Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Qoldberq. Missis Bols? 

Meq. Hə? 

Qoldberq. Dünən gecə biz sizin ərinizlə danışmışdıq. Ola bilsin o bizim haqda sizə 

deyib. Eşitmişik ki, siz kirayə otaqlar verirsiz. Ona görə mən də dostumla bura 

gəldim. Mən mister Qoldberqəm, bu isə mister MəkKendir. 

Meq. Sizinlə tanış olmağımıza çox şadam. 

 

Onlar bir-birinə əl verib görüşürlər. 



 

Qoldberq. Biz də çox şadıq. 

Meq. Lap yaxşı. 

Qoldberq. Düzdür. Siz hamını görəndə belə sözlər deyirsiz? 

Meq. Heç vaxt. 

Qoldberq. Özünüz necəsiz? 

Meq. Çox yaxşı, sağ olun. 

Qoldberq. Doğrudan? 

Meq. Əlbəttə. 

Qoldberq. Çox şad oldum. Sağ tərəfdə stulda əyləşir. İndi nə deyirsiz, missis Bols? 

Bizi yerləşdirə biləcəksiz? 



Meq. Keçən həftə olsaydı, asan olardı. 

Qoldberq. Doğrudan? 

Meq. Hə. 

Qoldberq. Niyə? İndi neçə qonağınız var? 

Meq. Hal hazırda bir nəfər. 

Qoldberq. Bir nəfər? 

Meq. Hə, siz gələnə qədər bir nəfər idi. 

Qoldberq. Bir də, sizin yoldaşınız, elə deyilmi? 

Meq. Hə, ancaq o mənimlə birgə qalır. 

Qoldberq. Sizin yoldaşınız nə işlə məşğuldur? 

Meq. Bələdçidir. 

Qoldberq. Lap yaxşı. 

Meq. Hə, o həmişə çöldə olur. 

 

Meq aldıqlarını çantasından çıxarır. 



 

Qoldberq. Bəs sizin qonağınız? O kişidir? 

Meq. Kişi? 

Qoldberq. Yaxud qadındır? 

Meq. Xeyr, kişidir. 

Qoldberq. Çoxdan buradadır? 

Meq. Demək olar ki, bir ildir buradadır. 

Qoldberq. Lap yaxşı, onun adı nədir? 

Meq. Stənli Uebber. 

Qoldberq. Burada işləyir? 


Meq. Əvvəl işləyirdi. Pianoçu idi. 

Qoldberq. Doğrudan?  Yaxşı çala bilir? 

Meq. Çox gözəl çalır. (Meq stulda əyləşir) Bir dəfə burada konsert də verib. 

Qoldberq. Harada? 

Meq. (Tərəddüdlə) Ee ... böyük bir zalda. Atası ona şampan bağışlamışdı. Sonra 

onlar qapını bağlamışdılar və o, binadan çıxa bilməmişdi. Nəzarətçi evə getmişdi. 

Ona görə o, səhərə qədər içəridə gözləməli olmuşdu. (Əminliklə) Onlar çox razı 

qalmışdılar. (Sükut) Ona pul da vermişdilər. O da pulu götürüb bura gəlib. 



Qoldberq. Doğrudan? 

Meq. Əlbəttə. Sükut. İstərdim ki, o bu gün pianoda çalsın. 

Qoldberq. Nəyə görə bu gün? 

Meq. Bu gün onun ad günüdür. 

Qoldberq. Ad günüdür? 

Meq. Ancaq axşama qədər ona heç nə deməyəcəm. 

Qoldberq. Özü bilmir ki, ad günüdür? 

Meq. Nə bilim, o bu haqda heç nə deməyib. 

Qoldberq. (Fikirli halda) Bu gün siz ad günü şənliyi keçirəcəksiz? 

Meq. Şənlik? 

Qoldberq. Şənlik keçirməyəcəksiz? 

Meq. (Gözləri daha geniş açılır) Xeyr. 

Qoldberq. Əlbəttə, siz bayram keçirməlisiz. (Qalxır) Bu gün şənlik olacaq. Nə 

deyirsiz? 



Meq. Əlbəttə. 

Qoldberq. Biz ona gözəl ad günü keçirərik. Bunu mənə buraxın. 

Meq. Bu lap yaxşı oldu, mister Qold –  

Qoldberq. Berq. 

Meq. Berq. 

Qoldberq. Bu fikir xoşunuza gəldi? 

Meq. Mən çox şad oldum ki, siz bu gün gəldiz. 

Qoldberq. Əgər bu gün gəlməsəydik, sabah gələrdik. Amma mən çox şadam ki, biz 

bu gün, onun ad gününə gəlmişik. 



Meq. Mən də şənlik keçirmək istəyirdim, amma bunun üçün adamlar lazımdır. 

Qoldberq. İndi MəkKen və mən burdayıq. MəkKen hər bir şənliyin ürəyi və 

ruhudur. 



MəkKen. Nə? 

Qoldberq. Sən bu haqda nə fikirləşirsən, MəkKen? Burada bir cənab yaşayır. Onun 

bu gün ad günüdür və özü bu haqda hər şeyi unudub. Bu gün biz onun yadına hər 

şeyi salacağıq. Biz onun üçün şənlik keçirəcəyik. 

MəkKen. Doğrudan? 

Meq. Hə, bu gün. 

Qoldberq. Bu gün. 

Meq. Mən bayram paltarımı geyinəcəm. 

Qoldberq. Mən də içki gətirərəm. 

Meq. Mən Lulunu da çağıracam. Bütün bunlar Stənlinin kefini açacaq. O bu gün çox 

pis əhvalda aşağı düşmüşdü. 




Qoldberq. Bu gün hər şey yaxşı olacaq. 

Meq. Ümid edirəm ki, şənlik paltarımda gözəl görünəcəm. 

Qoldberq. Xanım, siz çiçəyə bənzəyirsiz. 

Meq. Hansı rəngdə?  

Qoldberq. Ee – mən ilk əvvəl paltarı görməliyəm. 

MəkKen. Mən öz otağıma gedə bilərəm? 

Meq. Siz ikiniz bir otaqda qalacaqsız, buna etiraz etmirsiz? 

Qoldberq. Mən etiraz etmirəm, bəs sən MəkKen? 

MəkKen. Yox. 

Meq. Şənlik neçədə başlayacaq?  

Qoldberq. Saat doqquzda.  

MəkKen. (Qapının yanında) Çıxış qapısı budur? 

Meq. (Qalxaraq) Mən göstərərəm. Əgər yuxarı getməyə etiraz etmirsizsə. 

Qoldberq. Sizinlə? Bu bir şərəfdir. 

 

Meq və Qoldberq gülə-gülə qapıdan çıxırlar. MəkKen də onların arxasınca gedir. 



Stənli pəncərədə görsənir. O, arxa qapıdan içəri girir. Sol tərəfdəki qapıya tərəf 

gedir, açır və qulaq asmağa başlayır. Sakitlik. O, stola tərəf gedir. Dayanır. Meq 

içəri girən kimi o oturur. Meq onun yanından keçib, bazarlıq çantasını qapıdan asır. 

Stənli kibrit yandırır və onun yanmağına baxır. 

 

Stənli. Kimdir onlar? 

Meq. İki cənab. 

Stənli. Hansı iki cənab? 

Meq. O cənablar ki, hansı ki gələcəkdilər. Mən elə indicə onları otaqlarına apardım. 

Onlar otaqlarından çox razı qaldılar. 



Stənli. Onlar gəliblər? 

Meq. Onlar çox yaxşı adamlardır, Stən. 

Stənli. Nəyə görə onlar dünən gecə gəlmədilər? 

Meq. Onlar dedilər ki, çarpayı çox əladır. 

Stənli. Onlar kimdir? 

Meq. (Oturaraq) Onlar çox yaxşı adamlardır, Stənli. 

Stənli. Mən soruşdum ki, kimdir onlar? 

Meq. Mən sənə dedim axı, iki cənab. 

Stənli. Mən fikirləşmirdim ki, onlar gələcəklər. 

 

O qalxır və pəncərəyə tərəf gedir. 



 

Meq. Hə, gəldilər. Onlar hələ mən gəlməzdən qabaq burada idilər. 

Stənli. Onlar burada nə istəyirlər? 

Meq. Qalmaq istəyirlər. 

Stənli. Nə qədər? 

Meq. Demədilər. 

Stənli. (Çevrilərək) Bəs nə üçün burada? Nəyə görə başqa yerdə yox? 

Meq. Bu ev siyahıdadır. 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə