Mövzu 11. Peşəkar “yanma” fenomeni, onu yaradan səbəblər və qarşısının alınması yolları Peşəkar yanma



Yüklə 28,53 Kb.
səhifə1/4
tarix28.12.2022
ölçüsü28,53 Kb.
#97968
  1   2   3   4
Müh. 11



Mövzu 11. Peşəkar “yanma” fenomeni, onu yaradan səbəblər və
qarşısının alınması yolları


Peşəkar yanma dedikdə, fiziki, emosional və zehni tükənmə başa düşülür və bu özünü daha çox sosial sahədən olan peşələrdə göstərir. Emosional yanma–kifayət qədər məkrli bir prosesdir, çünki bu sindroma məruz qalan insan, adətən onun simptomlarını o qədər də yaxşı dərk etmir. O, özünü kənardan görə və ətrafda nə baş verdiyini başa düşə bilmir. Amma yanma sindromundan vaxtında xəbər tutmaq və ondan çox effektiv şəkildə müalicə olunmaq mümkündür.Rəhbərlər və menecerlər gərək öz işçilərinin son zamanlar özünü pis hiss etməsi, fiziki sağlamlığı və emosional durumları ilə bağlı şikayətlərinə qarşı diqqətli olsun. Əvvəlcə emosiyalarda sönmə müşahidə edilir, hisslərin itiliyi itir. Sanki zahirdə hər şey normaldır, amma daxildə boşluq və darıxma hissləri olur. Sonra isə birlikdə işləməli olduğun insanlar səni qıcıqlandırmağa başlayır, öz həmkarlarının əhatəsində olan yanmağa başlamış peşəkar bir az etinasızlıq, həm də bir az istehza ilə bəzi müştəriləri, ya da bəzi işçiləri haqqında danışmağa başlayır. Daha sonra o ünsiyyət zamanı onlara qarşı xoşa gəlməz hisslər duyduğunu anlayır. Ilk əvvəl o bu hissləri asan idarə edir, onlardan acığı gəldiyini bildirməməyə çalışır, lakin getdikcə bu qıcıqlanmanı gizlətmək daha da çətin olur, nəhayət yığılmış qəzəb sadəcə partlayışla ətrafa yayılır. Onun qurbanı həmin an təsadüfən yaxınlıqda olan, heç nədə günahı olmayan bir insan – müştəri, həmkar, tədarükçü və s. ola bilər. Son mərhələdə isə özünü qiymətləndirmə və professional motivasiya kəskin şəkildə aşağı düşür. Insan bir vərdiş kimi, öyrəşdiyinə görə yenə ətrafdakılara qarşı hörmətlə davranmağa davam edə bilər, özünü ləyaqətlə aparar. Lakin hər şey və bütün ətraf onun üçün sanki əhəmiyyətsiz olur və o laqeydləşir. Insanlar ilə ünsiyyət onun üçün narahatçılığa çevrilir. Bu son mərhələdə sağlamlıqda pozulmalar, yuxusuzluq, spirtli içkilərdən, siqaretdən, dərmanlardan, psixotrop maddələrdən həddindən çox istifadə halları müşahidə olunur. Məhz bu ardıcıllıqdan sonra, bir qayda olaraq emosional yanmanın simptomları da müşahidə olunmağa başlayır, bu simptomlar isə üç qrupa bölünür.
Peşəkar yanmanın psixofiziki simptomlarına aşağıdakılar aiddir:
• Daimi, keçmək bilməyən yorğunluq, təkcə gecələr deyil, həm də səhərlər, yuxudan dərhal sonra (xroniki yorğunluq simptomu);
• Emosional və fiziki tükənmə hissi — simptomun inkişafına səbəb olan amil çox yüksək aktivlik dövrü ilə bağlıdır, insan özünü bütünlüklə işə həsr edir, işlə bağlı olmayan digər tələbatlarından imtina edir, öz ehtiyaclarını unudur, sonra isə -tükənmənin ilk əlaməti başlayır. Tükənmə özünü həddindən artıq gərginliyə salma, emosional və fiziki resursların sıradan çıxması, hətta gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi ilə müəyyən olunur. Bir az dinclikdən sonra (istirahət günləri, məzuniyyət) sözü gedən təzahürlər nisbətən azalır, lakin əvvəlki iş situasiyasına qayıtdıqda vəziyyət yenə də gərginləşir;
• Özünü təcrid- ətraf aləmdə baş verən hadisələrə qarşı reaksiya qabiliyyətinin və hissiyyatlılığın aşağı düşməsi (yenilik faktoruna qarşı marağın olmaması və təhlükəli situasiyaya qarşı qorxu reaksiyanın yoxluğu;
• Ümumi zəiflik, fəallığın və enerjinin aşağı düşməsi, qanın biokimyasının və hormonal göstəricilərin pisləşməsi;
• Tez-tez səbəbsiz yerə baş ağrıları, mədə-bağırsaq sistemində tez-tez pozulmalar;
• Çəkinin kəskin azalması, ya da artması;
• Tam və ya hissəli yuxusuzluq, (tez yuxuya getmə və sübh çağlarında yuxusuzluq, ya da əksinə, gecə yuxuya gedə bilməmək, saat üçə-dördə qədər ayıqlıq, gündüz isə yuxudan ayıla bilməmək, işə getmək vaxtında yuxunun gəlməsi);
Daimi tormuz vəziyyəti, yuxulu gəzmək, bütün gün ərzində yatmaq istəmək;
• Daxili və xarici sensor hissiyatı qabiliyyətinin nəzərə çarpacaq qədər zəifləməsi; görmə, eşitmə, iybilmə, toxunaraq hissə etmə qabiliyyətlərinin pisləşməsi.
Peşəkar yanmanın sosial və psixoloji simptomlarına isə aşağıdakı xoşa gəlməz hisslər və reaksiyalar aiddir:
• Laqeydlik, darıxma, passivlik və depressiya (emosional tonusun aşağı düşməsi, düşkünlük, dalğınlıq hissi).
• Təkcə işdə deyil, həm də şəxsi həyatda arsızlıq və sərtlik;
• Ən adi, mənasız və əhəmiyyətsiz hadislərə qarşı belə, həddindən artıq qıcıqlanma:
• Tez-tez müşahidə olunan əsəb sarsıntıları ( səbəbsiz yerə qəzəb nümayişləri və ya ünsiyyətdən imtina, özünə qapanma, tərki dünyalıq);
• Daima mənfi əhval ruhiyyədə olma, neqativ emosiyalar, zahiri səbəblər olmadan əhvalın pisləşməsi, nigarançılıq (özünü günahlandırma, inciklik, küsəyənlik, hər şeyə şübhə ilə yanaşma, xəcalət, özünü əli-qolu bağlı hiss etmək, məyusluq: özünə inamsızlıq);
• Dərk olunmayan, aşkar səbəb olmadan nigarançılıq və həddindən artıq həyəcan, səksəkə (sanki «nə isə olacaq, nəsə yolunda getmir»kimi hislər);
• Hiper məsuliyyət hissi və daima keçəməyən qorxu hissi ki, «nəsə alınmayacaq» ya da insan «bunun öhdəsindən gəlməyəcək»
• Həyati və peşəkar perspektivlərə, gələcəyə ümumi neqativ köklənmə (məsələn, «Nə qədər çalışsan da, yenə də bir yerə çıxmaq olmur, elə yerində sayırsan»);
• Ailə, dostlar, həmkarlar tərəfindən kifayət qədər dəstək olmaması hissi;
• Səhv seçim edilməsinin dərki: yenilik hissindən olan sevinc və fərəh keçmişdir, indi böyümə və yetkinlik mərhələsidir, artıq təəssüflənmə və peşmançılıq mərhələsi başlayır. Əksər hallarda əməkdaşlar özləri etiraf edir ki: «mən bu mövqeni müzakirə etməyə hazıram, amma düzünə qalsa bu biznesdən getmək istərdim –yorulmuşam, düzü hər şeydən, bütün bunlardan bezmişəm».
Personal üzrə menecerlər realsistik olaraq başa düşürlər ki, bu emosional tükənmənin tamamı ilə müəyyən bir mərhələsinə uyğun gələn simptomlardır və artıq nəsə etmək, bir tədbir tökmək lazımdır. Yəni əməkdaşa kömək etmək üçün konkret fəaliyyətə keçmək lazımdır.
PEŞƏKAR YANMANIN DAVRANIŞ SIMPTOMLARINA ƏMƏKDAŞIN DAVRANIŞINDA MÜŞAHIDƏ OLUNAN AŞAĞIDAKI ƏMƏLLƏR DAXILDIR:
• işin getdikcə daha da ağır olması hissi, onu yerinə yetirilməsi isə günü-gündən çətinləşir;
• əməkdaş getdikcə iş gününün rejimini dəyişir, işə tez gələrək, hamıdan gec gedir, ya da tam əksinə, işə hamıdan sonra gəlib, hamıdan tez gedir;
• obyektiv səbəblər olmadan, yəni buna real ehtiyac olmadan işi evdə etmək üçün özü ilə götürür, lakin evdə də onu edə bilmir;
• rəhbər qərar qəbul etməkdən imtina edir, bunun səbəbini özünə və digərlərinə izah etmək üçün bəhanələr, bəraətlər fikirləşir;
• özünü yararsız, lazımsız hiss etmək, yaxşılaşmaya ümidin olmaması, işə qarşı münasibətdə ruh yüksəkliyinin aşağı düşməsi;
• əsas, prioritet məsələlərin yerinə yetirilməməsi, xırda detallarda, cüzi şeylərdə ilişib qalma, iş vaxtının böyük hissəsindən müəssisə tələblərinə və nizamnaməsinə uyğun olmayan şəkildə istifadə, dərk olunmayan və ya həyata keçirilməsi avtomatik hal almış elementar fəaliyyətlərə çox vaxt sərf etmək.
• spirtli içkilərdən sui-istifadə, gün ərzində çəkilmiş siqaretlərin sayının kəskin artması, narkotik vasitələrdən istifadə;
• problemin həlli üçün alternativ yolların axtarılmasına marağın azalması (işdə);
• işin formal olaraq yerinə yetirilməsi;
• fəallığın, aktivliyin azalması, asudə vaxta, hobbilərə maraq göstərməmə;
• işə görə sosial kontaktlara məhdudiyyət qoymaq;
həm evdə-ailədə, həm də digərləri ilə münasibətlərdə soyuqluq.
Müşahidə olunmuşdur ki, peşəkar yanmanın əlamətləri həm də yoluxucu ola bilər, yəni heç də mütləq deyil ki, ondan yalnız bir insan əziyyət çəksin. Belə bir qismət təkcə bir işçini deyil, həm də bütöv bir kollektivi yaxalaya bilər. Təşkilatların da peşəkar yanma halları nadir hadisə hesab olunmur, çünki bu halda təşkilatın əməkdaşlarının böyük əksəriyyəti fiziki və emosional gərginlikdən, tükənmədən əziyyət çəkə bilər, yəni onlar daxilən eyni simptomları yaşayır və oxşar davranış tərzi sərgiləyir. Bu zaman əməkdaşlar arasında şəxsi fərqlər asta-asta yoxa çıxır, bu ayrı-ayrı fərdlər getdikcə qeyri təbii şəkildə bir-birinə daha çox oxşayır və eyni olmağa başlayır, sanki bir simaya çevrilirlər. Insanlar pessimist olur, işdə müsbət dəyişikliklərə və hər şeyin yaxşılığa doğru düzələcəyinə inamları olmur, nəyi isə öz səyləri sayəsində dəyişə bilmək imkanın olduğuna da inanmırlar. Iş keyfiyyəti aşağı düşür, məntiqi səbəblərlə izah olunmayan istefa və qovulma halları müşahidə olunur (kadrların axmasında yüksək sürət). Loyallıq azalır, səmərəlilik itir, kollektivdə neqativ abı-hava hökm sürür.

Yüklə 28,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə