MəkKen. Xeyr, çəkmirəm.
Yenə arxa qapıdan səslər gəlir.
Stənli. Orada kim var?
MəkKen. Mənim dostum və evin sahibi.
Stənli. Bilirsiz, mənə baxanda mərc gələrəm ki, heç vaxt fikirləşməzsiz ki, mən belə
sakit həyat sürmüşəm. Üzümdəki qırışlar? Bu içkidəndir...Burada hərdən içirdim. Onu
demək istəyirəm ki, ...özün bilrsən də...uzaqdasan...heç nə yerində deyil, əlbəttə...evə
qayıdanda hər şey daha yaxşı olacaq...mənim demək istədiyim insanların mənə necə
baxmalarıdır. Yəqin fikirləşəcəksən ki, mən başqa cür insan olmuşam. Mən elə bilirdim
ki, dəyişmişəm, ancaq görürəm ki, necə var idim, elə də qalmışam. Yəni sən mənə
baxanda fikirləşməyəcəksən ki, mən elə insanam ki, hamıya problem yaradıram?
(MəkKen ona baxır) Bilrsən mən nə demək istəyirəm?
MəkKen. Xeyr.
Stənli. Nəyə görə bura gəlmisiz?
MəkKen. Qısa məzuniyyətə.
Stənli. Bura qalmaq üçün çox gözəldir. (Qalxır)
MəkKen. Niyə?
Stənli. Çünki, bura darıxdırıcı yer deyil, heç vaxt da belə olmayıb.
MəkKen. Əlbəttə.
Stənli. Nəyə görə buranı seçdiz?
MəkKen. Siz ad günü olan birisi üçün bir az üzgün görünürsüz, cənab.
Stənli. (Kobudcasına) Nəyə görə mənə cənab dediz?
MəkKen. Sizin xoşunuza gəlmir?
Stənli. Qulaq asın, mənə bir də cənab deməyin.
MəkKen. Əgər xoşunuza gəlmirsə, bir də demərəm.
Stənli. Xeyr. Hər halda, bu gün mənim ad günüm deyil.
MəkKen. Ad gününüz deyil?
Stənli. Gələn aya qədər deyil.
MəkKen. Qadına görə, bu gündür.
Stənli. O qadın dəlidir.
MəkKen. Bu demək üçün çox pis sözdür.
Stənli. (Stola tərəf) Sən hələ bunu bilmirsən? Burada çox şey var ki, sən bilmirsən.
Deyəsən, səni bağa gedən yolacan kimsə gətirib.
MəkKen. Bunu kim edəcəkdi ki?
Stənli. (Stola doğru əyilərək) O qadın dəlidir.
MəkKen. Yalandır.
Stənli. Sən bilmirsən nə edirsən.
MəkKen. Sənin siqaretin kağızın yanındadır.
Arxa qapıdan səslər eşidilir.
Stənli. Onlar haradadır? (Siqareti söndürərək) Niyə içəri gəlmirlər? Onlar orada nə
edirlər?
MəkKen. Özünü sakitləşdirmək istəyirsən.
Stənli ona yaxınlaşır və qolundan tutur.
Stənli. (həyacanla) Bura bax-
MəkKen. Toxunma mənə.
Stənli. Bura bax, bir dəqiqə qulaq as.
MəkKen. Əlimi burax.
Stənli. Bir dəqiqə otur.
MəkKen. (Əsəbi tərzdə onun əlini vuraraq) Bir də belə etmə.
Stənli. Sən bilirdin mən nədən danışıram, elə deyilmi?
MəkKen. Mən bilmirəm sən nədən danışırsan.
Stənli. Bu səhvdir. Başa düşürsən?
MəkKen. Nə isə qayğılısan?
Stənli. O sənə nə isə deyib? Sən bilirsən nə üçün buradasan? Məndən qorxmaq lazım
deyil. Ya da o sənə heç nə deməyib.
MəkKen. Nə haqda?
Stənli. (Qışqıraraq) Axı mən sənə başa saldım ki, Basinqstokda qaldığım vaxt evdən
çölə çıxmamışam.
MəkKen. Bilirsən, sən məni heyrətləndirirsən.
Stənli. Bura bax, sən vicdanlı adama oxşayırsan, sadəcə özünü axmaq yerinə
qoymusan. Başa düşdün? Haradan gəlmisən?
MəkKen. Səncə haradan?
Stənli. Mən İrlandiyanı yaxşı tanıyıram. Orada mənim çoxlu dostlarım var. Mən o,
ölkəni çox sevirəm və insanlarına etibar edirəm. Onlar həqiqətə hörmət edirlər və
onların çox gözəl yumor hissi var. Məncə onların polisləri əladır. Mən heç yerdə
oradakı kimi qürub çağı görməmişəm. Mənimlə çölə çıxıb içməyə necə baxırsan?
Yolun aşağısında kafe var. O cür yeri buralarda tapmaq çətindir – (Sözünü yarımçıq
kəsir)
Səslər daha da yaxından eçidilir. Q və P arxa qapıdan içəri daxil olurlar.
Qoldberq. (İçəri girən kimi) Hamınızı xoş gördük. (Stənliyə baxır)
Petey. Salam, Stənli. Siz Stənli ilə tanış deyilsiz, elə deyil, cənab Q?
Qoldberq. Mən hələ belə şərəfə nail olmamışam.
Petey. Lap yaxşı. Bu mister Qoldberqdir, bu isə mister Uebberdir.
Qoldberq. Tanışlığımıza çox şadam.
Petey. Biz bağçada bir az hava alırdıq.
Qoldberq. Mən mister Bolsa öz qoca anamdan danışırdım. Necə gözəl günlər idi. (Sağ
tərəfdə stulda əyləşir) Mən gənc olanda yolun aşağısında yaşayan qızla birgə kanal
boyu gəzirdim. Gözəl qız idi. Mən onun yanağından öpüb, tərk etdim. Biz indiki
gənclər kimi deyildik. Bir-birimizə hörmət edirdik. Mən ona çoxlu problemlər
yaşatmışdım və sonra heç nə olmamış kimi çıxıb getdim. Elə bil hər şey dünən
olmuşdu. (Stola söykənir)
MəkKen. Şəhər meydanı kimi.
Qoldberq. Nə şəhər meydanı?
MəkKen. Karikmakrosdakı.
Qoldberq. Onları müqayisə etmək olmaz. Anam həmişə soyuq düşməmiş “Simi” deyə
məni çağırardı.
MəkKen. Mən elə bilirdim sizin adınız Netdir.
Qoldberq. O, məni həmişə məni “Simi” çağırardı.
Petey. Hə, biz hamımız uşaqlığımızı xatırlayırıq.
Qoldberq. Düzdür. Bağışlayın, mister Uebber, siz nə dediz? Uşaqlıq. İsti su
butulkaları, isti süd, sabun köpüyü. Həyat necə gözəl idi.
Sükut.
Petey. (Stuldan qalxaraq) Yaxşı, mən getməliyəm.
Qoldberq. Getməlisiz?
Petey. Bu gün şahmat günümdür.
Qoldberq. Siz şənliyə qalamayacaqsız?
Petey. Bağışla, Stənli, mən indiyə qədər bu haqda heç nə bilmirdim. Bu gün bizim
oyunumuz var. Çalışacam ki, tez qayıdım.
Qoldberq. Biz sənin üçün içki saxlayarıq, yaxşı? Onda yaxşı olar ki, gedib içki
şüşələrini gətirəsiz.
MəkKen. İndi?
Qoldberq. Əlbəttə indi. Vaxt gedir.
Petey. Mən sizin yolunuzla gedirəm.
Qoldberq. Onda onu tezliklə məğlub edib geri qayıdın, mister Bols.
Petey. Əlimdən gələni edəcəm. Görüşərik, Sten.
Petey və MəkKen çölə çıxır. Stənli səhnənin mərkəzinə doğru gəlir.
Qoldberq. İsti gecədir.
Stənli. (Çevrilərək) Başımı qatmayın.
Qoldberq. Üzr istəyirəm?
Stənli. Deyəsən burada bir səhv var. Sizin otağınız artıq götürülüb. Sizə demək mister
Bolsun yadından çıxıb. Siz başqa yer tapmalısız.
Qoldberq. Siz burada menecersiz?
Stənli. Bəli.
Qoldberq. Sizcə bu yaxşı zarafatdır?
Stənli. Bu evi mən idarə edirəm. Məncə, siz və dostunuz başqa ev tapmalısız.
Qoldberq. (Qalxaraq) Lap yadımdan çıxmışdı sizi təbrik edim. (Əlini ona tərəf
uzadaraq) Təbrik edirəm!
Stənli. (Ona fikir verməyərək) Deyəsən, siz yaxşı eşitmirsiz.
Qoldberq. Nəyə görə belə fikirləşirsiz? Əlli yaşı olan adama görə mənim hər şeyim əla
vəziyyətdədir. Ad gününə gəldikdə isə mənim fikrimcə, bu böyük hadisədir.
Dostları ilə paylaş: |