Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə24/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

 
65 
mətnlərində  on  iki  xəlifənin  Bəni-HaĢim  tayfasından  olduğu  nəql 
edilir.  Bu  rəvayət  (on  iki  nəfərin  Bəni-HaĢim  tayfasından  olması) 
xüsusilə  sonuncu  cümlənin  Peyğəmbəri-əkrəm  (s)  tərəfindən  yavaĢ 
söylənilməsi  ilə  daha  uyğundur.  Peyğəmbəri-əkrəmin  (s)  sonuncu 
cümləni  astadan  söyləməsinin  səbəbi  bir  çoxlarının  Bəni-HaĢimin 
xilafətə gəliĢi ilə razılaĢmamaları olmuĢdur. 
Hədisdə  buyurulan  on  iki  nəfəri  abbasilərə  də  tətbiq  etmək 
olmaz, çünki  onların da  sayı  on iki  nəfərdən çoxdur.  Bundan  əlavə, 
onlar  “Qul  la  əsəlukum  ələyhi  əcrən,  illəl-məvəddətə  fil-qurba”  (Ya 
Peyğəmbər!  (Camaata)  de:  “Sizdən  ən  “yaxınlarım”a  məhəbbət 
bəsləməkdən  baĢqa  heç  bir  mükafat  istəmirəm!”)  ayəsinin  və 
“Kisa” hədisinin ehtiramını saxlamadılar. Buna əsasən, hazırkı hədisi 
Peyğəmbər  (s)  Əhli-beytindən  ibarət  on  iki  imamdan  baĢqalarına 
tətbiq etmək mümkün deyil. Çünki onlar öz zəmanələrinin ən elmli, 
bilikli,  təqvalı  və  alicənab  Ģəxsləri  olmuĢ,  əsil-nəsəbcə  hamıdan 
fərqlənmiĢlər.”
1
  
Əvvəlcə  əhli-sünnə  olub,  sonra  Ģiəliyi  qəbul  edən  doktor 
Məhəmməd Ticani Səmavi Ģiə olmasının səbəbi barədə yazdığı “Lə 
əkunə məəs-sadiqin” (“Düz danıĢanlarla birgə olam”) adlı kitabında 
bu  məsələ  ilə  bağlı  qısa  və  eyni  zamanda  dolğun  qeydlərini  qələmə 
alır: “On iki imam barəsində olan hədisləri imamiyyə Ģilərinin qəbul 
etdikləri on iki nəfərdən ibarət Əhli-beyt imamlarından baĢqasına aid 
etmək  düzgün  deyil.  Əhli-sünnə  alimləri  və  Ģəxsiyyətləri  bu 
müəmmanı  həll  etməlidirlər.  Çünki  onların  səhih  kitablarında  nəql 
olunan  on  iki  imamın  kimliyi  indiyədək  müəmmalı  qalmıĢ  və  ona 
heç bir cavab tapmamıĢlar.”
2
  
Maraqlıdır  ki,  bəziləri  bu  hədisi  Əhli-beytdən  (ə)  baĢqalarına 
aid  etmək  istədikdə,  qəribə  yollara  əl  atmıĢlar;  biri  Yezid  və  onun 
kimilərini  guya  Ġslamı  qüdrətli  və  izzətli  etdiyinə  görə  on  iki 
nəfərdən  hesab  etmiĢ,  digəri  on  iki  nəfər  sayı  düzəltmək  üçün  bəzi 
xəlifələrin adını özbaĢınalıqla silmiĢdir. 
Bizim nəzərimizcə, onlar sakit qalıb bu hədis barəsində bir söz 
deməsəydilər,  daha  yaxĢı  olardı.  Maraqlıdır  ki,  həcc  səfərlərinin 
birində  Məscidül-Həramda  Məkkə  alimlərinin  birindən  bu  hədislə 
                                                 
1
 “Yənabiul-məvəddət”, səh. 446, 77-ci bölümün davamı. 
2
 “Lə əkunə məəs-sadiqin”, səh. 146. 


 
66 
əlaqədar belə bir fikir eĢitdim: “On iki imamın dörd nəfəri ilk dörd 
xəlifədir, səkkiz nəfəri isə gələcəkdə zühur edəcək!” 
Halbuki bu  hədisi oxuyan  hər kəs  on iki  imamın varlığının hər 
bir  zamanda,  ardıcıl  olduğunu  baĢa  düĢür.  “Bu  din  aradan 
getməyəcək,  həmişə  izzətli  və  yenilməz  olacaqdır”,  yaxud  “Bu  din 
aradan  getməyəcək  və  qiyamət  gününə  qədər  duracaqdır”  kimi 
ifadələr  açıq-aĢkar  göstərir  ki,  Peyğəmbəri-əkrəmin  (s)  on  iki 
nəfərdən  ibarət  xəlifələr  silsiləsi  dünyanın  sonuna  qədər  davam 
edəcəkdir. 
Bu bəhsimizi də Hafiz Əbu Nəim Ġsfahaninin “Hilyətül-övliya” 
adlı  kitabında  nəql  olunan  bir  hədislə  sona  yetiririk.  Ġbn  Abbas 
Peyğəmbəri-əkrəmdən (s) belə nəql  etmiĢdir: “Hər kim mənim kimi 
yaşayıb,  mənim  kimi  ölmək  və  Rəbbimin  saldığı  “Ədn”  bağında 
məskunlaşmaq istəyirsə, məndən sonra Əlini, onun vəlisini (dostunu) 
sevsin  və  məndən  sonra  gələn  imamlara  tabe  olsun.  Çünki  onlar 
mənim Əhli-beytimdirlər!”
1
  
BĠR ĠNCƏLĠK 
Burada  mühüm  bir  məsələyə  də  qısaca  iĢarə  edir,  onun  geniĢ 
izahını  gələn  bəhslərə  saxlayırıq.  ġiə  və  sünni  mənbələrində  nəql 
olunan rəvayətlərin çoxunda on iki imamın adı Əhli-beyt məktəbinin 
qəbul etdiyi kimi göstərilmiĢdir. Bəzisində isə yalnız onların birincisi 
(imam  Əli  (ə)  və  axırıncısının  (imam  Mehdinin  (ə));  “Əvvəluhum 
Əliyyun  və  axiruhum  Məhdiyy!”  “Onların  birincisi  Əli,  sonuncusu 
isə  Mehdidir!”)  adları  çəkilmiĢ,  bəzilərində  də  üçüncü  imam  həzrət 
Hüseynin  (ə)  adına  iĢarə  olunmuĢdur.  O  həzrət  barəsində 
Peyğəmbəri-əkrəmdən (s) belə nəql olunmuĢdur: 
  ٓلْاِث ا ان٘
 ءٍخاَعلْاَِ ر ءٍخمَّّ  اَا اٛةُثاَا ،ءٍَبِ ا ةُؿاَا ،ءٍَبِ ا  ةُٓلْاِث ا ،ةٌَبِ ا ٜ
 :
“Mənim  bu  övladım  (Hüseyn  (ə))  imam,  imam  övladı,  imam 
qardaşı və doqquz imamın atasıdır!”
2
  
Hətta bu hədisdə də on iki imama iĢarə edilmiĢdir. 
                                                 
1
  “Hilyətül-övliya”,  1-ci  cild,  səh.  86;  “Fəzailul-xəmsə  min  sihahis-sittə” 
kitabından nəqlən, 2-ci cild, səh. 34. 
2
 Mərhum Əllamə “Kəşfül-murad” (“Şərhu təcridil-əqaid”) kitabında yazır: 
“Bu  hədis  “təvatür”  həddində  Peyğəmbəri-əkrəmdən  (s)  nəql  olunmuşdur.” 
(“Kəşfül-murad”, 1-ci cild, səh. 178-179.) 


 
67 
YER ÜZÜ ĠLAHĠ HÖCCƏTSĠZ QALMAZ 
Rəvayətlərdə  təkidlə  vurğulanan  məsələlərdən  biri  də  yer 
üzünün  ilahi  höccətsiz  qalmamasıdır.  Əhli-beyt  imamlarından  bizə 
gəlib çatan  çoxlu  rəvayətlərdə  bu məsələyə  dəfələrlə  toxunulmuĢ və 
yer  üzünün  imamsız  (yaxud  peyğəmbərsiz),  ümumiyyətlə,  ilahi 
höccətsiz  qalmayacağı  göstərilmiĢdir.  “Üsuli-kafi”  kitabının  iki 
bölümü  bu  məsələyə  həsr  edilmiĢdir:  bir  bölümdə  “Ġnnəl-ərzə  la 
təxlu  min  höccətin”  (Həqiqətən,  yer  üzü  höccətsiz  qalmaz!)  adı  ilə 
imam Baqir (ə), imam Sadiq (ə), imam Riza (ə) və digər imamlardan 
on  üç  rəvayət,  ikinci  bölümdə  isə  “Ġnnəhu  ləv  ləm  yəbqə  fil-ərzi 
rəculani lə-kanə əhəduhuməl-höccətə” (Həqiqətən, yer üzündə yalnız 
iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beĢ rəvayət 
qeyd  edilmiĢdir.
1
    AĢağıda  hər  iki  bölümün  bəzi  rəvayətlərinə  iĢarə 
edəcəyik: 
Ġmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:
 
 اَلْاِلاا  مَّْ ا
  ؾاَٚ ّلا ا اٛةٍُ لْاِقاَر لا  اَٗ لْاِه
  لْاِْ ااَٚ لْاُِةُ٘مَّكاَه ًبئلْاِ١اَّ اٛةُٕ ِمةُّلْاٌِا اَكاى  لْاِْ ا بّلْاِ١اَو ةٌَبِ ا بٙ٠
 لْاِٟاَّ اٛةُٖاَمأَ
 لْاُِةُٙاٌَ ةُٗمَّّاَراَا ًب 
 :
“Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi 
təlimlərdə)  bir  şeyi  artırsalar,  onların  qarşısını  alar,  əgər  bir  şeyi 
azaltsalar, onu bərpa edər.
2
  
Həzrətdən  nəql  olunan  baĢqa  bir  hədisdə  buyurulur:  “Allah-
taalanın  yer  üzünü  ədalətli  bir  imamsız  qoyması  qeyri-
mümkündür!”
3
  
Hətta  bəzi  hədislərdə  göstərilir  ki,  əgər  yer  üzü  bir  an  belə 
imam və ilahi höccətsiz  qalsa, zəlzələ  baĢ verər  və  yer  əhlini  özünə 
çəkər.
4
  
Ġmam Sadiqin (ə) buyurduğu bir hədis belədir:
 
  لْاِلاا بّةُ٘ةُل اَؽاَا  اَْبىاٌَ  ٓلْاِ١اٍَةُعاَه  ةًُبٌّٕا  اَْبو  لْاِٛاٌَ
 ةَُبِ
 :
Əgər  dünyada  yalnız  iki  nəfər  qalsa,  onların  biri  mütləq 
imamdır!” 
BaĢqa bir hədisdə isə belə buyurulmuĢdur:
 
 اََ ةُو فآ  مَّْ ااَٚ
 اَا  ةُدٛةُّاَ٠  لْاِْ
  لْاِلا
 ةَُبِ
                                                 
1
 “Üsuli-kafi”, 1-ci cild, səh. 178-179. 
2
 Yenə orada, 1-ci bölüm, hədis: 2 və 6. 
3
 Yenə orada. 
4
 Yenə orada, hədis: 11-13. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə