Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

56 
 
1. Modernizm. 
2. Güney Azərbaycan əhalisinin oyanan milli vicdanı.  
Güney  Azərbaycan  milli  hərəkatının  dünyada  tək  müttəfiqi  var,  o  da 
modernitədir.  Günümüzdə  fars  Ģovinizmi  mərkəzli  Ģiə  rejimi  ilə  bizim 
hesablaĢmamız  necə  ola  bilər?  Bu  siyasi  düzən  dörd  böhranla  qarĢılaĢdığında 
ortadan qalxmıĢ olur. Nələrdir bu dörd böhran növü? 
1.  MəĢruiyyət  böhranı.  Yəni  hakim  dövlət  ideologiyası  və  dünyagörüĢü 
toplum  tərəfindən  qəbul  edilmir.  Dövlətin  rəsmi  dünyagörüĢü  üzərinə  fərqli 
təfsirlər  ortaya  çıxır.  Bizim  baxımımızdan  fars  rejiminin  Ġranı  yalnız  farslardan 
ibarət olaraq görmə görüĢü və Güney Azərbaycanı bağımsız bir olqu olaraq qəbul 
etməməsi Ģiddətlə rədd edilir. Rejimin dini müqəddərata sığınaraq qazandığı etibarı 
da  dərindən  sarsılmıĢdır.  Bu  arada  tarixi,  fəlsəfi  və  dini  planda  rejimin 
mövcudluğunu  sual  altına  aparan  ən  önəmli  Ģəxsiyyətlərdən  biri  Abdulkərim 
SoruĢdur. SoruĢun özəlliklə son yazıları fars Ģovinizminin dini əsaslarını dərindən 
sökməyə baĢlamıĢdır. Səfəvilərdən günümüzə qədər bizi farslarla bir inanc içində 
tutan  mövcud  inanıĢ  SoruĢ  tərəfindən  geniĢ  fəlsəfi  planda  soruĢdurmaya  tabe 
tutulmuĢdur.  Bu  baxımdan  SoruĢun  əsərləri  bizim  milli  hərəkata  enerji 
qazandırmaqdadır. SoruĢ və Nasir Purpirar özləri istəməsələr belə, Ġranda yaĢayan 
millətlərin milli mübarizələrinə  yardımda bulunmaqdadırlar. 
2.  Qatılım  böhranı.  Rejim  hər  dəfə  formal  olaraq  keçirdiyi  seçkilərdə 
qatılım böhranı ilə qarĢılaĢır. Güney Azərbaycanda əhalinin seçimlərə qatılmaması 
bir  rejim  dəyiĢikliyi  üzündən  deyil,  olmamalıdır.  Bu  kimlik  inĢası  doğrultusunda 
fars  Ģovinizmini  rədd  etmək  anlamındadır.  Güney  Azərbaycan  əhalisinin  rejimin 
seçki  kompaniyalarına  qatılmaması  dövlət  tərəfindən  çox  əndiĢə  ilə  qarĢılanır. 
Çünki örnəyin bu qatılmama farsların qatılmaması ilə eyni dəyərdə deyildir. 
3.  Tətbiqat  və  çözüm  böhranı.  Bu,  o  anlamdadır  ki,  rejim  göz  önündə 
bulunan  bir  çox  iqtisadi,  ictimai  sorunların  çözümündə  çarəsiz  qalır.  Güney 
Azərbaycandakı  iqtisadi  böhrana  rejimin  seyrçi  qalması,  ayrıca  uluslararası  enerji 
xasiyyəti  daĢıyan  bu  yurdların  yeraltı,  yerüstü  zənginliklərini  talaması  çox 
düĢündürücü  bir  gerçəklikdir.  Ulusumuz  get-gedə  bu  iqtisadi  sömürülmənin 
bilincinə varmaqdadır. 
4.  Kontrol  böhranı.  Kontrol  böhranı  geniĢ  anlamlı  bir  anlayıĢdır.  1) 
Hakimiyyətlər  içi  ziddiyyətlər  ortaya  çıxır  və  rejim  öz  içindən  bölünməyə  və 
qütbləĢməyə doğru gedir. 2) Rejim öz müxaliflərinin təĢkilatlanmalarını əngəlləyə 
bilməz duruma gəlir. 
Bunlar bir rejimin süqutunu sağlayan böhranlardır. Ancaq nə məĢruiyyət, nə 
qatılım,  nə  də  tətbiqat  və  çözüm  böhranı  bir  rejimi  yıxa  bilməz.  Bunlar  rejimin 
varlığına  təxrib edici zərbələr  vura  bilərlər, ancaq rejimi  yıxacaq  ən ciddi böhran 
kontrol  böhranıdır.  Son  zərbəni  vuran  kontrol  böhranıdır.  Bu  gün  Güney 


57 
 
Azərbaycanda  milli  hərəkatın  mübarizəsini  rejim  boğaraq,  öldürərək,  zindana 
salaraq  kontrol  edə  bilir.  Ancaq  zamanın  axıĢı  və  Güney  Azərbaycan  əhalisinin 
fikrən,  hissən  və  örgütlənmə  olaraq  daha  da  hazırlıqlı  duruma  gəlməsi  və  fars 
Ģovinizminin  dünyada  insan  haqlarına  sayğı  göstərməyən  dövlət  kimi  tanınması 
istər-istəməz kontrol məĢruiyyətini də dərinləməsi ilə meydana çıxacaqdır. Bundan 
sonra,  əlbəttə  ki,  Güney  Azərbaycan  Milli  Hərəkatı  da  yeni  bir  mərhələyə 
keçəcəkdir. ġovinizmin kontrol böhranı ortaya çıxdığı zaman bizim söyləmlərimiz 
dəyiĢəcəkdir.  
Güney  Azərbaycanda  nüfus  artıĢı  və  ĢəhərləĢmə  həyatı  ulusal  bilincin 
gəliĢməsinə  təsir  göstərən  vasitələrdən  biridir.  Ġnsanlar  Ģəhər  həyat  sistemində 
maddi  həyatı  kəĢf  edirlər.  Maldarlıq  və  tarım  kimi  iqtisadi  sistemdə  maddi  həyat 
ayrıntılı Ģəkildə kəĢf olunmur. Maddi həyatın kəĢfi bir Ģəhər olqusudur və ticarətlə, 
sənayeləĢmə və Ģəhər kültürü ilə bağlantılıdır. ġəhərlərdə siniflərin ortaya çıxıĢı və 
əhalinin  artıĢı  dünyadakı  hadisələrə  kollektiv  münasibətlərin  formasını  və 
məzmununu  dəyiĢdirir.  Daha  öncəki  dönəmlərdə  ən  çox  Təbriz  böyük  olayların 
mərkəzi olurdu.  Ancaq artıq Güney Azərbaycanın bir neçə Ģəhəri keyfiyyət uğruna 
mübarizə  aparacaq  kəmiyyətə  yüksəlmiĢdir.  Kənd  və  köçəri  həyatda  bu  fürsətlər 
mövcud  olmur.  Əski  hərəkatlarımızın  məğlubiyyətləri  Ģəhər  həyatının  çox  zəif 
olması  və  Ģəhər  əhalisinin  az  olmasından  da  qaynaqlanmıĢ  ola  bilər.  ġəhər  həyat 
sistemində  özəlliklə  proletar  sinfinin  milli  mübarizəyə  qatılması  çox  önəmlidir. 
Milli  iqtisadiyyat  və  sosial  ədalətdən  yana  olan  milli  mübarizənin  uğuru  bu  geniĢ 
təbəqəni öz içinə alması ilə kəskinləĢə bilər.  
Ancaq  bütün  sinifləri  içinə  ala  biləcək  bir  hərəkətin  geniĢ  fəlsəfi,  ədəbi, 
siyasi  qaynaqları  olmalıdır  ki,    bu  gün  bizdə  ən  ciddi  əksiklik  olaraq  gözə 
çarpmaqdadır.    1905-ci  ildə  Lenin  deyirdi:  “Sosialist  inqilabını  gerçəkləĢdirmək 
üçün  ədəbiyyatımız  yetərli  deyildir”.  ÇernıĢevski  kimi  sosialistlərin  və  özəlliklə 
Maksim Qorki kimi yazarların milləti hərəkətə gətirmək üçün çox təsiri oldu.  Bu 
gün bizim toplumumuz  üçün  də  bu sahədəki  məhrumiyyət  özünü açıqca göstərir.  
Hər Ģey siyasətlə anladılmaz. Güney Azərbaycanın öz içindən fıĢqıran böyük dram 
əsərləri, geniĢ miqyaslı bilgi bilirikmi, yeni musiqi əsərləri gərəkməkdədir. Əlbəttə 
ki,  bu  olaylar  mədəni  planda  gerçəkləĢərkən,  siyasi  planda  da  xəyali  realizmlə 
gerçək realizmin sınırlarını bəlli etmək gərəkəcəkdir. Bu açıdan toplumun ruhuna 
xitab  edən  söyləmlərlə  dıĢ  dünyaya  xitab  edən  söyləmlərin  məzmunu  üzərinə 
dərin-dərin  düĢünmək  lazımdır.  Bir  toplumun  iç  yaĢamının  dəyiĢməsi  əldə  etdiyi 
bilgilər  və  bu  bilgilərin  davranıĢlara  yansıması  ilə  mümkün  olur.  Bu  günə  qədər 
tariximizdə  inĢa  edilən  bilgilərin  bizdən  daha  çox  farslara  fayda  sağladığına  tanıq 
olmaqdayıq.    Özəlliklə  də  bu  bilgi  birikiminin  fars  dilində  gerçəkləĢməsi  bir 
Ģəkildə  millət olaraq beynimizi fars əsarətinə  soxmuĢdur. Bu üzdən bu dəyərlərin 
yenidən  dəyərləndirilməsi  və  gözdən  keçirilməsi  gərəkir.  Min  ildən  artıq  zaman 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə