39
çatmağı bacarmıĢdı. 1946-cı ildə cümhuriyyətin çöküĢündən sonra və 1953-cü ildə
yeni ümidlərlə dəstəklədikləri Müsəddiq hökumətinin çevriliĢlə düĢürülməsinin
ardından yer altına çəkilən ĠKDP-nin 1954-cü ildə keçirilən bir konfransında
partiyanın yeni öncəlikləri: “monarxiyanın yıxılması, öz xalqının seçdiyi hökumətə
sahib kürd idarəsinin qurulması və bütün Kürdistanın qurtuluĢu” (13, s.251)
Ģəklində sıralanmıĢdı. ĠKDP-nin 1954-cü il proqramı, 1945-ci ildəkinə görə daha
radikal bir cizgiyə keçdiyini ortaya qoymaqdadır. Bu da mərkəzin tətbiq etdiyi
hərbi eyləmlər və basqıçı siyasətlər sonucu çevrənin radikallığa yönəlməsinin bir
örnəyidir. Sonrakı illərdə ĠKDP üzvləri hərbi yöntəmlərə baĢ vuraraq, Ġranlı
güclərlə uzun sürə savaĢdılar. 1973-cü ildə ĠKDP-nin III Qurultayında “Ġran üçün
demokratiya, Kürdistan üçün muxtariyyət” Ģüarı yenidən qəbul edilərək, formal
olaraq hərbi eyləmlərin davam etdirilməsi qərara alındı. Ġnqilabın baĢlaması ilə 30
illik yeraltı həyatının ardından açıq fəaliyyətə keçən ĠKDP-nin yeni strategiyası
federal Ġran içində tək birim altında birləĢmiĢ Kürdistan üçün muxtariyyət tələbi
Ģəklində ifadə edilmiĢdi. Siyasi muxtariyyəti içərən bu avtonom yapı içində kürdlər
iç iĢlərində və bölgə idarəsində hegemon olmaqla birlikdə, Tehranın xarici iĢlər,
maliyyə, müdafiə və ordu üzərində kontrolu nəzərdə tutulurdu. Ġnqilabdan sonra
kürd etnosiyasi hərəkatının bölgədə qanlı çatıĢmalarla basdırılmasının və ĠKDP
üzvlərinin Ġraqa keçməsinin ardından yenə uzun illər sürəcək partizan savaĢları
dönəmi baĢladı. Bu da kürd bölgələrinin militarizə olması və kürd xalqı içində
millətçi duyğuların kök salması ilə sonuclandı. Mərkəz-çevrə münasibətləri
bağlamında isə hərbi eyləmlərin mərkəzə, problemlərin çözümünü ertələməkdən
baĢqa uzun vədəli qazanc gətirmədiyi kimi, çevrə üzərində də yıpradıcı (aĢındırıcı)
etki yaratdığı açıqca ortadır. Bu səbəblə, ĠKDP 1993-cü ildə partizan savaĢında
zəfər çalacaqlarına dair inam və bəkləntilərinin qalmadığı yönündə bəyanatlar
yayınlamıĢdı. ĠKDP-nin 3 iyul 2004 tarixində keçirilən XIII qurultayında
partiyanın “Ġran üçün demokratiya, Kürdistan üçün muxtariyyət” Ģəklində
özətlənmiĢ əski strategiyasının dəyiĢdirilərək, yeni strategiyasının “Ġran üçün
demokratik, federal və plüralist sistem və bu sistem içində Kürdistan xalqının milli
haqlarının təmin edilməsi” olaraq bəlirləndi (20). ĠKDP-nin yeni strategiyasının
yeni dönəmdə partiyanın Ġranda federal yapının yaradılması üçün çalıĢacağını
ortaya qoymaqla birlikdə, Kürdistan üçün nə cür bir idarə biçimi hədəflədiklərinin
bəlirsiz olduğunu da göstərməkdədir. Habelə, yeni strategiya, mərkəz-çevrə
münasibətləri bağlamında incələndiyində, çevrənin yeni dönəmdə mərkəzdəki
rejim dəyiĢikliyini yeni ümid və bəkləntilərlə arzuladığını və Ġran üçün tək çarə
olaraq görülən plüralizm, demokratiya və federallaĢma istəyinin yeni dönəmdə
gerçəkləĢdiriləcəyinə inandığını da ortaya qoymaqdadır.
Son illərdə Ġrandakı kürd etnosiyasi hərəkatı açıq çatıĢma sahəsindən
çıxaraq gizli dirəniĢ mərhələsində davam etməkdədir. Bu mərhələni xarakterizə
40
edən bir baĢqa özəllik isə əski dönəmlərdən fərqli olaraq Ġrandakı kürd qrupların
getdikcə Ġran dıĢındakı digər kürd qruplarla iĢbirliyinə girmə giriĢimlərinin artdığı
yönündəki bəlirtilərdir. Məs, PKK Ġran içində fəaliyyət göstərən “Xabat” adlı bir
qrupa sahibdir. Habelə, Ġranlı kürdlər Ġraq içində kiçik bir hərbi bazaya sahibdirlər.
Ġran Kürdistanı son illərdə ən çox əhali gələn bölgələrdən biri halına
gəlmiĢdir.
Ġllərcə
Türkiyədə və Ġraqda çatıĢmaların yaĢandığı bölgələrdən qaçan kürdlər daha çox
Ġran Kürdistanına yerləĢmiĢlər. Bu durum bölgədəki kürdlərin həm əhalisinin
çoxalmasına, həm də Ġran dıĢındakı kürdlərlə qaynaĢmalarına səbəb olmuĢdur.
1997-ci ildə keçirilmiĢ prezident seçkilərində Ġrandakı kürdlərin 75%-dən
çoxu səslərini reformist namizəd Məhəmməd Xatəmiyə vermiĢlər. 2000-ci ildə 18
kürd millət vəkili Ġran məclisinə girməyi baĢarmıĢdır. Bu seçkilərin ardından iki
kürd bölgəsindəki seçki sonuclarının Qoruyucular Qurulu tərəfindən (ġura-yi
Nigahban) ləğv edilməsi olayının Kürdistan əyaləti valisi Abdullah Ramazanzadeh
tərəfindən protest edilməsi üzərinə qurul, onun haqqında “yalan xəbərlər yayma”
iddiası ilə tutuqlama qərarı vermiĢdir. Kürdlərin çoxu hələ konstitusiyanın etnik
haqlarla bağlı maddələrinin yaxın zamanda tətbiq olunacağı ümidini
daĢımadadırlar. Mart 2002-ci il tarixində Kürdistan əyalətini Məclisdə təmsil edən
kürd millət vəkillərinin hamısı kürdlərə və sünnilərə qarĢı ayrımçılığı protest etmək
məqsədilə millət vəkilliyindən istefa etmiĢlər. 1998-ci ildə sakit keçən illərin
ardından ilk dəfə Sənəndəcdə və Urmiyada Öcalanın tutuqlanması olayını protest
etmək və Türkiyədəki kürdlərlə həmrəylik sərgiləmək məqsədiylə göstəriĢlər
keçirildi. Göstərilər sırasında polis qüvvələri ilə çatıĢmalar çıxdı və və bu
çatıĢmada ölən və yaralananlar oldu. ÇatıĢmaların çıxmasında bölgənin iqtisadi
geriliyi və iĢsizlik sorunu, habelə bir neçə sünni məscidin qapadılması olayı da
etkili olmuĢdur. Mucteba Maksudinin də bəlirtdiyi kimi “bu olay kürd probleminin
nisbi susqunluq halında olduğunu və bir qığılcımla yenidən alovlana biləcəyini”
(15, s.312) göstərmiĢdir.
Ərəblərin etnosiyasi mobilizasiya bağlamında analizi
Xuzistan bölgəsi Ġranın cənub hüdudunda yerləĢməsi və Bəsrə körfəzindəki
digər ərəb ölkələrinə coğrafi yaxınlığı səbəbiylə Ġran üçün hər zaman sorunlu bölgə
olmuĢdur. Əyalətdəki Ərəb əhalinin sıxlığı və zəngin neft qaynaqları bölgənin
stratejik önəmini daha da artırmaqdadır. Ġran-Ġraq arasındakı hüdud xətti 1336 km.
uzunluğundakı ġartül-Ərəb çayı boyunca uzanır. 1980-ci ildə Ġraqın ġartül-Ərəb
çayını keçərək bölgə üzərində haqq iddia etməsi iki ölkə arasında 8 il sürəcək
savaĢı da baĢlatdı. SavaĢdan sonra Ġslam Ġnqilabının ixracından çəkinən Ġraq və
Dostları ilə paylaş: |