Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Sinir iflici ZM 
- kimyəvi strukturuna görə fosforlu-üzvi maddədir (FÜM). Belə 
maddələrə zarin, zoman və V - qazlar aiddir. 
Zarin və zoman rəngsiz (və ya sarımtıl) rəngli, səciyyəvi iyli mayelərdir; bunların 
xüsusi çəkisi vahiddən bir qədər artıqdır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, 
o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olunur, 
havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini 
maye damcıları zarin 8 saata, zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər. 
Zairanın buxarları havadan 4,77 dəfə, zomaninkı isə 6,33 dəfə ağırdır. Zairanın 
ikinci buludunun zədələyici təsiri 4-7 saatadək, sinir iflicedici ZM qrupuna aid 
digər maddələrinki isə onların bütün buxarlanması dövründə davam edir. 
Suaxmazlarda zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək 
qalır. 
V - qazı suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtkü materiallarında yaxşı həll 
olunan rəngsiz mayedir. Rezin - texniki məmulatlara və böyük lak örtüklə yaxşı 
hopur. 
Yavaş buxarlandırıcı üçün (20
0
S-də 10-3 mq/1) ərazidə uzun müddət qalır. V - 
qazının kimyəvi adı fosforiltioxolilərdir. 
V - qazları, zoman, zarin davamlı ZM-dir. 
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə adətən maye damcılarının 
dərinin səthinə düşməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffüs 
yollarından keçərkən baş verəcəkdir. 
Fosforlu zəhərli maddələrin konsentrasiyası 5·10-7 mq/1-dən az olan hallarda 5-6 
saat müddətində əleyhqazsız qalmaq mümkündür. 
Ümumzəhərləyici təsirli ZM 
- əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən 
vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir. 
Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir. 
Xlorsian - kəskin iyli, sudan ağır rəngsiz mayedir. 
13
0
S-də qaynayır, mənfi 7
0
S-də bərkiyir. 


20oS-də buxarların maksimal konsentrasiyası 3300 mq/1-dir. Suda məhdud 
miqdarda (7%), azotlu, üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı həll 
olunur. 
Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. 
Qıcıqlandırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası 0,0025 mq/1, 
güclü yaşaxma və bəbəklərin spazmasına səbəb olan dözülməz konsentrasiya 0,06 
mq/1-dir. Bundan artıq konsentrasiyalar sianid turşusunun təsirində olduğu kimi 
orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zəhərli 
maddədir. 
Sianid turşusundan - plastik kütlələrin istehsalı üçün lazım olan xlorsian, akrilnitril, 
amin turşuları, akrilatların əldə edilməsində, həmçinin kənd təsərrüfatı 
ziyanvericilərini məhv edən fumiqant maddəsi kimi, habelə qapalı binaların və 
nəqliyyat vasitələrinin təmizlənməsi üçün istifadə edilir. 
Sianid turşusu rəngsiz, şəffaf mayedir. Acı badam iyinə bənzər bihuşedici iyə 
malikdir. Ərimə temperaturu – 33 
0
S, qaynama temperaturu +25,7
0
S-dir. 
Sianid turşusu suda bütün nisbətlərlə qarışır, spirtdə, benzində və digər üzvi 
əridicilərdə həll olunur. Onun buxarları parçaların liflərində, məsaməli 
materiallarda, yeyinti məhsullarında, həmçinin kərpicdə, betonda, taxtada yaxşı 
absorbsiya olunur. 
Sianid turşusu - onun buxarları ilə nəfəs alarkən, dəri səthindən sorularaq və qida 
yolları ilə birbaşa daxilə keçərkən zəhərlənmələrə səbəb olur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə