Fizika -1 (Mexanika, molekulyar, elektrik) Mexaniki hərəkət. Maddi nöqtə. Yol



Yüklə 1,29 Mb.
səhifə11/25
tarix17.12.2023
ölçüsü1,29 Mb.
#149949
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
Fizika-1-CAVAB-KOLL (1)

təzyiq, gh - hidravlik təzyiq, adlanır.
2 - isə dinamik təzyiq
2

Buradan görünür ki, tam təzyiq (maye hərəkət edərkən) sabit qalır
Şəkil 8.1

Axan maye daxilindəki təzyiq məlum olarsa, Pito borusu vasitəsilə mayenin axma sürətini təyin etmək olar (şəkil 8.1). Üfqi maye borusuna ( h1 h2 ) iki boru elə birləşdirilir ki, ikinci boruda maye hərəkətsiz qalır (2  0 ). Bu hala uyğun Bernulli tənliyi

 2
P 1P

(8.8)




olur və mayenin axın sürəti isə
1 2 2

1
(8.9)


düsturu vasitəsilə
P1
P2 -nin təcrübi qiymətlərinə əsasən təyin olunur.



  1. Molekulyar kinetik nəzəriyyənin əsas müddəaları. Molekulyar kinetik nəzəriyyənin əsas tənliyi


MKN əsas ideyaları qaz halında olan maddələr üzərində aparılan təcrübi nəticələr əsasında formalaşmışdır. Bu faktların bəzilərinə nəzər salaq.



  • Qazların yüksək sıxılma qabiliyyəti bərk və maye hallarına nisbətən onların molekullarının bir-birindən çox böyük məsafədə yerləşməsi ilə əlaqədardır.

  • Qazların miqdardan asılı olmadan yerləşdiyi qabın bütün həcmini tutması onun molekulları arasında qarşılıqlı təsirin zəif olmasını sübuta yetirir.

  • Qarışdırılan qazların və mayelərin asanlıqla birinin digərinə nüfuz etməsi (diffuziya hadisəsi) bir qazın molekullarının digər qazın «molekulları arasındakı boşluqlarda» hərəkət etdiyini nümayiş etdirir.

  • Qazın yerləşdiyi qabda yaratdığı təzyiq, onun molekullarının qabın divarına endirdiyi zərbələr hesabınaformalaşır. Qazın sıxlığının artması ilə təzyiqinin artması, qabın divarına zərbə endirən molekulların sayının artmasının göstəricisidir.

Broun hərəkəti – kiçik hissəciklərin maye və qazlarda xaotik trayektoriya üzrə hərəkəti ona molekullar tərəfindən endirilən zərbələrin assimmetriyası ilə əlaqədardır.
Bu təcrübi müşahidələr MKN üç əsas müddəasını formalaşdırmağa imkan yaratdı: 1.Bütün cisimlər ən kiçik maddə hissəciyi olan atom və ya molekullardan ibarətdir.

  1. Atom və molekullar dayanmadan hərəkət edirlər, bu hərəkət xaotik (qarma-qarışıq) xarakterlidir və istilik hərəkəti adlanır.

  2. Maddənin atom və molekulları qarşılıqlı təsirdədirlər. Molekullar arasında qarşılıqlı təsir molekulun tipindən və onlar arasında məsafədən asılıdır. Bu isə maddələrin müxtəlif aqreqat hallarının mövcudluğunu müəyyənləşdirir.

MKN əsasən qaz halında olan maddələrin xassələrini aydınlaşdırır. Qaz halında maddələrin molekulları arasında məsafə molekulların öz ölçülərinə nəzərən çox böyük olduğundan, molekullara qarşılıqlı təsirdə olmayan maddi nöqtələr kimi baxmaq olar. Molekulların məxsusi ölçüləri və aralarında qarşılıqlı təsir nəzərə alınmayan maddələr ideal qaz adlanır. Beləliklə, ideal qaz üçün molekulların potensial enerjisi və həcmi «0» götürülür

( Ep  0 ,
Vm  0 ). İdeal qazın molekulu 1 atomdan təşkil olunarsa, onun tam enerjisi yalnız


1
atomların irəliləmə hərəkətinin kinetik enerjiləri cəmindən ibarət olacaqdır. Xaotik hərəkət sürəti i , molekullarının sayı N olan ideal qazın enerjisi


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə