Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə77/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   72   73   74   75   76   77   78   79   80

Sual: – “Artıq tamah baş yarar”, “Çox istəyən azdan da olar” atalar sözlərini necə başa
düşürsünüz?
Fərziyyələr dinlənilir.
Tədqiqat sualı:
– Tamahkarlıq, acgözlük nə ilə nəticələnir?
Tədqiqatın aparılması. 
Mətn hissə-hissə oxunur, təhlil olunur. Rollu oyun tətbiq edilə
bilər. Bu zaman yaxşı olar ki, bir kətəni iki nəfər arasında bölmək təklif olunsun.  
Suallar: – Bu nağılda tülkünün hansı xüsusiyyəti ilə tanış oldunuz?
– Tülkü, həqiqətən də, ayı balalarına kömək etmək istəyirdi? 
– Onun məqsədi nə idi?
– Nağılın ideyasını necə ifadə edə bilərsiniz? (Çox istəyən azdan da olar.)
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliyin 187-ci səhifəsindəki tapşırıqlar
yerinə yetirilir. 
1-ci tapşırıq:
1. ..., çünki qorxurdular ki, birinə az, o birinə çox düşər. 
2. ..., çünki başa düşdü ki, ayı balaları axmaqdır.
3. ..., çünki tikələrin bərabər olmasını istəyirdilər. 
4-cü tapşırıq. Şagirdlər “Qoğal” nağılını, A.Səhhətin “Ayı və şir” təmsilini misal göstərə
bilərlər. 
“Nağılı dəyiş” üsulu tətbiq edilirMüəllim uşaqlara müraciət edir: 
– Nağılı elə dəyişin ki, ayı balaları 1-ci bölgüdən sonra tülkünün hiyləsini başa düşsünlər. 
Şagirdlər öz versiyalarını söyləyirlər. Ən yaxşı, maraqlı versiya söyləyən şagird “Mahir
nağılbaz” nominasiyasının qalibi seçilir. 
Dinləmə materialı
M.Ə.Sabirin tülkünün hiyləgərliyini əks etdirən “Qarğa və tülkü” təmsili oxunur.
Təmsil dinlənilir. Mətndə izaha ehtiyacı olan çətin sözlər lüğətin köməyi ilə araşdırılır.
(çömbəldi – pəncələri üstə oturmaqmarıtdı – gözlərini bir nöqtəyə dikib baxmaq, xoşliqa 
göyçək, siması xoşa gələn, hüma – cənnət quşu, bədnəzər – xətər gətirən pis göz, iraq 
uzaq, fərəhlənmək – sevinmək, hənuz – hələ, hələ ki, indi, indicə, fövrən – dərhal, həmin
saat, tənə – danlaq, məzəmmət, sarsaq – axmaq, səfeh).  
Təmsil nəsr formasında səhnələşdirilir. Dərslikdəki mətnlə müqayisə olunur.
Suallar: – “Ağılsız, acgöz, avam, tamahkar” – bu xüsusiyyətlər təmsildəki hansı obrazlara
xasdır?
Pеndir аğzındа bir qаrа qаrğа
Uçаrаq qоndu bir ucа budаğа.
Tülкü görcəк yаvаş-yаvаş gəldi,
Еndirib bаş, ədəblə çömbəldi.
Bir zаmаn həsrət ilə qаrğа sаrı
Аltdаn-аltdаn mаrıtdı bаş yuхаrı;
Dеdi: “Əhsən sənə, а qаrğа аğа!
Nə nəzакətlə qоnmusаn budаğа!
Bəzədin sən bu gün bizim çəməni,
Şаd qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə хоşliqаsən sən!
Yеri vаr söyləsəm – hümаsən sən!
Tüкlərindir ipəк кimi pаrlаq.
Bədnəzərdən vücudun оlsun irаq!
Bu yəqindir кi, vаr səfа nəfəsin!”
Bеlə sözdən fərəhlənib qаrğа,
Аğzını аçdı, tа кi еtsin “qа”.
“Qа” еdərкən hənuz bircə кərə
Pеndiri dimdiyindən еndi yеrə.
Tülкü fövrən hаvаdа qаpdı, yеdi,
Qаrğаyа tənə ilə böylə dеdi:
“Оlmаsаydı cаhаndа sаrsаqlаr,
Аc qаlаrdı, yəqin кi, yаltаqlаr”.
Mirzə Ələkbər Sabir
Dərslərin planlaşdırılması
VIII bölmə
208
Çap üçün deyil


Nəticə:
İnsanlara qarşı səxavətli, diqqətli olmaq, nəfsi boğmaq, yoldaşların və yaxınlarınla
bölüşməyi bacarmaq lazımdır.
Tətbiqetmə. 
İş dəftərinin 132-134-cü səhifələrindəki tapşırıqlar yerinə yetirilir.
Pazlların köməyi ilə şəkillər yapışdırılır, rənglənir. 
– Əlifba sırasında hərflərin yerinə görə pazlları yerinə qoymaqla hansı şəkli alırıq?
Pazllar yapışdırılır. 
Alınmış şəklin mətnin hansı hissəsinə aid olduğu müəyyənləşdirilir.
Şagirdlərə suallar verilir: – Meşələrdə yaşayan ayı hansı rəngdə olur? Bəs ağ rəngdə
olan ayı harada yaşayır?
Dil qaydaları
A) Nağılın birinci abzasında sətirdən-sətrə keçməyən sözləri seçib yazın.
B) Mətnin 1-ci cümləsində işlənən əlamət bildirən sözləri seçin və bu sözlərə ad bildirən
sözlər əlavə etməklə yazın. 
Yazı. “İki ayı balası” mətnində ayı balalarının tülkünün bölgüsündən narazı qaldıqları hissə
tapılır və üzündən köçürülür.
Hüsnxət. “Ü” hərfi. İş dəftəri, səh. 135.
Ev tapşırığı:
– Dərsliyin 187-ci səhifəsindəki 2-3-cü tapşırıqları yerinə yetirin.
Ayı aplikasiyası hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 107. CIĞAL SƏRÇƏ (4 saat)
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Sualları cavablandırmaqla mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Plana uyğun olaraq mətnin məzmununu
nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“V” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını
lüğətin köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad və əlamət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
209
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə