GüLŞƏn surxay qizi abduləLİyeva



Yüklə 250,59 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix11.06.2018
ölçüsü250,59 Kb.
#47967
1   2   3   4   5   6   7   8

 

 

14 



əmsalının  (0,71±0,21)  88,7%-ni  təşkil  etmişdir.  Bu  zaman  yuxarı  orta 

uzunluğa  xüsusi  qırılma  yükü  vasitəsilə  ən  yüksək  müsbət  dolayı  təsir  (Pxr) 

lifin  uzanması  (0,12),  tərəfindən  olmuşdur.  Bununla  yanaşı  uzunluğa  xüsusi 

qırılma yükü vasitəsilə mikroneyr və əksetmə əmsalı tərəfindən bərabər mənfi 

dolayı təsir (-0,09) qeyd edilmişdir. 

 

 



 

Şəkil 3. 

X

1

 – mikroneyr; X



2

 – uzunluğa görə bərabərlik indeksi; X



3

 – qısa liflərin indeksi; 



X

– xüsusi qırılma yükü; X



5

 – qırılma zamanı lifin uzanması; X



6

 – əksetmə əmsalı 

(R

d

);X



7

 – yuxarı orta uzunluq; P



1Y

-P



6Y 

– birbaşa effekt; Pxdolayı təsirlər;  



P

XY

 – qalıq (rezidual) faktorlar 

 

Beləliklə  sonda  qeyd  etmək  lazımdır  ki,  qısa  liflərin  indeksi  yuxarı  orta 



uzunluğa birbaşa mənfi, bir çox başqa keyfiyyət əlamətlərinə isə dolayı mənfi 

təsir  göstərir.  Xüsusi  qırılma  yükü  isə  yuxarı  orta  uzunluqla  yüksək  müsbət 

korrelyasiya  təşkil  edir  və  digər  əlamətlərə  müsbət  dolayı  təsir  göstərir. 

Deməli  bu  əlaməti  yüksək  keyfiyyətli  genotiplərin  seçilməsi  zamanı  marker 




 

 

15 



əlamət kimi hesab etmək olar.  

Məhsuldarlıqla  lifin  keyfiyyət  göstəriciləri  arasında  qarşılıqlı  əlaqənin 

təyin  edilməsi  xüsusi  maraq  doğurur.  Belə  ki,  keyfiyyət  əlamətlərinin 

məhsuldarlığa  birbaşa  təsiri  müsbət,  lakin  çox  yüksək  olmamışdır  (Р

4

у=0,06 


və ya ümumi korrelyasiya 0,18±0,06 əmsalının 33,3%-i).  

 

6. Pambığın F



4

–F

5

-də seçilmiş yeni genetik  xətlərinin xarakteristikası. 

Növdaxili  və  növlərarası  hibridlər  öz  başlanğıclarını  tək  bir  hibrid  qozasından 

götürdüyü  üçün  fərdi  seçmə  F

2

  hibrid  ailəsindən  başlamışdır  və  beş  nəsil 



müddətində davam  etdirilmişdir. Hibridoloji analiz və  mühüm əlamətlərə görə 

hibridlərin  kompleks  qiymətləndirilməsi  əsasında  genetik  cəhətdən  yeni  hibrid 

materialı əldə edilmişdir. Valideynlər və hibridlərin müqayisəli analizi göstərdi 

ki,  öyrənilən  əlamətlərin  ən  yaxşı  kompleksi  ilə  (C-3506  х  Acala  4-42)  4-5 

saylı  növdaxili  hibrid  fərqlənmişdir.  Yuxarı  orta  uzunluğu  1,29  düym 

(32,8±0,22  mm),  lif  çıxımı  37,7±0,15%-ə  bərabər  olmuşdur,  deməli  bu 

əlamətlər arasındakı məlum mənfi korrelyativ əlaqə pozulmuşdur. Bir bitkidə 

məhsuldarlıq  yüksək  (72,8±1,28  q)  olub  ən  yaxşı  valideyni  üstələmişdir. 

Seçilmiş  ən  yaxşı  növdaxili  hibridlərdən  biri  olan  (2272  x  C-3506)  1-2  saylı 

hibridin  lifinin  yuxarı  orta  uzunluğu  1,28  düym  (32,6±0,37  mm)  olub  daha 

yaxşı  valideynin  göstəricisini  cüzi  ötmüş,  qısa  liflərin  indeksi  (3,3±0,11)  və 

mikroneyr  (4,2±0,10)  valideynin  səviyyəsində  olmuş,  xüsusi  qırılma  yükü  isə 

32,9±0,43  qg/teks  olub  valideynin  göstəricisini  (31,5±0,32  qg/teks)  etibarlı 

səviyyədə  üstələmişdir.  Əksetmə  əmsalı  (Rd)  (80,9±1,20)  iki  valideynin  orta 

göstəricisini ötüb ən  yaxşısına tərəf meyl  etmişdir. Lif çıxımı 36,9±0,38%, bir 

bitkidə xam pambığın məhsuldarlığı 61,3±1,12 q olmuşdur.  

Başqa növdaxili hibridlər də bu və ya digər əlamətlərə görə bəzi fərqlərlə 

analoji göstəricilərə malikdirlər.  

Növlərarası  (G.hirs.  L.  və  G.barb.L.)  hibrid  nəsli  də  genetik  cəhətdən 

dəyişmiş  materialdan  ibarətdir.  Növlərarası  (147-  Ф  G.hirs.  L.  х  Todlo-16 



G.barb.  L.)  2-7  saylı  hibridin  yuxarı  orta  uzunluğu  1,31  düyma  (33,3±0,67 

mm) bərabər olmuşdur. Qısa liflərin indeksi aşağı (2,7±0,06), mikroneyr ideal 

göstərici  (4,0±0,15)  ilə  səciyyələnmiş,  lifin  xüsusi  qırılma  yükü  (34,7±0,60) 

və  əksetmə  əmsalı  (Rd)  (83,7±1,47)  hər  iki  valideyni  üstələmişdir. 

Məhsuldarlıq 57,7±1,25q, lif çıxımı 34,9±0,33%, qeyd edilmişdir.  

Keyfiyyət  və  təsərrüfat  əlamətlərinin  ən  yaxşı  uzlaşması  növlərarası 

(5904-И  G.barb.  L.  x  Deltapine-16  G.hirs.  L.)  4-17  saylı  hibridində  qeyd 

edilmişdir.  Lifin  yuxarı  orta  uzunluğu  1,35  düym  (34,4±0,40  mm),  qısa 

liflərin  indeksi  2,9±0,07%,  mikroneyr  4,0±0,15,  xüsusi  qırılma  yükü 



 

 

16 



34,8±1,09  qg/teks,  lif  çıxımı  35,6±0,78%,  məhsuldarlıq  58,6±0,95  q 

olmuşdur. 

Növdaxili  hibridləşmədə  allel  və  qeyri-allel  genlərin  qarşılıqlı  təsirinin 

rekombinasiyası  keyfiyyət  əlamətlərinə  görə  kəskin  fərqlənən  genotiplərin 

yaranmasına  səbəb  olmur.  Müxtəlif  növlərin  hibridləşməsi  genlərin  yeni 

qarşılıqlı  təsir  tipinin  yaranmasına  səbəb  olur  ki,  bu  da  ayrı-ayrı  keyfiyyət 

əlamətlərinin  tərəddüd  diapazonu  son  dərəcə  yüksək  olan,  yəni  beynəlxalq 

standartların  tələblərindən  kənara  çıxan  genotiplərin  formalaşmasına  gətirib 

çıxarır.  

 

NƏTİCƏLƏR 



 

1.  Pambığın  növdaxili  və  növlərarası  hibridlərində  yuxarı  orta  uzunluq, 

bərabərlik  indeksi,  qısa  liflərin  indeksi  və  qırılma  zamanı  lifin  uzanması 

valideynlər  arasında  aralıq  mövqe  tutmaqla  onlardan  ən  yaxşısına  tərəf 

meyl  edir  və  natamam  dominantlıqla  xarakterizə  edilir.  Mikroneyrin 

dominantlığı  hibrid  kombinasiyasının  strukturundan  asılıdır.  Növdaxili 

hibridlərə  üstündominantlıq,  mənfi  dominantlıq  və  natamam  dominantlıq, 

növlərarası  hibridlərə  isə  yalnız  müsbət  və  mənfi  natamam  dominantlıq 

xarakterikdir.  

2.  Pambığın  növdaxili  və  növlərarası  hibridlərində  kəmiyyət  əlamətlərinin 

dominantlıq dərəcəsinin təyin edilməsi bir bitkidən xam pambığın məhsulu 

və  onun  komponentlərinin  əsasən  üstündominantlıq,  lif  çıxımının  isə 

natamam dominantlıq xarakterinə malik olduğunu müəyyən etdi.  

3.  Xüsusi  qırılma  yükü  yuxarı  orta  uzunluqla  etibarlı  və  yüksək  müsbət 

(r=0,77), bərabərlik indeksi ilə orta (r=0,48), lifin uzanması (r=0,34), qısa 

liflərin  indeksi  (r=0,24)  və  əksetmə  əmsalı  ilə  (Rd)  (r=0,24)  zəif 

korrelyasiya təşkil edir.  

4.  Növdaxili  hibridlərdə  xam  pambığın  məhsuldarlığı  yuxarı  orta  uzunluq, 

mikroneyr  və  xüsusi  qırılma  yükü  ilə  zəif  dərəcədə  müsbət  əlaqə  ilə 

bağlıdır. Məhsuldarlıq və lifin baza keyfiyyət əlamətləri arasındakı yüksək 

olmayan  müsbət  korrelyasiya  seçmə  zamanı  bu  əlamətlərin  eyni  vaxtda 

yaxşılaşdırılmasını istisna etmir. 

 

5.  Yollar  əmsalları  (Path  coefficients)  analizi  zamanı  müəyyən  edildi  ki, 



növdaxili  F

hibridlərində  lifin  yuxarı  orta  uzunluğu  ilə  xüsusi  qırılma 



yükü  arasında  yüksək  korrelyativ  əlaqə  əsas  etibarı  ilə  xüsusi  qırılma 

yükünün  həm  yüksək  müsbət birbaşa təsiri həm də dolayı  müsbət təsirləri 

hesabına  formalaşır.  Lif  uzunluğunun  yaxşılaşdırılmasında  xüsusi  qırılma 



Yüklə 250,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə