Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə78/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   72   73   74   75   76   77   78   79   80

Motivasiya.
Müəllim sinifdə bir oyun keçirir. Məsələn, 5 stul dairəvi düzülür. 6 uşaq
musiqi sədaları altında stulların ətrafına fırlanır. Musiqi səsi kəsildikdə uşaqlar stullarda
əyləşməlidirlər. Ayaq üstə qalan şagird məğlub hesab olunur.
Köməkçi suallar:
– Oyunun şərtlərinə hamı əməl edirmi? 
– Oyunun şərtlərinə əməl etməyən oyunçu necə adlanır?
Fərziyyələr içərisində “cığal” sözü işlədilir.
Tədqiqat sualı:
– Həyatda cığallıq edənlərə münasibət necə olur?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətn (dərslik, səh. 188-189) qruplar arasında 4
hissəyə bölünür. Hər qrup oxuduğu hissəyə münasibətini bildirir. 
Mətnlə bağlı suallar verilir:
– Cığal sərçənin sazı alanadək cığallıq etdiyi mərhələləri deyin. (tikan – çörək – qoyun –
gəlin)
– Təsəvvür edin ki, qarı nənə sərçənin tikanı əvəzinə yerdən başqa bir tikan tapır və
sərçəyə verir. Sizcə, bu halda nağıl necə davam edərdi?
Şagirdlər öz versiyalarını irəli sürürlər.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırıqdakı cümlələr plan kimi qəbul
edilir, cümlələrin düzgün ardıcıllığı müəyyən olunur və mətnin məzmunu bu plana əsasən
nəql edilir.
Nəticə:
Təkcə oyunda deyil, hər işdə, hər yerdə ədalətli olmağı, düzgün münasibətlər
qurmağı bacarmaq lazımdır.
Tətbiqetmə. 
İş dəftərinin 136-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları
1. – Mətnin adındakı sözlərin nə bildirdiyini müəyyənləşdirin (cığal – əşyanın əlamətini,
sərçə isə əşyanın adını bildirir).
2. – Oxuduğunuz daha hansı mətnlərin adları ad və əlamət bildirən sözlərdən yaranıb?
(“Üçrəngli bayraq”, “Əbədi məşəl”, “Qədim xalça”, “Sehrli torba”, “Yaşıl fincan”, “Mehriban
səma”, “Qayğıkeş valideynlər”, “Rəhmli Küçük” və s.)
Yazı. İmla mətni:
ARABA KÖLGƏSİ (38 söz)
Ot yüklənmiş araba yol kənarında dayanmışdı. Arabanı çəkən ulaq dincini alırdı.
Bir it gəlib arabanın kölgəsində uzandı. Birdən it ulağa hürdü. Ulaq qorxdu. Arabanı
çəkib apardı. Kölgə də araba ilə getdi. Ağılsız it başqa bir kölgə axtarmağa başladı.
İş dəftərinin 136-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Hüsnxət. “V” hərfi. İş dəftəri, səh. 137.
Ev tapşırığı:
– Padşahın sarayında baş verən hissəni dəftərə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VIII bölmə
210
Çap üçün deyil


Dərs 108. AZ DANIŞ, ÇOX İŞ GÖR (4 saat)
Motivasiya.
Dinləmə materialı:
Rövşənin balaca bir iti var idi. Amma ona qulluq etməyə heç cür vaxt tapmırdı.
Bir gün səhər duranda fikirləşdi ki, mütləq bu gün iti gəzməyə aparmalı, nənəsinə
kömək etməlidir. Bu vaxt it ona yaxınlaşıb zingildəməyə başladı. Quyruğunu bu-
layaraq sanki nəsə demək istəyirdi. Rövşən onu qovdu:
– Get burdan, fikrimi dağıtma!
Nənə otağa girib narazılıqla başını buladı:
– Rövşən, oğlum, niyə otağını səliqəyə salmırsan?
– Nənə, mənə mane olma, fikrimi dağıdırsan.
Beləcə, bütün günü otaqdan çıxmadı. Nənə də, balaca iti də ondan inci -
mişdilər. Rövşən təəccübləndi: “Mən ki bütün günü onlara yardım haqqında
düşünürdüm. Görəsən, niyə məndən incidilər?!”
Sual: – Sizcə, niyə Rövşəndən incimişdilər?
Dərsliklə iş. Dərslikdən “Az danış, çox iş gör” mətni oxunur. Mətndəki əsas fikir atalar
sözü ilə ifadə olunur (3-cü tapşırıq: ”Əməlsiz sözdə təsir olmaz”). Bu mətnlə dərsin əvvəlində
dinlənilmiş mətn arasındakı ideya-məzmun əlaqəsi, baş qəhrəmanlar arasındakı oxşarlıq
araşdırılır.
Suallar: – Yolla gedən yolçunun səhvi nədə oldu?
– Atlının yolçuya dediklərini izah edin.
– Siz yolçunun yerində olsaydınız, necə hərəkət edərdiniz? 
– Atın üstündə gedən adama atlı deyirlər, bəs öz ayağı ilə gedən adamı necə
adlandırırlar?
–  Daha hansı minik növlərini tanıyırsınız?
– “Dağdan ağır sözlər” ifadəsini necə başa düşürsünüz?
Şagirdlərin cavablarından sonra bu ifadənin işləndiyi cümlələr deyilir.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsas landırır.
Sualları cavablandırmaqla dinlədiyi fikrə
münasibətini bildirir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Nitqində epitetlərdən (məcazi mənalı
əlamət bildirən sözlərdən) istifadə edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını  müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmununa uyğun gələn fikri
ifadə edərək şüurlu oxuduğunu nümayiş
etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikrə uyğun gələn atalar
sözünü seçir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən
köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
211
Çap üçün deyil


1-ci tapşırıq yerinə yetirilir: 1 – B, 2 – Ç, 3 – A, 4 – C.
2-ci tapşırığa əsasən, mətnin məzmununa uyğun gəlməyən 2-ci, 4-cü, 5-ci cümlələr
seçilir. 3-cü cümlə ilə bağlı fikir müxtəlifliyi yarana bilər. Müəllim bu halda vurğulamalıdır ki,
atlı yolçuya kömək etmək üçün deyil, onun boş yerə danışdığını göstərmək üçün daşı kənara
itələyir. 
İş dəftərinin 138-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nağılın sonuncu iki cümləsini öz sözlərinizlə izah edin və eşitdiyiniz, rastlaşdığınız elə
hadisələr danışın ki, həmin cümlələri orada yerində işlədə biləsiniz.
Dil qaydaları
4-cü tapşırıq, eləcə də
iş dəftərinin 138-ci səhifəsindəki dil qaydalarına aid tapşırıqlar
yerinə yetirilir. 
Kim daha tez” oyunu
Nə? sualına cavab olan sözlərə şəkilçi artırmaqla kim? sualına cavab verən sözlər yarat-
maq olar. Mətndə yol – yolçu, at – atlı kimi sözlər bu cür verilib. Şagirdlər belə sözlər fikirləşib
söyləyirlər (dəniz – dənizçi, qoruq – qoruqçu, çay – çayçı, kənd – kəndli və s.) və cümlədə
işlədirlər.
Yazı. Mətndən atlının atdan düşdükdən sonra etdikləri dəftərə köçürülür.
Ev tapşırığı:
– Dərsliyin 191-ci səhifəsindəki 5-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 109. ƏKİNÇİ VƏ CANAVAR (4 saat)
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Dinlədiyi mətnin mövzusu ilə bağlı fikri
aydınlaşdırmaq məqsədi ilə suallar verir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir. Mətnin
ideyasına uyğun gələn atalar sözünü seçir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Y” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidə etdikləri və oxuduqları əsasında
inşa yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Oxuduğu şeiri nəsrə çevirərək
məzmununu öz sözləri ilə yazılı ifadə edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd  və in-
tonasiyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır.  
Cümləni intonasiyaya görə fərqləndirir.
Dərslərin planlaşdırılması
VIII bölmə
212
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə