Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Stənli. Onların adları nədir? 

Meq. Yadımda saxlaya bilmədim. 

Stənli. Onlar sənə dedilər, elə deyil? Yoxsa demədilər? 

Meq. Hə, onlar ... 

Stənli. Bəs onda kimdi onlar? Çalış yadına sal. 

Meq. Nəyə görə, Stən? Sən onları tanıyırsan? 

Stənli. Mən onları necə tanıya bilərəm, əgər heç onların adlarını bilmirəmsə. 

Meq. Ee ... o mənə demişdi, yadımdadır. 

Stənli. Hə? 

Meq. (Düşünür) Nə isə Qold idi deyəsən. 

Stənli. Qold? 

Meq. Hə, Qold ... 

Stənli. Nə? 

Meq. Qoldberq. 

Stənli. Qoldberq? 

Meq. Hə. Onlardan birinin adı belədir. (Stənli yavaş-yavaş sol tərəfdə stulda 

əyləşir). Sən onları tanıyırsan? Stənli cavab vermir. Stənli söz verirəm ki, onlar səni 

oyatmayacaqlar. Mən onlara deyərəm, sakit olarlar. (Stənli sakitcə oturur). Bu gün 

sən qəmgin olmamalısan. Bu gün sənin ad günündür. 

 

Sükut. 


 

Stənli. Uh? 

Meq. Bu gün sənin ad günündür, Stən. Mən bunu indiyəcən sirr olaraq saxlamışdım. 

Stənli. Yox. 

Meq. Sənə hədiyyə almışam. (Meq şkafa tərəf gedir, iri bağlamanı götürüb Stənlinin 

qarşısındakı stolun üzərinə qoyur). Budur. Aç hədiyyəni. 



Stənli. Bu nədir? 

Meq. Bu sənin hədiyyəndir. 

Stənli. Bu gün mənim ad günüm deyil, Meq. 

Meq. Əlbəttə, ad günündür. Hədiyyəni aç. 

 

Stənli hədiyyəyə diqqətlə baxır, yavaş-yavaş ayağa durur və bağlamanı açır. 



 

Stənli. (Sakitcə) Bu ki təbildir! 

Meq. (Yumşaq tərzdə) Çünki sənin pianon yoxdur, ona görə. ( Stənli ona baxır, 

sonra çevrilib  sol tərəfdəki qapıya tərəf gedir) Sən məni heç öpməyəcəksən? (O 

qəflətən çevrilir və dayanır. Stənli yavaş-yavaş ona tərəf gedir və Meqin əyləşdiyi 

stulun yanında dayanır. Meqin yanağına baxır.) Onun içində iki çubuq var. (Stənli 

bağlamaya baxır.  Çubuqları götürür. Bir-birinə vurur və Meqə baxır). 

Stənli. Onu boynuma salım? 

 

Meq qeyri-müəyyənliklə onu müşahidə edir. Stənli təbili boynuna keçirir, astaca 



çalır, daha sonra təbili davamlı çalaraq, stolun ətrafinda addımlayır. Meq razı halda 

onu izləyir. Təbili davamlı çalaraq ikinci dəfə stolun ətrafında fırlanır. Yolun 




yarısında zərbələr nizamsız və idarəolunmaz şəkil alır. Meq bərk qorxur. Stənli təbili 

cala-çala onun stuluna yaxınlaşır, Meq onun sifətindəki qəzəbi dərhal duyur.         

 

 

 



 

 

MəkKen'>Ikinci pərdə. 



MəkKen. Axı onlar bu axşam sənin üçün şənlik keçirəcəklər. 

Stənli. Doğrudan? Gözlənilməz oldu.  

MəkKen. Xeyr. Bu çox əla oldu. 

 

Həyətdəki arxa qapıdan səslər eşidilir. 

 

Stənli. Bağışlayın, ancaq mən bu axşam şənlik əhval-ruhiyyəsində deyiləm. 

MəkKen. Həqiqətən belədir? Nə pis oldu... 

Stənli. Bəli. Mən çölə çıxıram. Ad günümü sakit şəraitdə özüm qeyd etmək istəyirəm. 

MəkKen. Çox pis oldu. 

 

Onlar dayanırlar. 



 

Stənli. Mənim yolumdan çəkilsən – (Sözünü kəsir) 

MəkKen. Axı hər şey hazırdır. Qonaqlar gələcək. 

Stənli. Qonaqlar? Hansı qonaqlar? 

MəkKen. Mən özüm. Digərlərini də, mən cəsarət edib çağırmışam. 

 

MəkKen fit çalmağa başlayır. 



 

Stənli. (Kənara çəkilərək) Mən bunu cəsarət adlandırmazdım. Bu sadəcə içki mərasimi 

olacaq. 


 

Stənli MəkKenə qoşulub fit çalmağa başlayır.  Bəzən biri fit çalır, biri danışır, bəzən isə 

ikisi bir yerdə fit çalır. 

 

MəkKen. Bu həqiqətən də bir şərəfdir. 



Stənli. Məncə sən şişirdirsən. 

MəkKen. Xeyr. Mən deyərdim ki, bu bir şərəfdir. 

Stənli. Bu çox axmaq fikirdir. 

MəkKen. Elə deyil. 

 

Onlar bir-birinə baxırlar. 



 

Stənli. Digər qonaqlar kimlərdir? 

MəkKen. Gənc bir qadın. 

Stənli. Doğrudan? Və...? 

MəkKen. Bir də mənim dostum.  

Stənli. Dostun? 

MəkKen. Hə. Artıq hər şey hazırdır. 

 

 




Stənli stolun ətrafında gəzişir və qapıya tərəf gedir. MəkKen onun qabağına keçir. 

 

Stənli. Üzr istəyirəm. 



MəkKen. Hara gedirsiz? 

Stənli. Çölə çıxmaq istəyirəm. 

MəkKen. Nəyə görə burda qalmaq istəmirsiz? 

 

Stənli stolun sağına tərəf çəkilir.  



 

Stənli. Deməli sən burda məzuniyyətdəsən? 

MəkKen. Qısa müddətə. (Stənli kağızın bir parçasını götürür. MəkKen ona yaxınlaşır). 

Stənli. Bu nədir? 

MəkKen. Heç, yerə qoyun. 

Stənli. Mənə elə gəlir ki, biz əvəllər görüşmüşük. 

MəkKen. Xeyr, görüşməmişik. 

Stənli. Heç Meydinhed tərəflərdə olmusuz? 

MəkKen. Xeyr. 

Stənli. Orada Fullerin kafesi var. Mən həmişə çayı orada içirəm. 

MəkKen. Mən oranı tanımıram.  

Stənli. Bir də Buts kitabxanası. Deyəsən, sizi Haystritdə görmüşəm. 

MəkKen. Doğrudan? 

Stənli. Gözəl şəhərdir, elə deyilmi? 

MəkKen. Mən oranı tanımıram. 

Stənli. Ola bilməz. Mən orada anadan olmuşam və böyümüşəm. Əsas yoldan bir az 

uzaqda yaşamışam. 



MəkKen. Hə? 

 

Bir qədər sükut. 



 

Stənli. Siz burada az qalacaqsız? 

MəkKen. Elədir ki, var. 

Stənli. Bura çox sakit yerdir. 

MəkKen. Səncə, elədir? 

Stənli. Məncə? Xeyr. Amma sən görəcəksən. (Stula əyləşir) Bura mənim xoşuma gəlir. 

Amma mən tezliklə buradan gedəcəm. Evə qayıdacam. Bu dəfə orada qalacam. İnsanın 

öz evi kimi rahat yer yoxdur. (Gülür) Mən getməzdim, amma iş-güc. Özünüz bilirsiz 

də. 


MəkKen. (Sol tərəfdə stulda əyləşir) Bizneslə məşğulsuz? 

Stənli. Xeyr. Mən artıq bununla məşğul olmayacam.  Evdən kənarda olmağı 

xoşlamıram. Mən sakit yaşamağa öyrəşmişəm. Lakin sonralar kiçik bizneslə məşğul 

olmağa başladım. Buna görə burada qalmağa məcbur oldum. İnsan heç vaxt başqasının 

evində qalmağa öyrəşə bilmir. Elə deyil? Mən elə sakit yaşayırdım ki! Ancaq nə isə 

dəyişəndə bilirsən ki, sənin nəyin var. Siqaret? 

 

 




Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə