Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

 
 
 FOTODİODLAR 


Fotodiod yarımkeçirici diodun qurluşuna malik fotohəssas element olub, daxili güclənməsiz 
fotoqalvanik süaqəbuledici adlanır
. Fotodiodda əks cərəyan işıqlanmanın təsiri altında dəyişir və bu 
onun işçi cərəyanı olur. 
Fotodiodlar iki sxem üzrə qoşula bilir: xarici elektrik qida mənbəli və xarici mənbəsiz . Xarici 
mənbəli diodun iş rejimi fotodiod (fotoçevrici), mənbəsiz diodun iş rejimi ventil
(fotogenerator) adlanır. Fotodiod fotodiodlu rejimdə işləyəndə onda aşağıdakı fiziki proseslər baş 
verir. Dioda işıq şüası düşməyəndə 

keçidi vasitəsilə kiçik əks cərəyan axır. Bu cərəyana qaranlıq 
cərəyan deyilir. 
 

 
a) b)
Şəkil1.
Fotodiodun şərti işarəsi (a), xarici mənbəli (b) və xarici mənbəsiz (c) qoşulma sxemləri 
Fotodioda işıq düşdükdə daxili fotoeffektin təsirindən əlavə elektronlar və deşiklər əmələ gəlir. 
Deşiklər şüalanan sahənin dərinliklərinə diffuziya edir, 

keçidinə çataraq həmən keçidin elektrik 
sahəsinin təsiri altında p sahəsinə keçirlər. Beləliklə şüa enerjisi seli qeyri əsas yükdaşıyıcıların sayını 
artırır, diod dövrəsində cərəyanı yüksəldir və uyğun olaraq yük müqavimətdəki gərginlik düşgüsünü 
artırır.
Ventilli rejimdə işləyəndə və işıq şüa enerjisi olmayanda fotodiod dövrəsindən qaranlıq cərəyan axmır, 

keçidi tarazlıq vəziyyətindədir, diffuziya və dreyf cərəyanlrı bir-birinə bərabərdir. Fotodiod 
işıqlandırıldıqda kovalent rabitənin dağılması nəticəsində yarımkeçiricidə elektronlar və deşiklər əmələ 
gəlir. 

keçidinin elektrik sahəsinin təsiri altında deşiklər diodun 
– sahəsinə keçir, elektronlar isə 
– 
sahəsində qalır. Qarşılıqlı elektrik yükləri arasında dinamik tarazlıq yaranır və fotodiodun elektrodları 
arasında potensiallar fərqi, yəni foto e.h.q-si qərarlaşır. Bu rejimdə fotodiod xarici qidalanma mənbəyi 
tələb etmir, çünki o özü elektrik cərəyanı yaradan generatordur. 
Fotodiodlardan müxtəlif radioelektron qurğularında geniş istifadə olunur. Onlar günəş batareyalarında, 
temperatura avtomatik nəzarət və onu tənzimləyən qurğularda, rəqəm hesablama maşınlarında və s. 
qurğularda istifadə edilir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə