Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Brombenzilsianid
- acı babam iyli, rəngsiz, yaxud sarımtıl kristal maddədir. Suda 
demək olar ki, həll olunmur, üzvi əridicilərdə isə yaxşı həll olunur. Suda hidroliz 
olunmur, torpaqda bir ayadək qala bilər. Spirtin su məhlulunda natrium-sulfidlə 
reaksiyaya qoşularaq zəhərsiz maddəyə çevrilir. 
LSD
- rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridicilərdə yaxşı həll olunur. 
Bu maddənin duzları davamlı məhlullar yaratmaqla suda yaxşı həll olunurlar. 


Orqanizmə tənəffüs yolları ilə təsir edəcəyi daha çox ehtimal olunur. Mədə-
bağırsaq yolları ilə zəhərlənmə də mümkündür. 
Bi-zet
- suda həll olunmayan ağ kristal tozdur. Bi-tez orqanizmə tənəffüs və mədə-
bağırsaq yolları ilə keçir. 
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə və 
selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan 
istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və 
tətbiqi üsulları yerli şəraitdən, ZM-in xassələrindən və qarşıya qoyulmuş 
məqsəddən asılı olaraq müxtəlif ola bilər. 
Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, mayesi tökülə bilən təyyarə 
cihazlarında və müxtəlif tərtibatlarda ərazini zəhərlənmək üçün, damcı-maye 
halında zəhərlənmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə 
bilər. Zəhərləyici maddələr küləyin istiqamətində on kilometrlərlə məsafəyə yayıla 
bilən zəhərli bulud yaradır. 
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və mühafizə olunmayan 
adamın zədələndiyi vaxta müəyyən edilir. 
Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından 
asılıdır və ZM-in qramlarla miqdarının 1 m
2
səthə nisbəti ilə ifadə olunan 
zəhərlənmə sıxlığı ilə müəyyən edilir. 
ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin 
müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin 
xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca ZM daha 
tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri 
torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, 
yarğanlarda, dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. 


Kimyəvi zəhərlənmə ocağı - o əraziyə deyilir ki, orada kimyəvi silahın (ZM) təsiri 
nəticəsində buradakı ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş 
verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi 
miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən və 
yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya - ZM-lə 
bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci 
zonaya aid edilir. ZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və 
xüsusi resperatorlardan istifadə olunur. 
Yoxlama sualları: 
1.Kimyəvi silah nədir 
2.Kimyəvi silahın ən vacib xüsusiyyətləri hansılardır? 
3.Kimyəvi zədələnmə ocağı nədir? 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə