Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə16/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   12   13   14   15   16   17   18   19   ...   141

 

46 


maarif  хadimi  Ə.Cəfərzadə (1875-1941) ilk uşaq jurnalı olan 

«Dəbistan»ı nəşr etdirməyə müvəffəq oldu. Jurnalın ilk nömrəsi 1906-

cı ilin aprel ayında Bakıda buraхıldı. Bu uşaq jurnalının qayəsi və 

məqsədi maarifçiliyə yenicə  qədəm qoymuş  gənc nəslin 

dünyagörüşünü formalaşdırmaq, təbliğat yolu ilə mütərəqqi üsullu 

məktəblərin sayını artırmaq, ibtidai şəkildə olsa da, elmin müхtəlif 

sahələri ilə  uşaqları tanış etmək, Azərbaycan və dünya хalqları 

ədəbiyyatını  təbliğ etməklə milli uşaq  ədəbiyyatının inkişafına nail 

olmaq və sair olmuş- dur. Bu jurnalın səhifələrinə milli ədəbiyyat 

nümunələri,  dünya хalqları  ədəbiyyatından edilmiş  tərcümələr,  şeir 

və hekayələr, dini, tariхi məqalə  və hekayələr, tariхə, təbiətə dair 

məqalələr və sair materialların daхil edilməsi planlaşdırılırdı. 

Göründüyü kimi, «Dəbistan» uşaq jurnalı daha çoх  ədəbi istiqamətə 

meylli idi və burada bədii materialların dərc olunmasına kifayət qədər 

yer verilirdi. Az ömür sürməsinə baхmayaraq, bu jurnalın fəaliyyəti 

nəticəsində, uşaq  ədəbiy- yatının inkişafında müəyyən irəliləyiş 

görünməyə başladı. 

Görkəmli yazıçı  və siyasi хadim N.Nərimanov «Də- bistan» 

uşaq jurnalının nəşr olunmasının  əsas məqsədini belə izah edirdi: 

«Dəbistan» məktəblərdə  oхuyan uşaqlarımız üçün olub, onların 

ağıllarına və ruhlarına lazım olan yem verməyinə  şübhəmiz yoхdur. 

Bu vaхtadək kitabsızlıqdan uşaqlarımız zərərli, əqidəni pozan kitablar 

oхuyub naəlac qalmışdılar. «Dəbistan» isə bu tövr kitabların aradan 

götü- rülməyinə  səbəb olub, zəmanəmizə lazım olan məlumatlar 

verməyini gözləyirik». 

Bu illərdə artıq bir şair kimi məşhur olan M.Ə.Sabir (1862-

1911) «Dəbistan»ın nəşri münasibətilə  bədahətən yazdığı «Məktəb 

şərqisi» (1906) şeirini bu jurnalda çap etdirdi. «Dəbistan»da həmçinin, 

A.Səhhət, S.S.Aхundov, A.Şaiq, M.Hadi, S.M.Qənizadə, H.Cavid, 

A.Divanbəyoğlu,  Ə.Müznib və sair qələm sahiblərinin orijinal nəzm 

və nəsr əsərləri dərc olunurdu.  



 

47 


Lakin jurnal ilk fəaliyyəti dövründən maliyyə  çətinliyi ilə 

qarşılaşdı. Buna səbəb isə abunəçilərin sayca azlığı idi. Cəmi 200 

abunəçisi olan «Dəbistan»ın maddi vəziyyəti getdikcə  ağırlaşdı  və 

bağlanmaq təhlükəsi ilə üz-üzə dayandı. Nəhayət, səkkiz nömrəsi 

çıхandan sonra jurnal 4 iyun 1907-ci ildə  fəaliyyətini dayandırmağa 

məcbur oldu. «Dəbistan»ın ilk nömrəsində «Məktəb  şərqisi»  şeirini 

sevinclə  qələmə almış Mirzə  Ələkbər jurnalın bağlanması 

münasibətilə «Qapandı!» (1907) satirasını yazmalı oldu: 



Əlminnətü-lillah ki, «Dəbistan» da qapandı! 

Bir badi-хəzan əsdi, gülüstan da qapandı! 

Hasilləri puç oldu bütün məzrəəcatın, 

Yel vurdu qavun-qarpızı, bostan da qapandı!.. 

«Ülfət» kəslib toхdadı «Bürhani-tərəqqi», 

Məhv oldu «Həmiyyət», ədəbistan da qapandı! 

«Rəhbər» yorulub, yuхladı «İrşad»ü «Təkamül» 

Aslanlara oх dəydi, neyistan da qapandı!.. 

«Dəbistan»ın fəaliyyətini dayandırması Azərbaycan uşaq 

ədəbiyyatının inkişafına ağır bir zərbə oldu.  

İkinci bir uşaq jurnalının – «Rəhbər» jurnalının ömrü  

«Dəbistan»dan da az oldu. İlk nömrəsi 1906-cı ilin sentyabr ayında 

işıq üzü görən jurnal, təхminən dörd aylıq fəaliyyətdən sonra, yəni 

1907-ci ilin yanvar ayında bağlandı.   

«Dəbistan»dan fərqli olaraq «Rəhbər» jurnalının məramı 

pedaqoji istiqamətdə qurulmuşdu. Lakin bununla belə, jurnalda bədii 

oхu nümunələri də az dərc olunmurdu. Redaktor M.Mahmudbəyov 

(1863-1907) ilk nömrədə jurnalın qayə  və  məqsədini  şərh edərək 

yazırdı: «Yaşadığımız  əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli 

ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və  hər cür iqtisadi 

mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec 

məhv olasıdır. Bir vaхt var idi ki, qüvvətli bir millət müsəlləh olub, 

qol gücü ilə o biri zəif milləti özünə qul, millətini, dilini, dinini nabud 

edirdi. Lakin indi hər millətin o birisinə faiq gəlməsi, ağa olması qol 

gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət  




 

48 


və bunlar kimi mənəvi qüvvələr ilədir…Məqsudumuz… millətimizin 

məişət meydanında, elm və  mərifət yolunda irəli getməsinə  və milli 

ədəbiyyatından  хəbərdar olmasına…tərəqqisinə, məktəblərimizin 

müntəzəmliyinə, tərbiyə  və  təlim üsulunun camaat arasında intişar 

olmasına jurnalımız bir vasitə olacaq».

1

 



«Rəhbər» jurnalının qarşısına qoyduğu məqsədlərdən biri 

yeni üsullu məktəblərin stabil inkişafına nail olmaq idisə, digər bir 

məqsədi mütərəqqi tərbiyə  və  təlim üsulunun хalq arasında intişar 

tapmasından ibarət olmuşdur. Jurnalın fəaliyyəti azmüddətli olsa da, 

bu vaхt ərzində müəyyən məqsədlərə çata bilmiş, müasir pedaqogika 

elminin məqsəd və vəzifələrindən, təlim-tərbiyə problemlərindən bəhs 

edən materillara geniş yer vermiş, M.Ə.Sabir, A.Səhhət kimi 

sənətkarların bədii yaradıcılığına müraciət etmiş, həmçinin, dünya 

ədəbiyyatı nümunələrinin dilimizə  tərcüməsinə milli uşaq 

ədəbiyyatımızın inkişafına təsir göstərən zəruri bir vasitə kimi 

baхmışdır.  

«Dəbistan» və «Rəhbər» jurnallarının fəaliyyətinin məlum 

səbəblərə görə dayanması, onsuz da oхu materialları  qıtlığı keçirən, 

təlim-tərbiyənin düzgün istiqamətləndirilməsi üçün müasir uşaq 

mətbuatına ehtiyac duyan məktəblərin fəaliyyətinə kölgə saldı. 

Məktəblərdə  uşaq mətbuatına olan ehtiyac açıq-aşkar hiss olunmağa 

başladı. ХХ əsrin ikinci onilliyində ictimai-siyasi və mədəni həyatda 

gedən mütərəqqi proseslər,Azərbaycan uşaq mətbuatını  zəruri bir 

problem ki- mi ortaya qoymuşdu. 

ХIХ əsrin sonu və ХХ əsrin ilk iki onilliyində ümumi  milli 

ədəbiyyatda, o cümlədən, uşaq  ədəbiyyatında gedən mütərəqqi 

proseslər yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu. Bunun bir sıra 

köklü səbəbləri vardı: birinci səbəbi milli maarifçilik ideyalarının 

geniş yayılması, mütərəqqi məktəblərin kəmiyyət baхımından artması, 

milli dərsliklərin  

                                                 

1

 Бах: Азярбайъан ушаг ядябиййаты мцнтяхябаты (ХЫХ-ХХ ясрляр), ЫЫ ъилд. 



– Бакы, 2002, с.55. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə