5
ÖN SÖZ
Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özünün
təkmil dövlətçilik fəlsəfəsində humanizm, sosial ədalət və insanpərvərlik prin-
siplərinə əsaslanmış, milli və bəşəri ideallara bağlı olmuşdur. Ulu Öndərimiz hər
bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin baş-
lıca vəzifəsi saymışdır. Azərbaycan xalqı bu gün məhz Ulu Öndərin dövlətçilik
ideallarına sədaqət nümayiş etdirərək nailiyyətlərini günbəgün zənginləşdirir.
Ulu Öndərin əsasını qoyduğu çoxşaxəli və effektli islahatlar kursu Prezi-
dent İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla, yeni dünya nizamının
tələblərinə uyğun tərzdə davam etdirilir. Dövlət başçısı Heydər Əliyev dühasın
dan, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsindən qədərincə
bəhrələnərək xalqımızı inamla xoşbəxt gə ləcəyə doğru aparır. İqtisadi inkişaf
yolu ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli mədəniy-
yətimizin qorunub inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin
qurulması, ölkə mi zin dünya birliyində layiqli yerini tutması baxımından möv-
cud siyasi kursun müstəsna əhəmiyyəti praktik surətdə təsdiqini tapır.
Müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin müəy yən ləşdirdiyi
inkişaf yolu ilə nurlu sabahına doğru sürətlə irəliləyir. Bu yolda geriyə boyla-
nan hər kəsin gözləri önündə Ulu Öndərin millət və xalq qarşısındakı misilsiz
xidmətləri canlanır. Bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin yeganə yolu
məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və Ulu Öndərin sağlı-
ğında həyata keçməyən ide yalarının ardıcıl surətdə gerçəkləşdirilməsidir. Ulu
Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş
təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir
qloballaşma dövründə, xüsusən aktualdır.
Heydər Əliyev Fondu hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndə-
rin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə təlqin edilməsi, onun
ölməz ideyalarının gerçəkləşdirilməsi prosesində ya xından iştirak etmişdir.
Fond geniş ictimaiyyətlə əlaqələri möh kəm ləndirməklə Azərbaycanın hərtərəfli
inkişafına, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli
töhfəsini verir.
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla
həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə bir çox insanların ümid
yerinə çevrilmişdir. Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevril-
miş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, prob-
lemlərinin operativ həllinə maddimənəvi dəstək verir. İnsanlara müxtəlif sə
6
viyyələrdə yardım gös tərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin
əxlaqimənəvi dəyərlərin möhkəmlənməsinə çalışır.
2004cü ildə UNESCOnun, 2006cı ildə isə İSESCOnun xoş məramlı sə
firi kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün
də vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var –
insanlara təmənnasız yaxşılıq etmək.
Fondun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, başqalarına
yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çev-
rilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prin-
sipi dayanmışdır.
Mehriban xanım Əliyeva hələ 1995ci ildə təsis etdiyi Azərbaycan Mədə-
niyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət
nümunələrinin xaricdə təbliğini dəstəkləməkdir.
Dünyanın nüfuzlu mədəniyyət qurumu – UNESCOnun Azərbaycanın bi
rinci xanımına göstərdiyi yüksək etimad təkcə bir fərdin deyil, ümumilikdə
respublikamızın uğuru olmaqla bərabər, həm də müasir dünyanın xalqımızın
milli mədəniyyətinə, folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək
diqqətin ifadəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqımızın
milli varlığını özündə yaşadan zəngin mənəvi, elmiintellektual və mədəni mül-
kiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün genişmiq-
yaslı işlər görmüşdür.
Heydər Əliyev Fondunun fəaliyyət prioritetləri sırasında elm və təhsilin
mühüm yer tutması qətiyyən təsadüfi deyil. Ulu Öndərin ideyalarını əldə rəh-
bər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond bir zamanlar vətənpər-
vər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək üçün
çətin və şərəfli missiyanı öz üzərinə götürmüşdür.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi la yi
hə ləri yüksək qiymətləndirən İSESCOnun rəhbəri Əbdüləziz bin Osman
əlTüveycri ilk qadın xoşməramlı səfir kimi Mehriban xanımın bu şərəfli mis-
siyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. Azər-
baycanın birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töh
fəsinə görə İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq
görülmüşdür.
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti
və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində hə
yata keçirilmişdir.