Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Yandırıcı maddələri tətbiq edən vasitələr



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Yandırıcı maddələri tətbiq edən vasitələr 
Təyyarədən tətbiq edilən yandırıcı döyüş sursatları aşağıdakılardır: 
a) Kiçik ölçülü (kalibrli) döyüş sursatları termit və termit əsaslı maddələrlə 
doldurulur. 
b) Orta ölçülü (kalibrli) döyüş piroqellərlə doldurulur. 
v) Böyük ölçülü (kalibrli) döyüş sursatları napalm ilə doldurulur. 
Kiçik ölçülü (kalibrli) döyüş sursatları (4 kq-a qədər) - ağac tikililəri, anbar 
binalarını, dəmiryol stansiyalarını (qovşaqlarını) və başqa hədəfləri məhv etmək 
üçündür. Onlar 3-5 m radiusda yanğın ocaqları əmələ gətirirlər. Yandırıcı kütlənin 
yanma vaxtı 2-3 dəqiqə olur. 
Orta ölçülü yandırıcı döyüş sursatları yaşayır, sənaye binalarını, anbarları və s. 
obyektləri məhv etmək üçündür. Yandırıcı kütlənin yanma vaxtı 3-8 dəqiqə olur. 
Böyük ölçülü (kalibrli) yandırıcı döyüş sursatları (Bombalar 1000-4000 kq) əhalini 
məhv etmək, şəhərlərdə (yaşayış məntəqələrində) yanğınlar törətmək üçündür. 
Yanma müddəti 3-10 dəqiqə olur. 
Toplardan atılan yandırıcı döyüş sursatların (mərmilər, minalar) ağac binaları, 
yanacaq və sürtkü materialları anbarlarını, əhalini, təyyarələri, nəqliyyat 
vasitələrini məhv etmək üçündür. Bunlar ağ və plastik fosforla doldurulmuş 
minalardan ibarətdir. Bundan əlavə əhalini məhv etmək üçün içərisində yandırıcı 
maddələr olan qrad qurğularının mərmilərindən istifadə olunur. 
Yandırıcı maddələri tətbiq edən vasitələr 
a) Odsaçan AVS-M9-7 (ABŞ) 
b) Dördlüləli qumbaraatan M 202 
Bunlardan əlavə silahlı qüvvələrdə əldən (rans) və tankdan odsaçan silahlar 
mövcuddur. Əldən (rans) odsaçanların atəş məsafəsi 50-100 m-dir. 
Tankların atəş məsafəsi 180-230 m-dir. 


Bunlardan əlavə düşmən ordularında əl ilə atılan yandırıcı qumbaralar var. Onların 
atəş məsafəsi 40 m, silah vasitəsilə atıldıqda isə 150-200 m-dir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə