GüLŞƏn surxay qizi abduləLİyeva



Yüklə 250,59 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix11.06.2018
ölçüsü250,59 Kb.
#47967
1   2   3   4   5   6   7   8

 

 



  Parçalanma  baş  vermiş  F

2

  və  F



nəsillərində  bitkilər  arasında 

məqsədyönlü  fərdi  seçmə  aparmaq,  F

4

,  F



5

  nəsillərində  yaxşılaşmış 

hibrid xətlərini və lifin keyfiyyət komponentlərinin donorlarını seçmək. 

Tədqiqatın elmi yeniliyi. Azərbaycan şəraitində ilk dəfə olaraq valideyn 

sortlarında,  həmçinin  növdaxili  və  növlərarası  hibridlərdə  lifin  12  yeni 

keyfiyyət əlaməti testləşdirilmiş və əlamətlərin beynəlxalq təsnifatına müvafiq 

olaraq  öyrənilmişdir.  Lifin  ölçülməsi  Özbəkistanın  “Sifat”  sertifikasiya 

mərkəzində  müasir  cihazda  –  HVI  (High  Volume  Instrument)  sistemində 

beynəlxalq  standartların  tələblərinə  uyğun  olaraq  aparılmışdır.  Bitkilər  ilkin 

nəsillərdə  fərdi  öyrənilmiş  və  test-əlamət  kimi  lifin  keyfiyyət  xüsusiyyətləri 

götürülmüşdür.  Ilk  dəfə  olaraq  keyfiyyət  və  kəmiyyət  əlamətlərinin 

korrelyativ  yollar  əmsalları  (Path  coefficients)  analizi  aparılmışdır. 

Əlamətlərin  geniş  (H

2

)  və  məhdud  (h



2

)  mənada  irsiliyinin  öyrənilməsinə 

əsasən genetik dəyişkənliyin dərəcəsi təyin edilmişdir. Genlərin qarşılıqlı təsir 

tipləri  və  ilkin  nəsillərdən  başlayaraq  yüksək  əlamətlərə  malik  genotiplərin 

alınmasında  seçmənin  proqnozlaşdırılmasının 

mümkünlüyü 

müəyyən 

edilmişdir. 



Tədqiqatın  praktiki  əhəmiyyəti.  Başlanğıcını  bir  qozadan  götürmüş 

hibridlərin  seçilməsinə  əsaslanan  metodun  istifadəsi  lazımi  genlərin  bir 

genotipdə  toplanması  və  bunun  daha  qısa  müddətdə  stabilləşməsi  prosesini 

sürətləndirir.  Genotipik  korrelyasiya  qanunauyğunluqlarının  aşkar  olunması 

və  yollar  əmsallarının  təyin  edilməsi  qoşa  əlamətlər  arasında  korrelyasiya 

əmsalını  bir  əlamətin  digərinə  birbaşa  və  başqa  əlamətlər  vasitəsilə  dolayı 

təsirlərinə ayırır.  

Hibridlərdə  geniş  (H

2

)  və  məhdud  (h



2

)  mənada  irsiliyin  öyrənilməsi 

nəticəsində  elə  əlamətlər  aşkar  olundu  ki,  bu  əlamətlərə  görə  ilkin  nəsillərdə 

effektiv seçmə aparmaq  olar, eyni zamanda  öz əlamətlərini  hibrid  nəsillərinə 

ötürmək  qabiliyyətinə  malik  başlanğıc  sortlar  aşkar  edildi  ki,  bu  da  bir  çox 

əlamətlərinə görə valideynlərini üstələyən yeni formaların yaranmasına gətirib 

çıxarır. 

Tədqiqatın  elmi  nəticələrinin reallaşdırılması pambıq  kolleksiyasını yeni 

kontrast əlamətlərə malik genotiplərlə zənginləşdirməyə imkan verəcəkdir ki, 

bunlar  da  müəyyən  elmi  və  praktiki  maraq  doğuran  nəslin  alınması  üçün 

konkret  hibridləşdirmə  kombinasiyalarının  komponenti  kimi  istifadə  oluna 

bilərlər.  



İşin  aprobasiyası.  Dissertasiya  işinin  əsas  nəticələri  akademik  Həsən 

Əliyevin  anadan  olmasının  100  illik  yubileyinə  həsr  olunmuş  “Ekologiya: 

Təbiət və cəmiyyət problemləri” Beynəlxalq elmi Konfransda (2007), AMEA 



 

 



Genetik  Ehtiyatlar  İnstitutunda  keçirilmiş  Konfransda  (2009),  Moskvada 

keçirilmiş  “Yeni  və  qeyri-ənənəvi  bitkilər  və  onların  istifadəsinin 

perspektivləri”  mövzusunda  VIII  Beynəlxalq  Simpoziumda  (2009),  AMEA 

Botanika  İnstitutunda  “Faydalı  bitkilərdən  istifadənin  aktual  problemləri” 

mövzusunda  keçirilmiş  Beynəlxalq  Konfransda  (2011),  Ukraynanın  Odessa 

şəhərində  keçirilmiş  “Kənd  təsərrüfatı  bitkilərinin  seleksiya  və  genetikası: 

Ənənə  və  perspektivlər”  mövzusunda  Beynəlxalq  elmi  Konfransda  (2012), 

AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  Elmi  Şurasında,  Texniki,  yem  və 

dərman bitkiləri laboratoriyasında məruzə və müzakirə edilmişdir. 

Dissertasiya  işinin  həcmi  və  strukturu.  Dissertasiya  işi  giriş,  6  fəsil, 

nəticə, praktiki tövsiyələr, istifadə olunmuş ədəbiyyat  siyahısı  və  əlavələrdən 

ibarət olmaqla ümumi həcmi 160 səhifədir. İşdə 35 cədvəl, 6 şəkil verilmişdir. 

Tədqiqat  işində  182  azərbaycan,  rus  və  ingilis  dillərində  olan  ədəbiyyat 

mənbəinə istinad edilmişdir. 

 

2.Tədqiqatın materialı və metodikası 

 

Tədqiqat Abşeron yarımadasında yerləşən AMEA-nın Genetik Ehtiyatlar 

İnstitutunun  təcrübə  sahəsində  aparılmışdır.  İlkin  material  kimi  pambığın 

genetik  kolleksiyasında  olan  alternativ  əlamətlərinə  görə  bir-birindən  kifayət 

qədər  fərqlənən  sortlar  götürülmüşdür.  Coğrafi  cəhətdən  uzaq  olan  12 

valideyn  sortu  istifadə  edilmişdir.  Bunlardan  4  sort  G.hirsutum  L.  (G.hirs.L) 

növünə  aid  olub  yalnız  düzünə  hibridləri  öyrənməklə  natamam  diallel  sxem 

üzrə  6  kombinasiyada  çarpazlaşdırılmışdır  (Griffing,  1965).  Növlərarası 

hibridləşmədə  4  sort  G.hirsutum  L.  növünə,  4  sort  isə  G.barbadense  L. 

(G.barb.L.) növünə aid olub 4 kombinasiyada çarpazlaşdırılmışdır. 

Lifin  keyfiyyət  əlamətlərinin  testləşdirilməsi  Özbəkistanın  “Sifat” 

sertifikasiya  mərkəzində  HVI  (High  Volume  Instrument)  sistemində  dünya 

standartlarına  uyğun  olaraq  aparılmışdır.  Bütün  keyfiyyət  və  təsərrüfat 

əlamətləri  2  təkrarda  hər  kombinasiya  üzrə  50-60  nümunədə  öyrənilmiş  və 

Styudent  metodu  ilə  statistik  təhlil  edilmişdir.  Əlamətlərin  dəyişkənlik 

kriteriləri  təyin  edilmişdir:  orta riyazi  qiymət;  orta  səhv;  orta  kvadratik  meyl 

və variasiya əmsalı. Növdaxili (G.hirs.L.) və növlərarası (G.hirs. L. x G.barb. 

L.)  hibridlərin  öyrənilməsi  zamanı  F

hibridlərində  dominantlığın  dərəcə  və 



istiqaməti  təyin  edilmişdir  (Wrigth,  1952).  F

2

  və  F



3

  hibridlərində  qoşa 

əlamətlər arasında fenotipik (Pearson, 1924) və genotipik korrelyasiya (Miller 

et  al.,1958),  həmçinin  yollar  əmsalları  –  Path  coefficients  (Wright,  1960) 

hesablanmışdır.  Geniş  mənada  irsilik  əmsalı  Mahmud  və  Kramer  (1951) 



Yüklə 250,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə