Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə13/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   9   10   11   12   13   14   15   16   ...   158

31 
 
Təyyar Salamoğlu

 
 
BƏKİR ÇOBANZADƏNİN ƏDƏBİYYATŞÜNASLIQ 
GÖRÜŞLƏRİ 
 
XX əsr Azərbaycan ədəbi və mədəni fikir tarixində görkəmli türkoloq alim 
Bəkir  Çobanzadənin  əhəmiyyətli  mövqeyi  vardır.  Onun  Azərbaycandakı  elmi  - 
ədəbi fəaliyyəti keçən əsrin 20–30–cu illərinə düşür. Dilçilik və ədəbiyyatşünaslıq 
sahəsində  məhsuldar  fəaliyyəti  ilə  seçilən  bu  alimin  milli  türkologiyamızın 
formalaşmasında  həm  nəzəri,  həm  də  praktik  baxımdan  böyük  rolu  olmuşdur. 
Tədqiqatlarda  da  göstərildiyi  kimi,  300  –  dən  artıq  məqalənin,  41  monoqrafik 
tədqiqatın  müəllifi  olan  Bəkir  Çobanzadə  “ixtisasca  dilçi  –  türkoloq  idi  və  bu 
qiymətli  əsərlərin  böyük  bir  qismi  dil  və  türkologiya  problemlərinə  həsr 
olunmuşdur”  (2, 152). Bununla  bərabər, “universal  bir alim”  (N.Şəmsizadə) kimi 
ədəbiyyatşünaslıq sahəsində də onun fundamental araşdırmaları vardır. “Son dövr 
Krım  –  tatar  ədəbiyyatı  tənqid  təcrübələri”,  “Türk  dili  və  ədəbiyyatının  tədris 
üsulu”,  “Azəri  ədəbiyyatının  yeni  dövrü”  adlı  monoqrafik  tədqiqatları,  “Türk 
ədəbiyyatında təqlid və yaradıcılıq”, “Kumık dili və ədəbiyyatı haqqında”, “Füzuli 
və  onun  yeri”,  “Ədəbiyyatımızda  yeni  qiymətlər”,  “Simurğun  hekayələri”, 
“Oktyabr  və  türk  –  tatar  ədəbiyyatı”  məqalələri  B.Çobanzadədən  ədəbiyyat 
tarixçisi,  nəzəriyyəçi  və  metodist  alim,  tənqidçi  kimi  danışmağa  tam  əsas  verir. 
Əgər  nəzərə  alsaq  ki,  bu  gün  də  Azərbaycanda  türkoloji  dilçiliklə  müqayisədə 
türkoloji  ədəbiyyatşünaslıq  ədəbiyyatşünaslığın  bir  sahəsi  kimi  hələ  də  tam 
formalaşmamışdır,  onda  böyük  alimin  bu  istiqamətdə  də  əhəmiyyətli  işlər 
gördüyünü xüsusi qeyd etməliyik.   
B.Çobanzadənin  ixtisasca  dilçi  –  türkoloq  olması,  ondan  professional 
ədəbiyyatşünas alim kimi söz açmağa qətiyyən mane olmur. Xüsusən “Türk dili və 
ədəbiyyatının tədris üsulu” monoqrafiyasının ədəbiyyat məsələlərinə həsr olunmuş 
ikinci  hissəsi  onun  ədəbiyyatşünaslıq  elminə  mükəmməl  şəkildə  bələd  olmasını 
meydana çıxarır. Onun ədəbiyyatşünaslıq görüşləri rus və Avropa elminin ən yeni 
qənaətlərinə  söykənir.  Alim  hər  bir  xalqın  ədəbiyyatının  mənşəyini,  təşəkkül  və 
inkişaf  tarixini  ədəbi  –  nəzəri  fikrin  dünya  ədəbiyyatşünaslığı  təcrübəsinə  əsasən 
öyrənməyin  tərəfdarı  idi.  “Türk  dili  və  ədəbiyyatının  tədris  üsulu” 
monoqrafiyasında  milli  ədəbiyyatşünaslığı dünya  ədəbiyyatşünaslığının praktikası 
ilə  tanış  etmək  funksiyası  əsas  alınmışdı  və  alim  bu  əsərinin  ikinci  “qismi”ndə 
ədəbiyyatın  elmi-metodoloji  və  tədris  –  metodik  problemlərinin  nəzəri  əsaslarını 
şərh  edirdi.  “Bu  qisimdə  daha  ziyadə  əsərimizə  metodoloji  xarakteri  verməyə 
çalışdığımızı  oxucu  görəcəkdir”  –  deyən  alim  tamamilə  düzgün  fikirləşirdi  ki, 
ədəbiyyatın  nəzəriyyəsini  bilmədən,  bu  barədə  aydın  elmi  təsəvvürlərə  malik 
                                                           

  Salamoğlu  Təyyar  -  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  professoru,  filologiya 
üzrə elmlər doktoru. 


32 
 
olmadan,  onun  tarixi  inkişaf  yolunu  dürüst  təsəvvür  etmək  olmaz.  B.Çobanzadə 
“Türk dili və ədəbiyyatının tədris üsulu” kitabında Avropa və daha çox isə məşhur 
rus  nəzəriyyəçilərinin  fikirlərinə  istinad  edərək,  onları  ümumiləşdirərək  və  eyni 
zamanda, öz elmi mövqeyini ortaya qoyaraq ədəbiyyatın yaranmasını və inkişafını 
şərtləndirən  amillər,  ədəbiyyatın 
tarixi  dövrləşdirilməsinin  prinsipləri, 
ədəbiyyatşünaslıq elminin sahələri və tədqiqat üsulları, ədəbi məktəb və cərəyanlar 
haqqında,  həmçinin  bədii  əsərlərin  tədrisinə  verilən  metodik  tələblərlə  bağlı 
təfsilatlı  elmi  mövqe  ortaya  qoyur.  Ədəbiyyatşünaslığın  aktual  problemlərini  şərh 
edərkən B.Çobanzadənin irəli sürdüyü, müdafiə etdiyi tezislərin böyük əksəriyyəti 
bu gün də öz müasirliyini saxlayır.  
Görkəmli  alim  ədəbiyyatda  məzmun  və  forma,  onların  qarşılıqlı  əlaqəsi 
məsələsinə əhatəli elmi şərh vermişdir. O, “şəkil və mündəricə” məsələsinə (forma 
və məzmun) müasir düşüncə səviyyəsində yanaşır. “Hər hansı bir dövrdə meydana 
gəlmiş  olan  bədii,  yaxud  ədəbi  əsəri  alacaq  olursaq,  bu  əsər  üzərində  iki  sual 
qarşısında bulunuruq: mühərrir, yaxud sənətkar nə verir? Nə söyləyir? Necə verir? 
Necə  söyləyir?  Haman  bunlardan  “nə”  sualına  alacağımız  cavab  mündəricəyə, 
“necə” sualına alacağımız cavab da məzkur əsərin şəklinə aid olur” (4, 195).  
B.Çobanzadə  mündəricəni  (məzmunu)  fikir  və  hissin  obrazlı  ifadəsi  kimi 
təsəvvür  edir  və  əsərin  mövzusunun  “ən  xəfif  məzacdan  ən  ciddi  və  ictimai 
məsələlərə qədər dəyişə” bilməsi mülahizəsini irəli sürür. Burada diqqəti cəlb edən 
əsas cəhət budur ki, o, ictimai məsələlərlə bərabər “ən xəfif məzacı”– ən incə hissi 
yaşantını da bədii təsvir predmeti kimi təsəvvür etməklə, ədəbiyyata sosioloji yox, 
estetik  baxış  sistemi  ortaya  qoyur.  B.Çobanzadə  bədii  əsəri  ancaq  məzmun  və 
yaxud  forma  kontekstində  qiymətləndirməyin  effektsizliyi  üzərində  israr  etməklə, 
bu  zaman,  fikrimizcə,  sırf  sosioloji  və  yaxud  formalist  təhlil  üsullarına  tənqidi 
yanaşır  və  bədii  –  estetik  qiymətləndirmədə  forma  ilə  məzmunu  vəhdətdə 
qiymətləndirməyi ən doğru  yol hesab edir. O yazır: “Sakulin  mündəricə və şəklin 
birləşdirilərək  tədqiqi  cəhətini  ayrı  və  ən  doğru  bir  üsul  olaraq  təklif  etməkdədir. 
Sakulinin  bu  sözləri  bu  xüsusdakı  fikirlərini  xülasi  edə  bilər:  ...Bədii  üzviyyət 
olmaq dolayısılə, ədəbi əsər şəkil və  mündəricəsinin birliyi ilə doğar və meydana 
çıxar”.  B.Çobanzadə  Sakulinin  “şəklin  özü  də  mündəricəni  təyin  edir” 
mülahizəsinə tənqidi yanaşır, şəkil və  mündəricənin bir –birinə təsiri məsələsində 
alimin  tutduğu  ikili  mövqeyi  “mündəricəni  və  şəkli  ifrata  vardıranların  arasını 
düzəltmək”  istəyi  ilə  izah  edir”  (4,  205).  O,  Şklovskinin  də  şəklin  mündəricəni 
təyin  etməsi  fikrini  qəbul  etmir  və  çox  doğru  bir  qənaətə  gəlir:  “Çünki  şəkil  və 
mündəricə,  ikisi  də  xüsusi  bir  mahiyyətə  malik  təkrarı  və  nöqtəsi  -    nöqtəsinə 
təqlidi  qeyri  –  qabil  bədii  şeirin  və  yekparə  əsərin  iki  üzüdür.  Əsasən  şəkil  də 
mündəricə  ilə  bərabər doğur...  yeni şəkil  yeni  mündəricəni deyil,  yeni  mündəricə 
yeni şəkli icab etdirir” (4, 205). 
B.Çobanzadə  mövzunun  seçilməsində  yazıçı  müşahidəsinin  itiliyinə  xüsusi 
əhəmiyyət  verir  və  mürəkkəb  və  ziddiyyətli  həyat  problemləri  içərisindən 
əhəmiyyətlisini (müasirlik, aktuallıq və tipiklik mənasında) seçib ayırmağı və bədii 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə