Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

37 
 
Havrami və Dimlli ləhcələrinin) Qərb araĢdırmaçıları tərəfindən kürd dillərinə aid 
olmadığı  bəlirtilməkdədir.  Ancaq  kürd  aydınlar  filologiya  mövzularına  çox  önəm 
vermədən, kürdlər arasındakı etnik həmrəylik duyğusuna üstünlük verməkdədirlər 
(12).  Eyni  tablo  Ġran  kürdləri  üçün  də  keçərlidir.  Ġrandakı  kürdlərin  çoxunluğu 
sünni məzhəbindən olmaqla birlikdə, özəlliklə KirmanĢah və ətrafındakı kürdlər Ģiə 
məzhəbinə  mənsub  olub  Ġranla  daha  çox  özdəĢləĢmiĢlər.  Ġrandakı  kürdlərin  bir 
özəlliyi  də  gələcəyə  yönəlik  hədəf  və  strategiyaları  ilə  bağlı  konkret  görüĢlərdən 
yoxsun olmalarıdır.  
Kürdlər  etnik  açıdan  heterogen  olduqları  kimi,  tarixləri  də  dartıĢmalı 
mövzuları ehtiva etməkdədir. Tarixçi David McDowal “Kürdlərin eyni soykökdən 
gəldikləri  anlamında  etnik  bir  bütün  təĢkil  etdiklərini  söyləmək  son  dərəcə  Ģübhə 
oyadıcı  bir  mövzudur”  deməkdədir.  Habelə,  McDowal,  Osmanlı-Səfəvi  savaĢları 
sonucunda  (Osmanlılar  Ġranla  olan  hüdud  xəttinin  güvənliyini  təmin  etmək 
məqsədilə  fərqli  bölgələrdən  gətirdikləri  qarıĢıq  etnik  yapıya  sahib  qəbilələri 
birləĢdirərək  16  kürd  əmirliyi  yaratmıĢlardı)  kürdlərin  yeni  bir  siyasi  və  mədəni 
kimliyə sahib topluluq olaraq ortaya çıxdığını vurğulamaqdadır (13, s.8.). 
Tarixi planda etniklərin formalaĢma sürəclərini incələyən A.Smith, özəlliklə 
savaĢların bir çox yeni etnik topluluğun ortaya çıxmasında önəmli rol oynadığına 
diqqət  çəkərək,  kürdlərin  də  bu  savaĢlardan  nəsibini  aldığını  ifadə  etməkdədir. 
AraĢdırmaçı  “SavaĢın  yalnızca  savaĢan  tərəflərdən  deyil,  aparıldığı  torpaqlarda 
bulunan  üçüncü  tərəflərdən  də  etnik  topluluq  çıxardığını,  habelə  kürdlərin, 
ermənilərin, isveçlilərin, çexlərin və sikhlərin ortaq etniklik duyğularının ortalarına 
düĢdükləri  yabançı  güclər  arasındakı  uzatmalı  savaĢların  etkisiylə  təkrar-təkrar 
billurlaĢdığını” irəli sürməkdədir (14, s.51). 
Kürdlər  arasında  fərqli  din  və  məzhəblərin  varlığından  söz  edən  Hamid 
Əfəndi,  Ġraq,  Ġran,  Türkiyədəki  kürdlər  arasında  xristian,  yəhudi,  ZərdüĢt  dininin 
yanında sünni, Ģiə, yezidi məzhəbləri, Ġran və Ġraqdakı kürdlər arasında ələvi, əhli-
həq,  nəqĢbəndi  və  qadiri  məzhəbi    mənsublarının  olduğunu  da  bəlirtmiĢdir. 
Ġraqdakı  kürd  əhali  haqqında  dəqiq  bilgilər  olmasa  da,  kürd  və  digər  qaynaqlara 
əsaslanaraq,  4-5  milyona  yaxın  və  ya  Ġran  əhalisinin  8-10%-i  qədər  kürd  əhali 
olduğu təxmin edilməkdədir. 1986-cı ildə Ġranda keçirilmiĢ ümumi əhali sayımına 
görə, Kürdistan vilayətinin əhalisi 1.078.415 nəfər olaraq bəlirlənmiĢdir (11, s. 81). 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  Etnik  Azınlıqlar  1997  Raportu  isə  Ġrandakı  kürdlərin 
toplam sayının 3.250.000 olduğunu, dillərinin Hind-Avropa dil qrupuna aid kürdcə 
və ya digər alternativ adları ilə güney kürdcə, sorani, korkora, vava dili adlandığını, 
habelə KirmanĢah və Mukri ləhcələrinin də olduğunu bəlirtmiĢdir (9). 
Ġranda yaĢayan kürd əhalisinin bir özəllliyi də sürətli əhali artması səbəbiylə 
baĢqa bölgələrə yayılma və demoqrafik olaraq geniĢlənmə meylliliyidir. Mövzu ilə 
bağlı olaraq R.Blaga düĢüncəsini belə ifadə etmiĢdir:  


38 
 
“Etnik  Kürdistanın  önəmli  özəlliklərindən  birisi  sürəkli  olaraq  güney  və 
doğuya  doğru  geniĢləməsidir.  Özəlliklə  Qərbi  Azərbaycan  ostanında,  kürdlər 
öncələri  Ağrı  Dağı-Zagros  çizgisinin  dağlıq  bölgəsində  yaĢarlardı.  Ancaq 
Qaraqoyunlu-Ağqoyunlu  dönəmindən  baĢlayaraq,  XV  yüzil  və  özəlliklə  ġeyx 
Übeydullah  ayaqlanması  və  daha  sonra  Ġran-Rusiya  savaĢlarını  təqibən  bölgədə 
varlıqları  hiss  edilməyən  kürd  əhali,  çox  hızlı  bir  Ģəkildə  artmıĢdır.  Bir  zamanlar 
Türkiyə-Ġran  hüdudunun  sadəcə  dağlıq  bölgəsinə  yerləĢən  kürdlər  artıq  Maku, 
Salmas,  Xoy,  Urmiya,  Sulduz,  Miyandab,  Tikab,  Sayınqala  çizgisinin  qərbindəki 
ovalıqlara  doğru  yayılmıĢlardır.  Ġran  Ġslam  Cümhuriyyəti  dönəmində  kürd 
bölgələrinin  geniĢlənməsi  Ġran,  Ġraq  və  Türkiyə  kürd  bölgələrində  çıxan  sürəkli 
çatıĢma  və  huzursuzluklardan  dolayı  iç  və  dıĢ  kürdlərin  daha  içlərə,  Azərbaycan 
torpaqlarına doğru yapdıqları köç ilə davam etməkdədir” (4, s.166). 
Kürdcə, kürdlərə siyasi azadlıq qazandırmada önəmli bir faktordur.  Kürdcə, 
Ġrandakı  farscanın  bir  qoludur,  Hind-Avropa  dil  qrupuna  daxildir.  Bənzər 
olmalarına baxmayaraq farslar kürdcəni anlamırlar. Kürd dilində çoxlu əski farsca 
və pəhləvicə kəlmələr vardır.  
Ġran  Ġslan  Ġnqilabının  ardından  Ġranda  ilk  etnosiyasi  hərəkatı  baĢladan 
kürdlərin muxtariyyət tələbi ilə apardıqları aktiv mübarizə, rejimin silahlı basdırma 
eyləmləri  və  Ġran-Ġraq  savaĢının  baĢlaması  ilə  birlikdə  yavaĢlamıĢ,  ĠKDP  və 
Komala  kimi  təĢkilatların  liderləri  və  aktiv  üzvlərinin  ölkə  dıĢına  getməsi  ilə 
birlikdə xeyli zəifləmiĢdir. 1989-cu ildə Xomeyninin ölümünün ardından o ilin iyul 
ayında Ġran dövlət yetkililəri ilə ĠKDP təmsilçiləri arasında ölkə dıĢında gizli barıĢ 
görüĢmələri aparılmaqda idi. Rejim ilə radikal qruplar arasında havanı yumĢaltmaq 
məqsədilə  Vyanada  aparılan  bu  görüĢmələr  sırasında  ĠKDP  lideri  A.Qasemlu 
gözlənilməz  bir  Ģəkildə  sui-qəsdlə  öldürüldü.  Maraqlıdır  ki,  bu  sui-qəsd  eyləmi 
Qasemlunun  Amerika  səfərinin  beĢ  gün  öncəsinə  rastlaĢmıĢdı.  1991-ci  ildə  isə 
ĠKDP-nin  bir  baĢqa  lideri  Sadiq  ġereföz  Berlində  öldürüldü.  1992-ci  ildə  ĠKDP 
baĢkanı  Mustafa  Hicri  yayınladığı  bəyanatda  kürdlərin  Ġrandan  ayrılma  istəyini 
açıqca  ortaya  qoymuĢdur  (11,  s.104).  Artıq  1993-cü  ilə  gəldiyində,  Mc.Dowallın 
da  bəlirtdiyi  kimi  təĢkilatların  aktiv  üzvlərinin  rejim  tərəfindən  sürəkli  təqib,  sui-
qəsd, tutuqlanması sonucu kürd hərəkatı çöküĢ nöqtəsinə gəlmiĢdi (13, s.277). 
1945-ci  ildə  qurulmuĢ  olan  ĠKDP-nin  yarım  əsrlik  bir  sürə  içində  Ġran 
kürdləri  üçün  bəlirləmiĢ  olduğu  hədəflər  və  qullandığı  strategiyalar  mövzusunun 
qısaca incələnməsi, həm də Ġran Kürdistanında etnosiyasi mobilizasiyanın gəliĢim 
sürəcinin,  həm  də  ümumi  olaraq  Ġran  içində  etnosiyasi  hərəkatların  ortaya  çıxıĢ 
səbəblərinin anlaĢılmasında  faydalı olacaqdır. 1945-1946 illəri arasında ĠKDP-nin 
bəlirləmiĢ  olduğu  strategiya  Ġran  üçün  demokratiya,  Kürdistan  üçün  muxtariyyət” 
Ģəklində  özətlənmiĢdi.  Bu  hədəf  doğrultusunda  təĢkilatlanan  partiya,  Mahabad 
Kürd Cümhuriyyəti qurulması ilə birlikdə qısa sürəli də olsa  muxtariyyət istəyinə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə