Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

 

 



 

 

 



 

 

 



 

Harold Pinter

 

 



 

 

 



 

Ad Günü 

İngilis dilindən tərcümə 

edəni Xəyalə Məmmədova 

 

   


 

 

 



   Üç pərdəli pyes 

İştirak edirlər: 

Petey 

Meq 

Stənli 

Lulu 

Qoldberq 

MəkKen 

 

   

 

 

 

 

Birinci pərdə 

 

Dəniz  kənarı şəhərdə yerləşən evin qonaq otağı. Aşağıdan soldakı zala aparan qapı. 

Arxa qapı və yuxarıdan soldakı kiçik pəncərə. Mətbəx pəncərəsi arxadan mərkəzdə. 

Yuxarıdan sağda mətbəx qapısı. Mərkəzdə stol və stullar. Petey əlində qəzet sol 

qapıdan daxil olur və stulda əyləşir. Oxumağa başlayır. Mətbəx pəncərəsindən 

Meqin səsi gəlir. 

 

Meq. Bu sənsən, Petey? (Sükut) Petey, sənsən? Sükut. Petey? 

Petey. Nədi? 

Meq. Sənsən? 

Petey. Hə, mənəm. 

Meq. Necə? (Üzü görünür) Qayıtmısan? 

Petey. Hə. 

Meq. Sıyıq hazırdır. (O, gözdən itir və yenidən peyda olur). Bu da sənin sıyığın.  

 

Petey qalxır və boşqabı ondan alır, oturur və yeməyə başlayır. Meq mətbəx 



qapısından içəri girir. 

 

Meq. Yaxşıdır? 



Petey. Hə. 

Meq. Bilirdim ki, yaxşıdır. (Stulda əyləşir) Qəzet almısan? 

Petey. Hə. 

Meq. Maraqlıdır? 

Petey. Pis deyil. 

Meq. Nə yazır? 

Petey. Elə bir şey yazmır. 


Meq. Dünən mənə maraqlı şeylər oxudun. 

Petey. Hə. Bunu hələ oxuyub qurtarmamışam. 

Meq. Maraqlı şey olanda deyəcəksən? 

Petey. Hə. 

 

Sükut. 



 

Meq. Bu səhər çox işləmisən? 

Petey. Yox. Elə bir neçə köhnə stulu bir yerə yığdım. Bir az səliqə-sahman 

yaratdım. 



Meq. Hava yaxşıdır? 

Petey. Gözəldir. 

 

Sükut. 



 

Meq. Stənli oyanıb? 

Petey. Bilmirəm. Oyanıb ki? 

Meq. Bilmirəm, mən də hələ görməmişəm. 

Petey. Onda hələ oyanmayıb. 

Meq. Onu görmüsən? 

Petey. Mən elə indicə içəri girmişəm. 

Meq. Yəqin hələ yatır. 

 

Otağa göz gəzdirir, durub bufetə tərəf gedir və siyirtmədən bir cüt corab çıxarır. 



İynə-sap götürüb stula qayıdır.  

 

Meq. Səhər saat neçədə işə getdin, Petey? 



Petey. Həmişəki vaxtda. 

Meq. Qaranlıq idi? 

Petey. Yox, elə də qaranlıq deyildi. 

Meq. (Çitəməyə başlayır) Ancaq bəzən sən səhər işə gedəndə qaranlıq olur. 

Petey. Qışda belə olur. 

Meq. Doğrudan da qışda elə olur. 

Petey. Hə, qışda hava gec işıqlanır. 

Meq. Eh! Sükut. Nə oxuyursan? 

Petey. Kiminsə təzəcə uşağı olub. 

Meq. Ola bilməz, kimin? 

Petey. Bir qızın. 

Meq. Kimin, Petey, kimin? 

Petey. İnanmıram onu tanıyasan. 

Meq. Adı nədir? 

Petey. Meri Splət. 

Meq. Tanımıram. 

Petey. Tanımırsan. 

Meq. Nəyi olub? 


Petey. (Qəzeti oxuyur.) Qızı. 

Meq. Oğlan deyil? 

Petey. Xeyr. 

Meq. Eh, biabırçılıq. İstərdim ki, balaca oğlum olsun. 

Petey. Balaca qız da pis deyil. 

Meq. İstərdim balaca oğlum olsun. 

 

Sükut. 



 

Petey. Yeyib qurtardım.  

Meq. Dadlı idi? 

Petey. Çox dadlı idi. 

Meq. Sənə başqa şey də hazırlamışam. 

Petey. Lap yaxşı. 

 

Meq qalxır, boşqabı götürür və mətbəxə daxil olur. Sonra içərisində iki parça 



qızardılmış çörək olan boşqabla qayıdır. 

 

Meq. Al, Petey. 

 

Petey qalxır , boşqabı alır, baxır və stula əyləşir. Meq yenidən daxil olur. 



 

Meq. Dadlıdır? 

Petey. Hələ dadına baxmamışam. 

Meq. Mərc gəlirəm ki, bunun nə olduğunu bilmirsən. 

Petey. Bilirəm. 

Meq. Onda de nədir? 

Petey. Qızardılmış çörək. 

Meq. Düzdür. 

 

O, yeməyə başlayır. Meq onun yeməyinə tamaşa edir. 



 

Petey. Çox dadalıdır. 

Meq. Bilirdim ki, dadlıdır. 

Petey. Meq, dünən gecə çimərlikdə mənə iki kişi yaxınlaşdı. 

Meq. İki kişi? 

Petey. Hə. Bilmək istəyirdilər ki, biz onlara bir neçə gecəlik yer verə bilərikmi? 

Meq. Yer vermək? Burada? 

Petey. Hə. 

Meq. Neçə kişi? 

Petey. İki. 

Meq. Bəs sən nə dedin? 

Petey. Dedim bilmirəm. Ona görə də dedilər ki, onlar yenidən baş çəkəcəklər. 

Meq. Gələcəklər? 

Petey. Dedilər gələcəklər. 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə