Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə10/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   6   7   8   9   10   11   12   13   ...   158

23 
 
[2] İsmail Otar. Kırımlı Türk Şair ve Bilgini Bekir Sıdkı Çobanzade. İstanbul, Lebib 
Yalkım yayımları, 1999, s. 54-150. 
[3] Kırım Mecmuası. İstanbul, Süleyman Sudi yayını, 1918. 
[4] Gök Kitap. İstanbul, Hacı Adil yayını, 1919. 
[5] Emel. 1930, sayı 11. 
[6] Bekir Çoban-zade. Boran.Akmescit, Kırım Devneşr, 1928, 55 s. 
[7] A.B.Taymas. Kırımlı Bekir Çobanzade’nin Şiirleri. Türkiyat Mecmuası, C. XII, 
1955. 
[8] Bekir Çoban-zade. Abdulla Letif-zade. Taşkent, Gafur Gulam adına edebiyyat ve 
sanat neşriyatı, 1971, 80 s. 
[9] İsmail Otar. Kırımlı Türk Şair ve Bilgini Bekir Sıdkı Çobanzade.İstanbul, Lebib 
Yalkım yayımları, 1999, 288 s. 
[10] Bekir Çobanzade. Eserleri.Baku, Şerq-Qerb neşriyatı, 2007, I-IV ciltler.(V. cild 
daha çıkmadı). 
[11]  Bekir  Çoban-zade.  Bir  saray  kuracak  men.Akmescit,  Vidrojdeniya  yayımevi, 
2001. 
[12] Bekir Çoban-zade.Oblaka. Bulutlar.Simferopol, 2003, 67 s. 
[13] Bekir Çobanzade. Seçilmiş Şeirleri. Baku, Nurlan neşriyatı, 2011, 160 s. (Tertip 
eden, Kırım-Tatar Türkçesinden uygunlaştıran ve ön sözün müellifi Prof. Dr. Ramiz Asker). 
[14] Bekir Çobanzade. Seçilmiş Bedii Eserleri. Baku, BXQR neşriyatı, 2012, 240 s. 
(Tertip eden, Kırım-Tatar Türkçesinden uygunlaştıran ve ön sözün müellifi Prof. Dr. Ramiz 
Asker). 
 
Adil Babayev

 
 
BƏKİR ÇOBANZADƏNİN ZİNDAN HƏYATI 
 
Azərbaycan  filologiyasının  inkişafında  özünəməxsus  iz  qoyub  gedən 
görkəmli  alim  B.V.Çobanzadə  1924-cü  ilin  payızında  Bakıya  gəldikdən  sonra 
Azərbaycan  Dövlət  Universitetində  dərs  deməklə,  orada  fakültəyə  və  kafedraya 
rəhbərlik etməklə yanaşı, yeni əlifba, orfoqrafiya, terminologiya, dialektologiya və 
s. sahələrdə yorulmadan çalışırdı. 
Belə  geniş  əməli  və  elmi,  ictimai  işlə  məşğul  olmasına  baxmayaraq,  eyni 
zamanda  Azərbaycan  dili  və  ədəbiyyatının  müxtəlif  problemlərinə  aid  əsərlər  də 
yazır. Özünə  xas olan bir enerji ilə milli filologiyamızın inkişafına  kömək edirdi. 
Cəmi  16  il  davam  edən  elmi-pedaqoji  fəaliyyəti  müddətində  15  kitab  və  200-ə 
qədər  artıq  nəşr  edilmiş  əsər  yaza  bilmişdi.  Hələ  onun  Füzuli,  Nəvai  və  Xətai 
haqqında nəşr edilməmiş monoqrafiyalaır da vardır. 
Bəkir Çobanzadə hər bir əsərində yeni bir müddəa irəli sürməyə çalışmışdır. 
Alimin  1924-cü  ildə  Bakıda  nəşr  edilən  “Türk-tatar  lisaniyyətinə  mədxəl”  adlı 
kitabı  o  zamankı  dilçiliyimizin  manifesti  sayıla  bilər.  Bu  əsərlə  o,  nəinki 
                                                           

Babayev  Adil  –  Azərbaycan  Dillər  Universitetinin  professoru,  filologiya  üzrə  elmlər 
doktoru. 


24 
 
Azərbaycanda,  habelə  ümumiyyətlə,  Türk  dünyasında  ümumi  dilçiliyin  əsasını 
qoydu.  Bundan  əlavə,  o  zamankı  Azəıbaycan  dilçiliyinin  nailiyyətlərindən  olan 
“Türk dili və ədəbiyyatının tədrisi üsulu” (1926-1927), “Türk-tatar dialektolojisi” 
(1927), “Türk dili” (1929), “Türk qrameri” (1929-1930) və s. göstərmək olar. 
26-I-1937-ci  il  tarixdə  AXDİK  DTİ  4-cü  şöbəsinin  4-cü  bölməsinin  rəis 
müavini  təhlükəsizlik  leytenantı  Şer  B.Çobanzadə  haqqında  belə  bir  arayış  tərtib 
edir.  B.Çobanzadə  -  1893-cü  il  təvəllüdlü,  simferanollu,  krım-tatarı,  SSRİ 
vətəndaşı, bitərəf, dilçi. 
APİ  və  ADU-da  dil  və  ədəbiyyat  kafedrasının  rəhbəri,  SSRİ  EA 
Azərbaycan filianın baş elmi işçisi B.Çobanzadə görkəmli pantürkist xadim, “milli 
firqə”nin keçmiş katibi, Krım qurultayının üzvü olub. 
1924-cü ildən Bakıda yaşayır. Fasiləsiz əksinqilabi iş aparır. 
a)  1926-cı  ildən  firqə  MK-sı  adından  Müsavat  MK-sı  ilə  söhbətlər  aparır 
(müttəhim Baharlının ifadəsindən) 
b)  Bu  günə  qədər  əksinqilabçılarla  (Yaqub  Zəki,  Şirinski  və  s.)  əlaqəsi 
vardır. Onların arasında əksinqilabi, faşist və dağıdıcı iş aparır. 
c)  R.Axundov  B.Çobanzadə  ilə  partiya  və  sovet  hakimiyyəti  əleyhinə 
söhbət aparıb (müttəhim Çiçikalovun ifadəsindən) 
ç)  Öz  ədəbi  əsərlərində  və  mühazirələrində  əksinqilabi  millətçi  ideyalar 
yayır. 
Deyilənləri (nə tutarlı deyilənlər imiş! - A.B.) nəzərə alaraq B.Çobanzadəni 
həbsə almağı və onu Az.SSR CM 72/73-cü maddələri üzrə məsuliyyətə cəlb etməyi 
zəruri sayıram. 
Bu  vaxt  alim  Krımda  “Dağ  fəhləsi-mədənçi”  (Qornyak)  sanatoriyasında 
istirahət edirdi. Azərbaycan  XDİK DTİ-nin  məktubu əsasında SSRİ XDİK Şimali 
Qafqaz  ölkəsi  üzrə  DTİ  əməliyyat  müvəkkili  Barski  28-1-1927-ci  il  tarixdə 
Kislovodsk şəhərində  gecə ikən alimi həbs etdi. 29-I-1937-ci ildə Krım DTİ rəisi 
Pletnikov Pyotiqorsk türmə rəisinə yazır: “Məhbus B.Çobanzadə ikinci mərtəbədə 
15№-li  kamerada  saxlanmaq  üçün  göndərilir.  Bizdən  xəbərsiz  onu  heç  yerə  etap 
etməyin (göndərməyin). 
31 yanvar 1937-ci ildə B.Çobanzadə üçün 554№-li cinayət işi açılır. Pyati-
qorsk həbsxanasında açılan bir neçə anket və arayışı özündə birləşdirən, sonradan 
Bakıda tərtib ediləcək üç cildlik cinayət işinin içinə əlavə  edilən işdəki məlumat-
lardan  bəlli  olur  ki,  müttəhim  B.Çobanzadə  inqilabdan  əvvəl  heç  bir  partiyada 
olmayıb,  ağların  ordusunda  iştirak  etməyib,  atası  Vahab  kişi  1928-ci,  anası 
Zübeydə  1930-cu  ildə  vəfat  edib.  26-I-1937-ci  ildə  haqqında  arayış  tərtib  edilən 
kimi  Azərbaycan  XDİK  DTİ-nin  baş  leytenantı  Tsinmanın  rəhbərliyi,  XDİK-ın 
əməkdaşları  Səfər  Məmmədovun,  Zaidovun,  Naumkinin  və  Zvenovun,  habelə 
süpürgəçi Aqil Qulamın iştirakı ilə B.Çobanzadənin Voroşilov küçəsində yerləşən 
3 saylı mənzilində axtarış aparırlar. Həmin axtarışın şahidi olan, müttəhimin arvadı 
Ruqiyyə  Kireyevna  Çobanzadə  sonradan  danışırdı  ki,  alimin  əlyazmalarını, 
kitablarını  balkondan  (ikinci  mərtəbədən)  aşağıda  dayanmış  yük  maşınının  içinə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə