##Fakultənin adı: Coğrafiya və Çqh ##İxtisas: Coğrafiya


##num=7// level= 1// sumtest=35 // name= UŞAQ ORQANIZMIN BÖYÜMƏ VƏ INKIŞAFININ ÜMUMİ QANUNAUYĞUNLUQLARI. UŞAQLARIN SAĞLAMLIQ VƏZİYYƏTLƏRİ //



Yüklə 0,92 Mb.
səhifə6/14
tarix23.01.2018
ölçüsü0,92 Mb.
#22337
1   2   3   4   5   6   7   8   9   ...   14

##num=7// level= 1// sumtest=35 // name= UŞAQ ORQANIZMIN BÖYÜMƏ VƏ INKIŞAFININ ÜMUMİ QANUNAUYĞUNLUQLARI. UŞAQLARIN SAĞLAMLIQ VƏZİYYƏTLƏRİ //


1. Retardasiya prosesinin səbəbləri:

A) Xəstəlik, qidalanma qüsurları

B) İqtisadi böhran, rəqabət

C) Fövqəladə hallar

D) Dərman və iqlim

E) Epidemiyalar

2. Uşaqlarda onurğa sütununun formalaşması zamanı skeletin hansı hissələrinə xüsusi fikir verilməlidir?

A) Boyun, döş və bel əyriliklərinə

B) Döş qəfəsinin ayri - ayri tipinə

C) Ətrafların uzanmasına

D) Çanağın formalaşmasına

E) Çiyin qurşağının sümükləşməsinə

3. Sümükləşmə prosesi hansı hallarda normadan tez baş verir?

A) Akselerasiya zamanı

B) Redardasiya zamanı

C) İnteqrasiya zamanı

D) Stimulyasiya zamanı

E) Stabilizasiya zamanı

4. 7 yaşdan sonra uşaqlarda onurğanın hansı əyriliyi sabit forma alır?

A) Boyun əyriliyi

B) Bel əyriliyi

C) Arxa əyriyliyi

D) Yana olan əyrilik

E) Önə olan əyrilik

5. Uşaqların fiziki inkişafını qiymətləndirmək üçün hansı somatometrik göstəriciləri bilmək vacibdir?

A) Boy ölçüsünü, bədən çəkisini

B) Ağ ciyərlərin həyat tutumunu, boy ölçüsünü

C) Əzələ relyefini və əzələ gücünü

D) Bədən çəkisini və əzələ gücünü

E) Döş qəfəsinin forması və ölçüsünü

6. Müasir dövrdə uşaqların inkişafının tezliyi hansı proseslə xarakterizə olunur?

A) Akselerasiya

B) Stabilizasiya

C) Relaksasiya

D) Regenerasiya

E) Assimilyasiya

7. Kiçik yaşlı uşaqlarda tənəffüs üzvlırinin toxumalarını xarakterizə etməyən ifadəni seçin

A) Tənəffüs toxumaları tam inkişaf etmiş olur

B) Tənəffüs toxumaları zərifdir

C) Tənəffüs toxumaları çox tez zədələnir

D) Tənəffüs toxumaları qan damarları ilə zəngindir

E) Tənəffüs toxumaları limfa damarları ilə zəngindir

8. Uşaqlarda nə vaxt fizioloji bel əyriliyi formalaşır?

A) 9 - 12 ayında

B) 8 ayında

C) 6 - 9 ayında

D) 6 ayında

E) 3 ayında

9. Ilk əvvəl skelet hansı toxumadan ibarət olur?

A) Qığırdaq

B) Sümük

C) Epiteliy

D) Qarışıq

E) Əzələ

10. Neçə yaşlarda fəqərələrin tam sümükləşməsi başa çatır?

A) 20 - 22

B) 14 - 16

C) 12 - 14

D) 7 - 12

E) 22 - 25

11. Fəaliyyət zamanı bədənin vəziyyəti uzun müddət düzgün olmadıqda nə baş verir?

A) Onurğanın patoloji əyilmələri

B) Çanagın patoloji deformasiyası

C) Görmə qabiliyyətinin patologiyası

D) Onurganın fizioloji əyrilikləri

E) Ayaqların əyilməsi

12. Skolioz nədir?

A) Onurğa sütununun yana əyilməsi

B) Onurğa sütununun sağa əyilməsi

C) Onurğa sütununun sola əyilməsi

D) Onurğa sütununun önə əyilməsi

E) Onurğa sütununun arxaya əyilməsi

13. Lordoz nədir?

A) Onurğa sütununun önə əyilməsi

B) Onurğa sütununun yana əyilməsi

C) Onurğa sütununun sağa əyilməsi

D) Onurğa sütununun sola əyilməsi

E) Onurğa sütununun arxaya əyilməsi

14. Kifoz nədir?

A) Onurğa sütununun arxaya əyilməsi

B) Onurğa sütununun yana əyilməsi

C) Onurğa sütununun sağa əyilməsi

D) Onurğa sütununun sola əyilməsi

E) Onurğa sütununun önə əyilməsi

15. Onurğa sütununun arxaya əyilməsi nəticəsində baş verən bel əyriliyi necə adlanır?

A) Kifoz

B) Lordoz

C) Skolioz

D) Osteoporoz

E) Silikatoz

16. Onurğa sütununun önə əyilməsi nəticəsində baş verən bel əyriliyi necə adlanır?

A) Lordoz

B) Kifoz

C) Skolioz

D) Osteoporoz

E) Silikatoz

17. Uşaqların ürəklərində yeniyetməlik keçid dövründə baş verən dəyişikliklərə hansı aid deyil?

A) Ürək vurğuları itir

B) Ürək fəaliyyəti zəifləyir

C) Ürək döyünmələri zəifləyir

D) Dəri müəyyən hissələrdə qızarır

E) Bəzi yerlərdə dəri ağarır

18. Bir yaşlı uşaqda 1 dəqiqə ərzində normal nəbzin sayı nə gədər olur?

A) 120

B) 100

C) 160

D) 60

E) 90

19. 7 yaslı uşağın 1 dəqiqə ərzində nəbzin sayı nə gədər olur?

A) 90

B) 110

C) 75

D) 86

E) 60

20. Hansı səbəbdən uşaqları burunla nəfəs almağa alışdırmaq lazımdır?

A) Hava qızsın və təmizlənsin deyə

B) Hava bədən şəraitinə uyğunlaşsın deyə

C) Uşaq az danışsın deyə

D) Beyin yaxşı inkişaf etsin deyə

E) Tənəffüs yolları genişlənsin deyə

21. Mahnı oxumaq, açıq havada oynamaq, idmanla məşqul olmaq uşaq orqanizmin tənəffüs sisteminə nə cür təsir göstərir?

A) Tənəffüsü müntəzəm və dərin edir

B) Tənəffüsü aramlı və dərin edir

C) Tənəffüsü asta və səthi edir

D) Tənəffüsü möhkəm və səsli edir

E) Tənəffüsü seyrək və zəif edir

22. Aşağıdakı göstəricilərdən hansı orqanizmin morfo - funksional statusunun qiymətləndirməsində istifadə edilmir?

A) Fizioskopik

B) Somatometrik

C) Fiziometrik

D) Antropometrik

E) Somatoskopik

23. Qalen orqanizmin hansı hallarda olmasını göstərirdi?

A) Sağlam, xəstə və keçid hall

B) Sağlam, yarı sağlam, xəstə, tam xəstə

C) Sağlam, xəstə, nə sağlam nə də xəstə

D) Tam sağlam, yarı sağlam, xəstə, tam xəstə

E) Sağlamlıq, xəstəlik, azar

24. Hansı sağlamlıq qrupuna kompensasiya vəziyyətində olan uşaqlar aiddir?

A) III - cü

B) I - ci

C) II - ci

D) IV - cü

E) V - ci

25. Həkimin xüsusi diqqətini tələb edən və sağlamlaşdırıcı tədbirlərin aparılmasına ehtiyac duyan uşaqların daxil olduğu sağlamlıq qrupu hansıdır?

A) Sağlam, enmiş müqavimətlə olanlar

B) Sağlam, pozğuntusuz olanlar

C) Dekompensasiya vəziyyətində olanlar

D) Kompensasiya vəziyyətində olanlar

E) Subkompensasiya vəziyyətində olanlar

26. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin müsbət və ya mənfi tərəfə dəyişməsini bilmək üçün müqaisədə hansı göstərici götürülməlidir?

A) Ötən ilin göstəriciləri

B) Xəstələnmələrin faizi

C) Analitik orta rəqəmlər

D) Respublika üzrə göstəricilər

E) 10 il bundan əvvəlki göstəricilər

27. Uşaq və yeniyetmə yaşında xəstəliklərin müraciətlər üzrə dərəcə bölğüsünə görə III - cü yerdə hansı xəstəliklər durur?

A) Həzm və hiss üzvlərinin xəstəlikləri

B) Yoluxucu və allerqik tənəffüs üzvləri xəstəlikləri

C) Bədbaxt hadisələr, zəhərlənmələr və zədələnmələr

D) Sinir və hiss üzvlərinin xəstəlikləri

E) Qan - damar sisteminin xəstəlikləri

28. Hansı həkimlərin iştirakı üçüncü, dördüncü və beşinci sağlamlıq qruplarına aid uşaqların dispanserizasiyasında məcburidir?

A) Müxtəlif ixtisaslı həkimlərin

B) Həkim oftalmoloqun

C) Baş həkimin və pediatrın

D) Cərrah həkiminin

E) Həkim nevropatoloqun

29. Böyüyən orqanizmin inkişaf və sağlamlığına təsir göstərən əlverişli amillərə hansı aid deyil?

A) Hərəkət fəallığının azlığı

B) Bədənin möhkəmləndirilməsi

C) Səmərəli gün rejimi

D) Tarazlaşdırılmış qidalanma

E) Sağlam gigiyenik vərdişlər

30. Böyüyən orqanizmin inkişaf və sağlamlıq vəziyyətinə hansı amillər təsir göstərir?

A) Əlverişli və qeyri - əlverişli

B) Xeyirli və zərərli

C) Sağlamlaşdırıcı və xəstələndirici

D) Təsirli və təsirsiz

E) Mənfi və müsbət

31. Konkret vaxt ərzində müəyyən ərazi əhalisi arasında bütün xəstəliklərin yayılması necə adlanır?

A) Ümumi xəstələnmə

B) Xəstəlik əmsalı

C) Xroniki xəstələnmə

D) Sağlamlıq əmsalı

E) Epidemik vəziyyət

32. Uşaqlar arasında yayılan xroniki xəstəliklərə hansı xəstəlik aid deyil?

A) Kəskin bronxit

B) Xroniki tonzilit

C) Sinir - psixi pozğuntular

D) Miopiya

E) Patoloji bel əyrilikləri

33. Ikinci sağlamlıq qrupuna daxil olan uşaqlar arasında aparılan kompleks sağlamlaşdırıcı tədbirlərə aid olmayanı seçin:

A) Hər hansı fəaliyyətin məhdudlaşdırılması

B) Səmərəli gün rejiminə riayyət edilməsi

C) Qidanın əlavə vitaminləşdirilməsi

D) Təbii amillərin təsirinə öyrəşdirilməsi

E) Hərəkət fəallığı

34. Hansı göstərici uşaqlarin sağlamlıq vəziyyətini öyrəndikdə istifadə olunmur?

A) Fiziki inkişafdan geridə qalmış uşaqların sayı

B) Xroniki xəstələnmələrin yayılması və strukturu

C) Əqli və fiziki inkişafında çatmamazlığı olan uşaqların faizı

D) Sağlamlıq qrupları üzrə bölgü

E) Ümumi və yoluxucu xəstələnmələrin sayı

35. Neçə sağlamlıq qrupu var?

A) 5

B) 2

C) 4

D) 3

E) 6

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə