Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə75/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   72   73   74   75   76   77   78   79   80

Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrupBir neçə atalar sözü verilir. Verilmiş nümunənin hansı janra aid olduğunu müəyyən
edin. Başqa misallar çəkməklə bu janrın xüsusiyyətlərini izah edin. 
II qrupBayatı verilir. Verilmiş nümunənin hansı janra aid olduğunu müəyyən edin. Başqa
misallar çəkməklə bu janrın xüsusiyyətlərini izah edin.
III qrupLayla verilir. Verilmiş nümunənin hansı janra aid olduğunu müəyyən edin. Başqa
misallar çəkməklə bu janrın xüsusiyyətlərini izah edin.
IV qrupTapmaca verilir. Verilmiş nümunənin hansı janra aid olduğunu müəyyən edin.
Başqa misallar çəkməklə bu janrın xüsusiyyətlərini izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. İşlərin təqdimatı zamanı digər qruplar əlavələrini edə bilər.
Dərslikdən 1-5-ci tapşırıqlar yerinə yetirilir. 
İş dəftərinin 126-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Hər janrın öz forma və məzmun xüsusiyyətləri var.
Ev tapşırığı: 
– Müxtəlif janrlara aid nümunələr öyrənin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 103. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 180
Dərs 104. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 128-129
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
203
Çap üçün deyil


VIII bölmə
NAĞILLAR ALƏMİNDƏ
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş dəftəri
səh.
MMV
səh.
105. Balaca Əhməd
1.2.1, 2.1.2, 2.1.4,
2.2.1, 2.2.3, 2.2.4,
2.2.5, 3.1.2, 4.1.1,
4.1.7
6
182-185
130-131
205
106. İki ayı balası
1.1.2, 1.2.1, 1.2.4,
2.2.1, 3.1.1, 3.1.2,
4.1.1. 4.1.5
4
186-187
132-134
207
107. Cığal sərçə
2.2.1, 2.2.4, 2.2.5,
3.1.1, 3.1.2, 4.1.3,
4.1.5
4
188-189
136
209
108. Az danış, çox iş gör
1.1.2, 1.2.3, 2.1.1,
2.2.1, 2.2.4, 3.1.2,
4.1.5
4
190-191
138
211
109. Əkinçi və canavar
1.1.1, 2.2.4, 3.1.1,
3.1.4, 3.1.5, 4.1.5,
4.1.7
4
192-193
139
212
110. Cırtdan
2.1.2, 2.2.1, 2.2.2,
2.2.4, 4.1.1, 4.1.2,
4.1.5 
6
194-199
141-142
215
111. Yalançı çoban
1.1.2, 2.2.1, 2.2.3,
2.2.4, 3.1.1, 3.1.2,
4.1.4, 4.1.5, 4.1.6,
4.1.7
4
200-201
143
217
112. Babanın nağılı
1.1.2, 1.2.1, 2.2.4,
3.1.4, 4.1.1, 4.1.2,
4.1.3, 4.1.5, 4.1.6
6
202-203
145
220
113. Ümumiləşdirici təkrar
1
204
223
114.
Bölmə üzrə
qiymətləndirmə
1
146-147
223
115.
Yekun qiymətləndirmə
(Oxu)
1
205-207
223
116.
Yekun qiymətləndirmə
(Yazı)
1
148-151
223
Yekun
42
saat
Çap üçün deyil


Dərs 105. BALACA ƏHMƏD (6 saat)
Motivasiya.
Müəllim: – Vətənin düşmənlərdən müdafiəsi hər kəsin borcudur. Sizcə,
vətənin layiqli müdafiəçisi olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
Fərziyyələr söylənilir. Cəsarət, silah, ağıl, bilik, vətənpərvərlik və bu kimi fikirlər səslənə
bilər. Müəllim yönəldici suallarla şagirdləri “Çox zaman ağıl, tədbir, məntiq gücə üstün gəlir”
fikrinə yönəldir.
Dərsliklə iş. Mətnin I hissəsi oxunur (dərslik, səh.182-183). Həmin hissəyə başlıq verilir:
“Ağbulaq kəndi mühasirədə”
Həmin hissəyə plan tutulur:
1. Ağbulaq kəndinin ad qazanmış cavanları
2. Qonşu ölkənin padşahının hiyləsi
3. Elçilərin təklifi
4. Ağsaqqalların razılığı 
Plan üzrə nağılın 1-ci hissəsi nəql olunur. 1-3-cü tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq şagirdlərdə diqqətli oxu bacarığının inkişafına xidmət edir. Cavab “C”
variantıdır. 
2-ci tapşırığa cavab verməklə şagirdlər mətnin məzmununu mənimsədiklərini nümayiş
etdirirlər: 
... , ona görə də bir düşmən  kəndə yaxın düşə bilmirdi.
... , çünki döyüşdə çoxlu əsgər itirəcəyindən qorxurdu.  
... , çünki düşmənin qoşunu çox böyük idi. 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Gündəlik həyatda əldə etdiyi məlumatları
nəql edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Kontekstdən çıxış edərək mətndə rast
gəldiyi yeni sözlərin mənasını izah edir. 
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözləri yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndə hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmuna
uyğun plan tutur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Mətnin hissələrinə başlıqlar verməklə
mətni nəql edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş bir hissəni  köçürür.
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sözləri tələffüz etməklə tərkibindəki səsləri
müəyyənləşdirir.
4.1.7. Tələb olunan məqsəd  və in-
tonasiyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır.  
Cümlə qurur və durğu işarələrindən
yerində istifadə edir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
205
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə