edilməli olan son vəziyyət kifayət qədər dəqiq 

müəyyən  edilir.  Sonra  bu  son  vəziyyətə  nail  olmaq  üçün  nəyi  edilməli  lazım 

olduğu təsbit olunur. Bundan sonra vaxt intervallarına bölünməklə fəaliyyət planı 

tərtib  olunur  ki,  bunun  da  həlli  son,  dəqiq  müəyyən  edilmiş  məqsədin  əldə 

olunmasına gətirib çıxarmalıdır. Strategiyanın məhz bu cür başa düşülməsi əsasən 

mərkəzləşdirilmiş  plan  iqtisadiyyatlı  sistemlərdə  mövcud  olmuşdur.  Strategiyanın 

belə  anlayışına  görə,  bu,  konkret  uzunmüddətli  məqsədə  nail  olmağın  konkret 

uzunmüddətli  planıdır,  strategiyanın  işlənməsi  isə  məqsədin  tapılmasından  və 

uzunmüddətli planın tərtibindən ibarətdir.  

Strateji  idarəetmədə  istifadə  olunan  strategiyanın  ikinci  anlamı  aşağıdakı 

kimi ifadə olunur: strategiya- təşkilatın inkişafında onun fəaliyyət sferasına, vasitə 

və  formalarına,  təşkilatdaxili  qarşılıqlı  münasibətlər  sisteminə,  habelə  təşkilatın, 

onun məqsədlərinə gətirib çıxaran ətraf mühitdə mövqelərinə gətirib çıxaran ətraf 

mühitdə  mövqelərinə  toxunan  uzunmüddətli  keyfiyyətcə  müəyyən  edilmiş 

istiqamətlərdir. 

Strategiyanın  bu  cür  başa  düşülməsi  təşkilatın  davranışında  determinizmi 

istisna  edir,  belə  ki,  strategiya  son  vəziyyət  tərəfə  istiqaməti  müəyyən  etməklə, 

dəyişən situasiya nəzərə alınmaqla seçim azadlığını saxlayır. Bu halda strategiyanı 

ümumi şəkildə seçilmiş istiqamət, mühitdə gələcək davranış yolu kimi xarakterizə 

etmək olar ki, bunun da çərçivəsində fəaliyyət təşkilatı onun qarşısında etmək olar 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə