Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə76/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   72   73   74   75   76   77   78   79   80

3-cü tapşırıq. Döyüşən tərəflərdən biri ağ bayraq qaldırarsa, həmin tərəf danışıqlar
aparmaq istədiyini bildirir. (“Dəyərlərimiz” bölməsində “Bayraqlar” mətni yada salınır.)
Müəllim şagirdlərin diqqətini nağılın adına yönəldir:
– Oxuduğunuz hissədə bu adda obraza rast gəldinizmi?
– Sizcə, Ağbulaq camaatı düşmənin suallarına cavab verə biləcəkmi?
– Sizcə, düşmən hansı suallar verəcək?
– Hadisələr necə davam edəcək?
Şagirdlər hadisələrin davamı ilə bağlı öz versiyalarını təqdim edirlər.
Müəllim bir neçə məntiqi məsələ səsləndirir. Məsələn:
a) Hərbi qərargahda 4 əsgər 4 saat növbədə durdu. Hər əsgər neçə saat növbədə
durdu? (4)
b) Usta düzbucaqlı masanın bir küncünü kəsdi. Masanın neçə (bucağı) küncü oldu? (5)
c) “Bir qalanın sirri” filmində əsir düşmüş Həkim babanın rebusunu – əşyalarla olan
məktubunu  xatırlayın. Sandığın içində sim, nar, qanlı daş, qıfıl var. Bunların mənası nədir?
(Həkim bu əşyalarla bildirmək istəyir ki, Simnar xan onu Qanlı qalada zindana salıb)
Belə məntiqi tapşırıqları daha tez, düzgün yerinə yetirənlər xüsusi qeyd olunurlar. 
Sual: – Bəs bizim qəhrəman imtahandan necə çıxdı?
Mətnin oxusu davam etdirilir, qəhrəmanın vəziyyətdən necə çıxması təhlil olunur
(səh.183-185). 
II hissəyə başlıq verilir: “Əhməd kəndini xilas edir”. Həmin hissənin planı tutulur:
1. Balaca Əhmədin qərarı
2. Atlarla bağlı sual
3. Əhmədin atları ayırd etməsi
4. Almalarla bağlı sual
5. Əhmədin almaları fərqləndirməsi
6. Daşdan paltar tikmək lazımdır.
7. Qumdan iynə-sap düzəltmək olar?
8. Kənd yadellilərdən xilas oldu.
Plan üzrə nağılın 2-ci hissəsi nəql olunur.
Mətnin sonundakı  suallar cavablandırılır.
4-cü tapşırıq. Madyan – dişi at, xoruz – toyuğun erkəyi, təkə – erkək keçi, qoç – qoyunun
erkəyi.  1-ci düzgün cavab: Fərqli olan xoruzdur. Xoruzdan başqa qalanları heyvanlardır. 2-
ci düzgün cavab: Fərqli olan madyandır. Madyandan başqa qalanları erkəkdir. 
5-ci tapşırığa əsasən, mətndəki bəzi sözlərin yaxınmənalı qarşılığı müəyyən olunur.
6-cı tapşırıqda qoyulmuş sual ətrafında müzakirə keçirilir. 
İş dəftərinin 130-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Danışma. Müəllim: – “Balaca Əhməd” nağılındakı Əhməd obrazını “Xaqani” və “Bəh -
mən yar” mətnlərindəki baş qəhrəmanlarla müqayisə edin. Bu üç obrazı birləşdirən
xüsusiyyət han sıdır? (ağıllı, hazırcavab, fərasətli olmaları)
– Dövlətimiz haqqında bildiklərinizi danışın.
Dil qaydaları. 1. Mətnin 2-ci hissəsinin 1-ci cümləsindəki sözlərdə işlənən saitləri yazın
(Ağ bulaqda Əhməd adında bir oğlan yaşayırdı – a,u,ə,ı,i,o).
– Burada hansı saitlər iştirak etmir?
Mətndən elə cümlə seçib yazın ki, həmin saitlər (a,u,ə,ı,i,o) burada iştirak etsin. (2-ci his -
sənin 3-cü cümləsi: “Əhməd düşmən padşahın şərtini eşidəndə qərara gəldi ki, sabah mey-
dana getsin, görsün nə suallardır”.)
2. Aşağıdakı sözlərdən cümlə düzəldin, cümlələrin sonunda müvafiq gələn durğu işarəsini
qoymaqla dəftərə yazın.
Dərslərin planlaşdırılması
VIII bölmə
206
Çap üçün deyil


1) ağ, elçilər, girdilər, bayraqla, Ağbulağa
2) görək, anadır, bala, hansı, bunlardan, tapın, hansı
3) qabağa, Əhməd, su, bir, istədi, qab, çıxıb
4) düzəltmək, iynə-sap, olar, qumdan da
5) Əhməd, olan, kimi, eşq olsun, oğulları, xalqa
Yazı. Mətndən elçilərin 1-ci sualı və Əhmədin ona cavabı olan hissə seçilib dəftərə
köçürülür.
Nəticə: Ağılla, savadla böyük qəhrəmanlıqlar etmək olar. Dövləti qorumaq üçün onun
sağlam və savadlı vətəndaşları, inkişaf etmiş iqtisadiyyatı və güclü ordusu olmalıdır.
İş dəftərinin 131-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Mətnə uyğun atalar sözləri tapıb yazın. Şagirdlərə bildirilir ki, bu atalar
söz ləri ağıl, bilik, vətənpərvərliklə bağlı olmalıdır. 
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 106. İKİ AYI BALASI (4 saat)
Motivasiya.
Müəllim: – Qonur olur, ağ olur,
Yatanda bir dağ olur.
Mağaradır yuvası,
Bir ovucdur balası.
Əyripəncədir adı,
Necədir əsl adı?
(Ayı)
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrin mahiyyətini anlayaraq
diskussiyada iştirak edir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Qazandığı bilikləri əvvəlki biliklərlə müqa -
yisə edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Rollu oyun zamanı jest və  mimikalardan
istifadə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndə hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə şüurlu
oxuduğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ü” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş bir hissəni köçürür.
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sözlərin hecalanması ilə sətirdən-sətrə
keçirilməsi arasındakı fərqi izah edir və
yazıda tətbiq edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad və əlamət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
207
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə