Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
3
.
Adi qırğın silahlarının tətbiqi zamanı yaranan zədələnmə ocağının 
xarakteristikası
 
 
Müasir qırğın silahları kütləvi qırğın silahından və adi qırğın vasitələrindən 
ibarətdir. 
Kütləvi qırğın silahları (nüvə, kimyəvi və bioloji), onların zədələyici amilləri və 
onlardan mühafizə qaydalarına kitabın əvvəlki paraqraflarında baxılmışdır. 
Adi qırğın vasitələrinin isə aşağıdakı növləri vardır: 
1. Təyyarədən tətbiq edilən döyüş sursatları: 
· təyyarədən atılan “Hava” - “Yer” raketləri. 
· təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton 
(zireh) dağıdan, həcmli partlayış və kassetli bombalar). 


2. Top - raket sistemləri 
Toplar 122, 130, 152 mm, mina atanlar 82, 160, 240 mm kalibrli olurlar. Onların 
təsir dairəsi 10-30 km olur. 
Yeni reaktiv-raket sistemləri 2 növdürlər: 
· “Qrad” qurğuları - 40 lüləli; 
· “Uraqan” - 16 lüləli. 
“Qrad” qurğuları raketlərinin başlıqları fuqaz-qəlpəli, “Uraqan” qurğularının 
başlıqları isə həm fuqas-qəlpəli və həm də kasset tipli olurlar. 
Top və raketlərin mərmiləri partladıqda insanları həm zərbə dalğası, həm də 
qəlpələri ilə zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq: 
A) Fuqas döyüş sursatlarından
- hərbi və mülki obyektləri, insanları zərbə 
dalğası və qəlpələrlə zədələmək üçün istifadə olunur. 
Partlayıcı maddənin (tropil, Qeksogen və onların qarışığı) ağırlığı 50-200 kqQ 
qədər olur. 
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla 
qıf şəkilli çuxur əmələ gətirir. Fuqas sursatı partlayarkən partlayış məhsullarının 
genişlənməsi və həmin mühitdə zərbə dalğasının yaranması müşahidə olunur. 
V) Kassetli döyüş sursatları 
Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli bombacıqlardan ibarətdir. 
Konteynerin içərisində yüz, min ədəd kiçik həcmli bombacıqlar olur. 
Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli 
bombacıqlar böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə o ərazidə 
əhalini məhv edirlər (zədələyirlər). Kassetləri qəlpəli, kürə formalı kumulyativ, 
yandırıcı bombalar ilə doldururlar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə