Harold Pinter Ad Günü


Stənli. Mən! Mən sizin qonağınızam.  Meq



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   2   3   4   5   6   7   8   9   ...   15

Stənli. Mən! Mən sizin qonağınızam. 

Meq. Sən yalançısan. Bu ev siyahıdadır. 

Stənli. Mərc gəlirəm ki elədir. 

Meq. Mən bilirəm ki elədir. 

 

O boşqabı kənara qoyur və qəzeti götürür. 



 

Meq. Dadlı idi? 

Stənli. Nə? 

Meq. Qızarmış çörək. 

Stənli. Şirəli idi. 

Meq. Bu sözü bir də demə. 

Stənli. Hansı sözü? 

Meq. Bayaq dediyin sözü. 

Stənli. Hansını, şirəlini? 

Meq. O sözü demə! 

Stənli. Nə olub ki? 

Meq. Evli qadına bu sözü demək olmaz. 

Stənli. Doğrudan? 

Meq. Hə. 

Stənli. Mən heç bilmirdim. 

Meq. Hə, bu sözü demə. 

Stənli. Bunu sənə kim deyib? 

Meq. Sənə dəxli yoxdur. 

Stənli. Əgər mən bu sözü evli qadına deyə bilmirəmsə, kimə deyə bilərəm? 

Meq. Sən heç nəyi başa düşmürsən. 

Stənli. Bəlkə mənə çay verəsən? 

Meq. Sən çay istəyirsən? (Stənli qəzet oxuyur) De ki, xahiş edirəm. 

Stənli. Xahiş edirəm. 

Meq. De ki, ilk əvvəl üzr istəyirəm. 

Stənli. İlk əvvəl üzr istəyirəm. 

Meq. Xeyr, sadəcə üzr istəyirəm. 

Stənli. Sadəcə üzr istəyirəm! 

Meq. Sən indi buna layiqsən. 

Stənli. Elə etmə. 

 

O, Stənlinin boşqabını götürür və onun yanından keçəndə əli ilə saçlarını düzəldir. 



Stənli onun əlini kənara itələyir. Meq mətbəxə keçir. Stənli eynəyin altından 

gözlərini silir və qəzeti götürür. Meq içəri gəlir. 

 

Meq. Mən çaydanı da gətirdim. 

Stənli. (Fikri dağınıq halda) Bilmirəm mən sənsiz nə edərdim. 

Meq. Bütün bunlara baxmayaraq, sən buna layiq deyilsən. 

Stənli. Niyə?  

Meq. (Çayı stəkana süzərək) Davam et. 



Stənli. Bu çay nə qədər çaydanda qalıb? 

Meq. Yaxşı çaydır. 

Stənli. Bu çay deyil. Şorbadır! 

Meq. Elə deyil. 

Stənli. Çıx buradan. Sən qoca yararsız insansan. 

Meq. Xeyr, elə deyil! Bura sənin evin deyil ki, mənə belə söz deyəsən. 

Stənli. Sən də düzgün eləmirsən gəlib kişinin yataq otağına daxil olub, onu 

oyadırsan. 



Meq. Stənni! Sən mənim səhər gətirdiyim çayı xoşlayırsan? 

Stənli. Mən bu murdar şeyi içə bilmərəm. Sənə heç kim deməyib ki, heç olmasa çayı 

bir az isitmək lazımdır? 



Meq. Bu çox gözəl çaydır. 

Stənli. (başını əllərinin içinə alaraq) Ay Allah, təngə gəlmişəm. 

 

Sakitlik. Meq bufetə sarı gedir, dəsmalı götürür və Stənli baxa - baxa otağı 



təmizləyir. O, stola yaxınlaşır və oranı təmizləyir. 

 

Meq. Stən? 



Stənli. Nədir?  

Meq. (Utancaq halda) Mən həqiqətən yaramazam? 

Stənli. Əlbəttə eləsən. 

Meq. Sən bunu elə-belə deyirsən. 

Stənli. (Əsəbi halda) Bura bax! Nəyə görə buranı təmizləmirsən? Bura donuz 

damına oxşayır. Bəs mənin otağım? Oranı təmizləmək lazımdır. Mənə təmiz otaq 

lazımdır! 

Meq. (Onun əlini sığallayaraq) Stən, ora çox gözəl otaqdır. 

 

Stənli onun əlini itələyir və tez ayağa durub sol tərəfdəki qapıdan bayıra çıxır. Meq 



onun stəkanını və çaydanı götürüb mətbəxə aparır. Çöl qapısı çırpılır. Stənli geri 

dönür. 


 

Meq. Günəş çıxıb? ( O, pəncərənin yanından keçib, siqaret götürür və sonra jiletinin 

cibindən kibrit çıxarıb siqareti yandırır) Sən nə çəkirsən? 



Stənli. Siqaret. 

Meq. Mənə də birini verərsən? 

Stənli. Yox. 

Meq. Mən siqareti xoşlayıram. (Stənli pəncərənin yanında dayanıb siqaret çəkir. 

Meq onun arxasına keçir və  boynunun arxasını qıdıqlayır). 



Stənli. (onu itələyərək) Məndən uzaq dur. 

Meq. Sən çölə çıxırsan? 

Stənli. Səninlə yox. 

Meq. Mən də indi bazarlıq etməyə çıxacam. 

Stənli. Get. 

Meq. Sən tək qalacaqsan. 

Stənli. Doğrudan? 


Meq. Qoca Meqsiz qalacaqsan. Mən iki nəfər üçün bir neçə şey almalıyam. 

 

Sükut. Stənli yavaşca başını qaldırır. Çevrilmədən danışır. 



 

Stənli. Hansı iki nəfər? 

Meq. İki qonaq gözləyirəm. 

Stənli. Nə? 

Meq. Sən bunu bilmirdin, elə deyil? 

Stənli. Sən nə haqda danışırsan? 

Meq. İki cənab Peteydən soruşub ki, onlar burada bir neçə gecəlik qala bilərlər

yoxsa yox. Mən onları gözləyirəm. (Meq dəsmalı götürüb stolun üstünü silməyə 

başlayır). 

Stənli. Mən buna inanmıram. 

Meq. Düz deyirəm. 

Stənli. (Ona tərəf gələrək) Sən bunu qəsdən deyirsən. 

Meq. Petey bu gün bu haqda mənə dedi. 

Stənli. (Siqaretini əzib söndürərək). Bu nə vaxt olub? O onları nə vaxt görüb? 

Meq. Keçən gecə. 

Stənli. Kimdi onlar? 

Meq. Bilmirəm. 

Stənli. O sənə onların adını demədi? 

Meq. Yox. 

Stənli. (Otaqda yavaş-yavaş gəzərək) Burada? Onlar bura gəlmək istəyir? 

Meq. Hə. 

Stənli. Niyə? 

Meq. Bu ev siyahıdadır. 

Stənli. Bəs onlar kimdir? 

Meq. Gələndə görəcəksən. 

Stənli. (Əminliklə) Onlar gəlməyəcəklər. 

Meq. Niyə? 

Stənli. Mən sənə dedim onlar gəlməyəcək. Onlar niyə dünən axşam gəlmədilər ki? 

Əgər gəlsəydilər, gələrdilər. 



Meq. Ola bilsin onlar bu evi qaranlıqda tapa bilməyiblər. Qaranlıqda tapmaq 

çətindir. 



Stənli. Onlar gəlməyəcəklər. Kimsə sizi ələ salıb. Unut bunları. Bütün bunlar yalnış 

məlumatdır. (Stulda əyləşir) Mənim çayım hanı? 



Meq. Mən onu apardım. Sən içmək istəmədin. 

Stənli. Necə yəni apardın? 

Meq. Apardım. 

Stənli. Niyə apardın? 

Meq. Sən içmək istəmirdin! 

Stənli. Kim dedi ki, mən içmək istəmirəm? 

Meq. Sən! 

Stənli. Kim sənə icazə verdi ki, mənim çayımı aparasan? 

Meq. Sən onu içmirdin. 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə