Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə80/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   72   73   74   75   76   77   78   79   80

Fikirlər ümumiləşdirilir. 
– Biri vardı, biri yoxdu. Bir bapbalaca oğlan var idi.
Sual: – Sizcə, bu oğlanın adı nə idi?
Dərsliklə iş: Dərsliyin 194-197-ci səhifələri üzrə iş aparılır. Mətnin ardıcıllığı müəy yən ləş -
di rilir. (1-B, 2-C, 3-A, 4-Ç, 5-E, 6-F, 7-Ə, 8-D)
Müəllim:__–_Çoban_harada_yaşayırdı__–_O_nə_işlə_məşğul_olurdu_ll_abzas'>Müəllim:– Təsəvvür edin ki, “Cırtdan” nağılında meşədə azmış uşaqlar işıq gələn tərəfə
yox, it hürən tərəfə getdilər. Sizcə, onda nə baş verərdi?
İş dəftərinin 141-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
Müəllim: – Bəzən hər hansı şəxslə ilk  tanışlıqda aldığınız təəssürat yanlış olur. O, xəsis,
qaraqabaq adam təsiri bağışlayır. Sonra görürsən ki, əksinə, çox əliaçıq, şən və gülərüzdür.
Sizcə, adamlar haqqında ilk tanışlıqdan sonra birmənalı fikir yürütmək olarmı? 
Şagirdlər həyatda gördüklərinə, eşitdiklərinə əsaslanaraq bu haqda öz fərziyyələrini
söyləyirlər. 
Sual: – Cırtdanın xarakteri haqqında nə demək olar?
Divə rast gələnə qədər Cırtdanın davranışı, onun xarakteri haqqında fikir yürüdülür.
Dərsliklə iş. Mətnin son hissəsi oxunur (dərslik, səh.198).
Dərsliyin 198-199-cu səhifələrindəki mətnə aid tapşırıqlar yerinə yetirilir.
4-cü tapşırıq. Cavab:
... , Cırtdandan muğayat olsunlar.
... , çünki fikirləşdi ki, gecə onları yeyib qarnını doyurar.
... , çünki bilirdi ki, div onları yemək istəyir. 
... , ona görə ki ağılsız idi. 
Dərsliyin 199-cu səhifəsindəki nağıllarla bağlı verilən nəzəri hissə oxunub təhlil olunur.
Şagirdlərdən indiyədək hansı nağılları oxuduqları, eşitdikləri soruşulur. Nağılların hansı
sözlərlə başladığı, hansı sözlərlə qurtardığı deyilir.
5-ci tapşırıq. Cavab:
... biri mənim, biri nağıl deyənin, biri də nağıla qulaq asanın.
... dərə, təpə, düz getdi.
... üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı.
Dil qaydaları
Müəllim: – Cırtdanı xarakterizə edən sözlər yazın. Bu sözlərin ad, əlamət, yoxsa hərəkət
bildirdiyini müəyyən edin. Həmin sözlərdən müsbət keyfiyyət bildirənlərin altından xətt çəkin.
– Oxuduğunuz nağıllarda daha hansı ağıllı qəhrəmanlarla rastlaşmısınız? Onların adlarını
yazın. Bu sözləri nə üçün böyük hərflə yazmaq lazımdır?
6-cı tapşırıq: yekəpər div,  ağılsız div, acgöz div və s.
Yazı. Divin evində baş verənlərin qısa məzmununu yazın.
Nəticə:
Cırtdan çox qoçaq, ağıllı, tədbirli və qayğıkeş oğlandır.
İş dəftərinin 142-ci səhifəsində dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Dərsliyin 199-cu səhifəsindəki 7-ci tapşırığı yerinə yetirin.
Nağıla uyğun atalar sözləri yazın və nağılın hansı hissəsinə aid olduğunu müəyyən edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
VIII bölmə
216
Çap üçün deyil


Dərs 111. YALANÇI ÇOBAN (4 saat)
Motivasiya.
Müəllim: – Yalanın və yalançılığın nəticəsi nə ola bilər? (dostu olmaz, heç kəs
ona inanmaz, sözünü sayan və dinləyən olmaz, hörməti olmaz və s.) 
Dərsliklə iş. Mətn (dərslik, səh. 200-201) müvafiq jest və mimikalardan istifadə edilməklə
abzas-abzas oxunur.
l abzas:
Ucqar dağ kəndində bir çoban yaşayırdı. O hər gün səhər kənd camaatının qoyun-
quzusunu yığıb otarmağa aparır, bütün gününü qoyunlarla keçirirdi.
Müəllim:
– Çoban harada yaşayırdı?
– O nə işlə məşğul olurdu?
ll abzas:
Bir gün çoban, həmişəki kimi, sürünü otarırdı. Ətrafda kəlmə kəsməyə bir adam yox idi.
Qoyunlar da danışa bilmirdi ki, onlarla söhbət eləsin. Axırda çoban qərara gəldi ki, kənd
camaatı ilə zarafat etsin. Kəndin yaxınlığındakı təpənin üstünə çıxıb var gücü ilə qışqırdı:
– Ay camaat, köməyə gəlin! Sürüyə canavar girib!
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsas  landırır.
Mətni öz təxəyyülünə uyğun davam etdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Verilmiş variantlardan uyğun olanını seçə -
rək mətni tamamlayır.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır və plan tərtib
edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Verilmiş atalar sözlərindən mətnin ideyası -
na uyğun olanını seçir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Z” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün -
dən köçürür.
Mətnin seçilmiş hissəsini üzündən köçürür.
4.1.4. Cəm şəkilçisinin düzgün yazılış və
tələffüz variantlarını fərqləndirir. 
Cəm şəkilçisini düzgün yazır və tələffüz
edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad bildirən sözləri fərqləndirir.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümləni söz birləşməsindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd  və intona si ya -
ya görə cümlə qurur  və müvafiq işarələrlə
tamamlayır.  
Məqsəd  və intona si ya ya görə cümlələrin
so nunda müvafiq durğu işarələrindən istifa -
də edir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
217
Çap üçün deyil


Müəllim:
– Bir gün çoban nə qərara gəldi? 
– Çobanın kəndliləri aldatmağının səbəbi nə idi?
lll abzas:
Kəndlilər onun səsini eşitdilər. Kimisi əlinə yaba, kimisi də balta alıb otlağa tərəf qaçdı.
Çoban çomağını əlinə alıb “Aldatdım, aldatdım” deyə-deyə oynamağa başladı.
Müəllim:
– Kəndlilər nə etdilər?
– Çoban onlara nə dedi?
lV abzas:
Adamlar başlarını bulayıb narazı halda kəndə qayıtdılar. Aradan bir neçə gün keçdi. Bir
gün ax şam üstü ye nə təpənin ba  şın dan çoba nın səsi gəldi: 
– Ay aman, imdad! Canavar qoyunu apardı!
Müəllim:
– Çobanın zarafatı kəndlilərə necə təsir etdi?
– Bir neçə gün sonra nə hadisə baş verdi?
V abzas:
Adamlar yenə də əllərinə keçəni götü rüb təpənin o tayına qaçdılar.
Müəllim:
– Kəndlilər nə etdilər?
Şagirdlərin cavablarından sonra dərslikdəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırığa
əsasən, mətndəki boşluqların yerinə uyğun gələn cümlələr müəyyənləşdirilir: 1-ci boşluğa “O,
çox darıxırdı”, 2-ci boşluğa “Gəlib gördülər ki, canavar-zad yoxdur”,  3-cü boşluğa “Çoban
yenə gülə-gülə onları lağa qoydu” cümləsi uyğun gəlir. 
2-ci tapşırıq yerinə yetirilir. Şagirdlərin cavab versiyaları dinlənilir. 
Vl abzas:
Bir müddət də keçdi. Günlərin bir günü çoban yenə qo yunları otarırdı. Birdən meşədən
üç canavar çı xıb sürüyə hücum etdi. Baş ladılar əllərinə keçən qoyun-quzunu parça la mağa.
Çoban gördü ki, ca navarlarla bacarma ya caq. Kəndə tərəf qaçıb qışqırmağa başladı:
– Ay camaat, qoymayın! Canavar sürünü qırıb qurtardı!
Müəllim: – Bir müddətdən sonra nə hadisə baş verdi? Çoban nə etdi? O, yenə də zarafat
edirdi?
Vll abzas:
Kənd camaatı həyət-bacada öz işi ilə məşğul idi. Adamlar səs gələn tərəfə baxdılar. Ancaq
heç kim yerindən tərpənmədi. Onlar artıq çobana inanmırdılar. Beləcə, canavarlar sürünün
axırına çıxdı.
Müəllim: – Kəndlilər köməyə gəldilərmi? Niyə kəndlilər çobana kömək etmədilər? Onlar
çobana niyə inanmadılar? Çobanın yalan danışmağının nəticəsi nə oldu?
İş dəftərinin 143-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. 3-cü tapşırıq. Cavab “B” variantıdır. 
4-cü tapşırıq yerinə yetirilir. Mətnin 1-ci hissəsinə “Çobanın zarafatı”, 2-ci hissəsinə isə
“Çobanın harayı” başlıqları verilə bilər. 
Mətnin ümumi planı tutulur:
1. Darıxan çoban
2. Çobanın qərarı
3. Köməyə gələn kəndlilər
Dərslərin planlaşdırılması
VIII bölmə
218
Çap üçün deyil


4. Narazı qalan camaat
5. Yenidən köməyə gələn insanlar
6. Çobanın adamları yenə lağa qoyması
7. Canavarların sürüyə hücumu
8. Köməyə gəlməyən kəndlilər
9. Sürünün axırına çıxan canavarlar
Şagirdlər plan üzrə nağılı danışırlar. Danışıq prosesində müvafiq jest və mimikalardan
istifadəyə diqqət yetirilir.
Suallar: – Yalanınızın üstü açılanda hansı hisləri keçirirsiniz? Yalan danışmaq nə üçün
xoşagəlməz keyfiyyət sayılır?
Qruplarla iş.
l qrup“Yalançı çoban” nağılının məzmununu ifadə edən atalar sözü hansıdır? Seçi-
minizi izah edin.
1. Yalan ayaq tutar, yeriməz.
2. Yalançını evinə qədər qovarlar.
3. Yalançının evi yandı, heç kəs ona inanmadı.
ll qrup. Əgər çoban kəndlilərlə belə zarafat etməsəydi, yalan danışmasaydı, nağılın sonu
necə olardı?
lll qrupYalan danışmaq nələrə səbəb ola bilər?
lV qrupSiz evdə ehtiyatsızlıq edib qabı sındırsaydınız, nə edərdiniz? Nəzərə alın ki,
otaqda sizdən və hələ danışmayan 1 yaşlı qardaşınızdan başqa heç kəs olmayıb.
A) Ananıza qabı qardaşınızın sındırdığını deyirsiniz. O bunu inkar edə bilmir.
Bala ca olduğu üçün ana onu tənbeh etmir. Beləliklə, siz də cəzadan canınızı
qurtarırsınız, qardaşınıza da heç nə olmur.
B) Günahınızı boynunuza alırsınız. Ana diqqətsizliyinizə görə sizi danlayır,
cəzalandırır.
Seçiminizi əsaslandırın.
6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Müəllim: – Mətndən nida cümlələrini seçib oxuyun. Oxuyarkən intonasiyaya fikir verin.
İş dəftərinin 143-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Yalan danışan adama heç kəs inanmaz. Şirin yalandan acı həqiqət yaxşıdır. Hər
işdə, hər sözdə, hər yerdə düz olmaq lazımdır.
Yazı
1. Mətndən çobanın 2-ci dəfə insanları aldatdığı hissə dəftərə köçürülür.
2. Hüsnxət. “Z” hərfi. İş dəftəri, səh. 144.
Ev tapşırığı:
– 1. Elə bir mətn fikirləşib danışın ki, sonda yalanın üstü açılsın.
2. Mətndən cəm halında işlənən sözləri seçib yazın, tələffüzü və yazılışı fərqli
olanların altından xətt çəkin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
219
Çap üçün deyil


Dərs 112. BABANIN NAĞILI (6 saat)
Motivasiya.
Müəllim uşaqlara məlum nağıllardan bir-iki cümlə, yaxud illüstrasiyalar
nümayiş etdirir. Bu hissələrin hansı nağıllara aid olduğu soruşulur.
Tədqiqat sualı: 
– Hər hansı bir məşhur əsərin əsas hissəsindən 2-3 cümlə eşitməklə
onun adını tapmaq olarmı?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Qruplar kiçik müzakirədən sonra  bir-birinə hansısa
nağıldan fraqment söyləyir və növbəti qrup onu taparaq özü o biri qruplara tapşırıq verir. Bu,
şagirdlərin dərslikdən oxuduqları mətnlər və ya məşhur təmsil, hekayə, nağıl da ola bilər.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. 
Daha sonra dərslikdəki mətn hissə-hissə oxunur, babanın hansı nağılları qarışdırdığı
müəyyən olunur (2-ci tapşırıq)
.
1-ci tapşırıq yerinə yetirilir: 1 – B, 2 – C, 3 – A, 4 – E, 5 – Ç, 6 – D.
3-cü tapşırığa əsasən, şagirdlər babanın nəvəsini yoxlamaq məqsədilə nağılları qarış dır -
dığını söyləyirlər. 
Nəticə:
Qəhrəmanların adlarına və hərəkətlərinə əsaslanıb nağılın adını tapmaq olar.
Tətbiqetmə.
Kiçik qruplara müxtəlif kiçik nağıl fraqmentləri paylanır. Qruplar bu
hissələrdə buraxılmış səhvləri tapmalı və təhlil etməlidirlər.
İş dəftərinin 145-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Şagirdlər oxuduqları hər hansı nağılın sonluğunu dəyişib yazırlar.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır. 
Sualları cavablandırmaqla dinlədiyi fikrə
münasibətini bildirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Oxuduqları və öyrəndiklərinə əsaslanaraq
fikrini izah edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki obrazlara öz münasibətini
bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidə etdiklərinə və qazandığı biliklərə
əsaslanaraq kiçikhəcmli inşa yazır.
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sözdə hecaların sayının saitlərin sayından
asılı olduğunu müəyyənləşdirir.
4.1.2. Sözlərin böyük hərflə  yazılışına dair
qaydaları məqamına uyğun  istifadə edir. 
Bəzi sözlərin həm böyük, həm də kiçik
hərflə yazıldığını bilir və yazısında tətbiq
edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını
lüğətin köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözlərin zamanını
müəyyən edir.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Söz birləşməsini və cümləni bir-birindən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VIII bölmə
220
Çap üçün deyil


Dil qaydaları.
4-cü tapşırıq. Birinci və dördüncü cümlələrdə Nərgiz və Arzu sözləri insan adları bildir -
diyindən böyük hərflə, ikinci və üçüncü cümlələrdə isə kiçik hərflə yazılır.
Bu tapşırıqların icrasından sonra müəllim sinifdə uşaqların adları ilə bağlı belə sual verir:
– Kimin adını ifadə edən söz cümlədən asılı olaraq həm də kiçik hərflə yazıla bilər?
5-ci tapşırıq. Dərs, ayaq, ana, oyun, dost sözlərindən söz birləşmələri yaradılır və
cümlədə işlədilir.
İş dəftərinin 145-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
İmla mətni:
Dinləmə mətni
Müəllim “Qırmızıpapaq” nağılını səsləndirməmişdən qabaq sual verir:
– Nəyə görə böyüklərin məsləhətinə həmişə qulaq asmaq lazımdır? 
Şagirdlərə tapşırılır ki, həyatda bununla bağlı başlarına gələn, gördükləri,
eşitdikləri hadisələri danışsınlar.
Mətn səhnələşdirilmiş şəkildə sinfə təqdim edilir. Bunun üçün müəllim
şagirdlər arasından 6 “aktyor” (aparıcı, Qırmızıpapaq, onun anası, Canavar,
Qırmızıpapağın nənəsi, ovçu) seçib onları qabaqcadan hazırlaşdırmalıdır.
Şagirdlər evdə xüsusi rekvizitlər (qırmızı papaq, zənbil, canavar maskası və
s.) hazırlamalıdırlar. 
QIRMIZIPAPAQ
(I hissə)
Biri  vardı, biri yoxdu, bir balaca qız vardı. Bu qız çox ağıllı, həm də qoçaq
idi. Nənəsi ad gü nündə ona qırmızı məxmərdən papaq tikib bağışladı. Bundan
sonra qızın adı Qırmızıpapaq qaldı .
Bir gün anası piroq bişirdi və Qırmızıpapağa dedi:
– Gəl bu piroqdan yığım səbətə, apar nənənə.
Qız çox sevindi. Anasının verdiklərini götürüb nənəsinə baş çəkməyə getdi.
Nənə meşənin o başında yaşayırdı. Anası qızın dalınca səsləndi:
– Tanımadığın heç kimlə danışma! Yoldan çıxma, düz get, düz gəl.
– Arxayın ol, ana, – deyə Qırmızıpapaq yola düşdü. 
(1)
Qırmızıpapaq meşədəki cığırla gedirdi. Meşə, doğrudan da, gözəl idi.
Yarpaqların arasından gün düşürdü. Çiçəklər ətir saçırdı. Kəpənəklər çiçəklərə
qonurdu. Qırmızıpapaq ürəyində dedi: “Nənəmə bir dəstə gül də aparım. Hələ
çox tezdir, çatdıraram”. Beləcə, o, cığırdan çıxıb meşənin dərinliyinə getdi. 
(2)
Qəfildən Qırmızıpapağın qarşısına bir Canavar çıxdı. 
– Sabahın xeyir, – Canavar dedi. – Səhər-səhər hara gedirsən belə?
– Nənəmə dəyməyə gedirəm.
– Bəs apardığın nədir?
– Piroq. Nənəm xəstələnib. Piroqu aparıram ki, yeyib cana gəlsin.
– Nənən harda olur, ay Qırmızıpapaq?
– Meşənin o başında, üç palıdın yanında.  
(3)
ULAQ (32 söz)
Qənd yüklü ulaqlar çaydan keçəndə onlardan biri çimmək istədi. Yoldaşları nə
qədər çalışdılarsa, fikrindən dönmədi. Ulaq çayda doyunca çimdi. Yükü əriyib çaya
axdı. Ulaq rahatlıq tapdı. Ancaq ulağın sahibi böyük ziyana düşdü.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
221
Çap üçün deyil


Canavar:
– Onda sənə yaxşı yol, – deyib öz-özünə fikirləşdi: “Ləzzətli qızdır,
nənəsindən dadlı olar. Ancaq gərək elə kələk işlədim ki, ikisini də yeyim”.
Canavar tez özünü nənənin komasına yetirdi. Daxmanın qapısını döydü.
– Kimdir? – qapının dalından soruşdular.
Canavar incə səslə cavab verdi:
– Mənəm, ay nənə, Qırmızıpapaq. Sənə piroq gətirmişəm.
Nənə dedi:
– Xəstəyəm, dura bilmirəm. Qapını itələ, açılacaq.
Canavar qapını itələyib açdı. Nənənin yatağına yaxınlaşıb qarını yedi.
Sonra onun paltarlarını geyinib yerinə uzandı, özünü gizlətdi. 
(4)
– Qırmızı dairələr olan yerlərdə müəllim tamaşaya pauza verib sinfə suallar verir:
1. Anası Qırmızıpapağı yola salanda ona nə tapşırdı?
2. Bu yerdə Qırmızıpapaq anasının hansı məsləhətinə əməl etmədi?
3. Bəs bu yerdə Qırmızıpapaq anasının hansı məsləhətinə əməl etmədi?
4. Sizcə, bundan sonra nə baş verəcək? 
QIRMIZIPAPAQ
(II hissə)
Qırmızıpapağın qucağı çiçəklə dolmuşdu. Fikirləşdi ki, daha bəsdir, indi
nənəyə dəyməyə gedə bilər.
O, komaya yaxınlaşanda gördü ki, qapı açıqdır. Bir şey başa düşmədi, içəri
girib ucadan dedi:
– Sabahın xeyir!
Ancaq nənədən səs çıxmadı. Onda qız yaxınlaşıb yatağın örtüyünü
qaldırdı. Gördü ki, nənəsi uzanıb, ləçəyini üzünə endirib. Ancaq qarı nə isə
birtəhər görünürdü.
Qırmızıpapaq soruşdu:
– Ay nənə, qulağın niyə belə yekəlib? 
Yataqdan səs gəldi:
– Səni yaxşı eşitməkdən ötrü.
– Bəs gözlərin niyə belə böyüyüb?
– Səni yaxşı görüm deyə.
– Qolların necə də uzundur!
– O da səni yaxşı qucaqlamaq üçündür.
– Bəs ağzın niyə belə yekədir, ay nənə?
– Ondan ötrü ki, səni rahat yeyə bilim.
Bunu deyib Canavar Qırmızıpapağı da yedi.
Doyandan sonra Canavarı yuxu basdı. Yatağa uzanıb dərin yuxuya getdi.
Xorultusu hər yanı bürüdü.
Bu zaman komanın yanından bir ovçu keçirdi. Ovçu daxmadan gələn səsi
eşidəndə mat qaldı. Ola bilməzdi ki, qarı belə bərkdən xoruldasın.
O, pəncərəyə yaxınlaşıb içəri boylandı. Gördü qarının taxtında bir Canavar
yatır.
– Yaxşı əlimə düşmüsən, qoca qurd! – ovçu dedi. – Səni çoxdan axtarırdım!
O, yatan Canavarın qarnını qayçı ilə yardı. Qırmızıpapaqla nənəsi qurdun
qarnından sağ-salamat çıxdılar.
Üçü də çox sevinib bu işdən razı qaldı. Ovçu Canavarın dərisini soyub
evinə apardı. Nənə Qırmızıpapağın gətirdiyi piroqu yeyib sağaldı.
Dərslərin planlaşdırılması
VIII bölmə
222
Çap üçün deyil


Qırmızıpapaq isə başa düşdü ki, böyüyün sözünə qulaq asmaq lazımdır.
Ev tapşırığı. 
Özünüzdən kiçikhəcmli bir nağıl yazın. 
Dərsliyin 203-cü səhifəsindəki 6-cı tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 113. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 204
Dərs 114. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 146-147
Dərs 115. YEKUN QİYMƏTLƏNDİRMƏ. Dərslik, səh. 205-207
Dərs 116. YEKUN QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 148-151
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
223
Çap üçün deyil


Gülşən Orucova
Nərminə Qaragözova
Rafiq İsmayılov
Zahid Xəlilov 
AZƏRBAYCAN DİLİ 
(2-ci sinif)
Müəllim üçün metodik vəsait
Bakı: Altun Kitab, 2014. 224 səh.
Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15A
www.altunkitab.az
E-mail: altunkitab2004@gmail.com
Çapa imzalanıb: 11.06.2014. Kağız formatı 57x82 1/8.
Fiziki çap vərəqi 28,00. Tirajı 8100 nüsxə.
Çap üçün deyil

Document Outline

  • girish
  • 1
  • 2
  • 3
  • 4

Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə