##Fakultənin adı: Coğrafiya və Çqh ##İxtisas: Coğrafiya


##num=10// level= 1// sumtest=50 // name= Ölkələrin öyrədilmə metodikası. Xəzərin rekreasiya ehtiyatları //



Yüklə 0,92 Mb.
səhifə9/14
tarix23.01.2018
ölçüsü0,92 Mb.
#22337
1   ...   6   7   8   9   10   11   12   13   14

##num=10// level= 1// sumtest=50 // name= Ölkələrin öyrədilmə metodikası. Xəzərin rekreasiya ehtiyatları //


1. Tipik planlardan coğrafiyanın tədrisində hansı məsələlərin öyrənilməsində istifadə edilir:

A) coğrafi obyektlərin, materiklərin xarakteristikası zamanı

B) riyazi hesablamalar aparılarkən

C) statistik materiallarla işləyərkən

D) coğrafi koordinatların öyrənilməsi zamanı

E) horizontallar və berqştrixlər öyrənilərkən

2. Coğrafiya dərslərində riyazi hesbalamalar aparılması hansı məqsədə xidmət edir:

A) müxtəlif coğrafi hadisə və proseslərin sübutluluğuna və möhkəmləndirilməsinə

B) xəritədə coğrafi adların öyrənilməsinə

C) əyan i vəsaitlərlə işləmək bacarıqlarına

D) sinifdənxaric işlərin yaxşılaşdırılmasına

E) dərslik üzərində işin aparılmasına

3. Coğrafiyanın tədrisi metodikası hansı hissələrdən ibarətdir:

A) ümumi və xüsusi

B) ümumi və regional

C) fiziki və iqtisadi

D) iqtisadi və sosial

E) regional və ölkəşünaslıq

4. Coğrafiyanın tədrisinin xüsusi hissəsində hansı məşğələlər öyrənilir:

A) ayrı - ayrı coğrafiya kurslarının tədrisi metodikası

B) təlimin əsas təşkilat formaları

C) məktəb coğrafiyasının məqsəd və vəzifələri, məzmunu

D) məktəb coğrafiyasının tarixi

E) təlim metodlarının təsnifatı

5. Coğrafiyanın tədrisi metodikasının tədqiqatlarında müşahidə metodunun hansı növləri var:

A) birbaşa və dolayı

B) müstəqil və praktik

C) əyani və abstrakt

D) təbii və laborator

E) evrestik və katexizis

6. Xəzər sahilində əsas istirahət mərkəzləri:

A) Abşeron, Lənkəran

B) Bakı, Mil

C) Abşeron, Şirvan

D) Pirallahı, Muğan

E) Nabran, Aran

7. Hansı neft və qaz kəmərləri uyğun olaraq təhlükəli hesab olunur.

A) Bakı - Novorossiysk, Mozdok - Qazməmməd

B) Bakı - Supsa, Şahdəniz - Ərzurum

C) Tengiz - Atırau, Mazdok - Qazməmməd

D) Prorva - Gülsarı, Mozdok - Qazməmmməd

E) Bakı - Novorossiysk, Prorva - Gülsarı

8. Xəzər sahilində əsas istirahət mərkəzləri:

A) Həsənqulu, Elburus ətəkləri

B) Pirallahı, Xərə - Zirə

C) Zənbil, Pirallahı

D) Manqistau, Kürdili

E) Xərə - Zirə, Böyük Zirə

9. Xəzərətrafı əsas qoruqlar:

A) Hirkan meşələri, Həsənqulu qoruğu

B) Hirkan meşələri, Pirqulu qoruğu

C) Pirqulu qoruğu, Ağgöl qoruğu

D) Türyançay qoruğu, Ağgöl qoruğu

E) Hirkan qoruğu, Qızılağac qoruğu

10. TRACECA beynəlxalq dəhlizi üzrə yük daşınmalarının intensiv artımı hansı limanların hesabına mümkün olmuşdur.

A) Bakı, Türkmənbaşı, Aktau.

B) Mahaçqala, Atırau, Bakı

C) Ənzəli, Həştərxan, Aktau

D) Türkmənbaşı, Ənzəli, Həştərxan

E) Bakı, Həştərxan, Atırau

11. Coğrafiyanın tədrisi metodikasının tədqiqatlarında pedaqoji eksperimentin hansı formalarından istifadə edilir:

A) təbii və laborator

B) müstəqil və praktik

C) əyani və abstrakt

D) birbaşa və dolayı

E) evrestik və katexizis

12. Coğrafiyanın təlimində söz metodunun hansı növləri var:

A) şifahi şərh, müsahibə, mühazirə, ucadan oxu

B) mühazirə, müsahibə, müşahidə

C) xəritə ilə iş, dərsliklə iş, qrafik işlər

D) riyazi hesablama, nağıletmə, izahat

E) izahat, müstəqil iş, qlobusla iş

13. Coğrafiya dərslərində “Plan və xəritə” bölməsinin tədrisində istifadə edilən cihazlar hansılardır:

A) nivelir, kompas, teodolit

B) barometr, hiqrometr, flüger

C) anomometr, oxolot, kompas

D) hiqrometr, kompas, teodolit

E) flüger, nivelir, barometr

14. Coğrafiya dərslərində “Atmosfer” bölməsinin tədrisində istifadə edilən cihazlar hansılardır:

A) barometr, hiqrometr, flüger

B) flüger, nivelir, barometr

C) hiqrometr, qara qlobus, tellurt

D) kompas, oxolot, termometr

E) nivelir, kompas, teodolit

15. “Plan və xəritə” bölməsində hansı mövzular üzrə riyazi hesablama çalışmaları verilir:

A) cəhət təyini, coğrafi koordinatlar, miqyas

B) miqyas, su sərfi, horizontallar

C) üfüqün cəhəti, təzyiq və temperaturun dəyişməsi

D) nisbi rütubət, azimut, miqyas

E) coğrafi korrdinatlar, rütubət əmsalı, miqyas

16. Duz ehtiyatı 50 milyard tondan artıq olan körfəz:

A) Qaraboğazqol körfəzi

B) Masazır gölü

C) Qızılağac

D) Mangistau

E) Bakı

17. Qaraboğazqol körfəzinin duz ehtiyatı necə paylanmışdır:

A) 70% - dibində 30% - üstündə

B) 60% - dibində, 50% - üstündə

C) 20% - dibində, 70% - üstündə

D) 0% - dibində, 50% - üstündə

E) 50% - dibində, 20% - üstündə

18. Körfəzdə olan duzlar tərkibinə görə necə fərqlənir:

A) kalium sulfat, mirabilit, bismut

B) kalsium nitrat, bişebit, molibden

C) natrium sulfat, mirabilit, hidrogen

D) natrium karbohidronat, bişebit

E) kalium sulfat, kalsium, nitrat

19. Xəzər dənizi ərazisindəki formalaşan dəniz ƏİK - ləri:

A) neft - qaz, balıqçılıq

B) quşçuluq, balıqçılıq

C) fermer təsərrüfatı, balıqçılıq

D) maldarlıq, balıqçılıq

E) neft - qaz, maldarlıq

20. Xəzərin İran sahilində fəaliyyət göstərən limanları hansılardır.

A) Ənzəli, Nouşehr

B) Həştərxan, Olya

C) Neka, Aktau

D) Nouşehr, Həştərxan

E) Mahaçqala, Neka

21. “Atmosfer” bölməsinin tədrisində hansı mövzular üzrə riyazi hesablama çalışmalarından istifadə edilə bilər:

A) rütubətlilik, temperatur və təzyiqin dəyişməsi

B) su sərfi, dərinliyin ölçülməsi, nisbi hündürlüyü

C) azimut, miqyas, nisbi rütubətlik

D) rütubət əmsalı, horizontallar, izotermlər

E) saat qurşaqları, horizontallar, düşmə və meyillik

22. Coğrafiyanın tədrisi metodikasının tədqiq etdiyi problemi hansılardır:

A) məktəb coğrafiyasının məzmunu, təlim - tərbiyə vəzifələri, müəllimin öyrədici fəaliyyəti şagirdlərin öyrənməsi

B) məktəb coğrafiyasının məzmunu, tətbiq olunan metodların seçilməsi, coğrafiya dərsinin pedaqoji və psixoloji təhlili

C) məktəb coğrafiyasının məzmunu, təlim - tərbiyə prosesinin qanunauyğunluqları

D) məktəb coğrafiyasının təhsil - tərbiyə vəzifələri. Təlim prinsipləri və öyrətmə yolları

E) məktəb coğrafiyasının məzmunu: təlim - tərbiyə qanunları, coğrafiya proqramları

23. Coğrafiya dərslərində müsahibə metodunun formaları:

A) katexizis, evrestik

B) katexizis, şərhedici

C) katexizis, ümumiləşdirici

D) katexizis, aydınlaşdırıcı

E) katexizis, giriş

24. Coğrafiya dərslərində tətbiq olunan müsahibə növünü göstər:

A) giriş müsahibə, şərhedici və ümumiləşdiric

B) yeni bilik verən, fərdi müsahibə araşdırıcı

C) katexizis, fərdi, yekunlaşdırıcı

D) evrestik, katexizis, yeni bilik verən

E) giriş müsahibəsi, evrestik fərdi müsahibə

25. Kartoqrafik tədqiqat metodlarını təyin edin:

A) vizual təhlili, qrafiki və kartoqrafik üsullar

B) vizual təhlil, şərti işarənin oxunması. Tutuşdurma

C) vizual təhlil, tutuşdurma və müqayisə üsulları

D) vizual təhlil, kartoqrafik üsul, şərti işarələrin oxunması

E) vizual, şərti işarələrin oxunması, müqayisə üsulları

26. Xəzər dənizinin sahilində qoruqların yaradımasında məqsəd:

A) Xəzərdəki quş və balıq növlərinin qorunması

B) Xəzərdə olan neft yataqlarının qorunması

C) Xəzərin sahilində olna çimrəliklərin qorunması

D) Xəzərin sahilindəki meşə zolaqlarının qorunması

E) Xəzərin sahilindəki qum təpələri və qayalıqların qorunması

27. Xəzər dənzinin Azərbaycan sahil zonası neçə km - i kurort - sanatoriya kopmleksinin yaradılması üçün yararlıdır:

A) 680 km - i

B) 820 km - i

C) 520 km - i

D) 430 km - i

E) 80 km - i

28. Okean üçün xarakterik olan suitinin Xəzərdə yaşaması izah olunur:

A) Keçmişdə Xəzərin okeanla əlaqəsinin olması

B) Təkamül nəticəsində başqa canlılardan törəməsi

C) Volqa - Don kanalı vasitəsilə gəlməsi

D) Suitinin bütün axarsız göllərdə yaşaması

E) Xəzərin şorsulu ən böyük göl olması

29. Xəzər dənizi sahillərində üstünlük təşkil edən landşaftlar:

A) Səhra və yarımsəhralar

B) Enliyarpaqlı meşələr

C) Qarışıq meşələr

D) Meşələr və meşə - çöllər

E) Savannalar

30. Xəzərin səviyyəsinin qalxmasına təsir edən əsas amillər:

1 - şimaldan cənuba böyük uzunluğa malik olması

2 - dənizin dibində baş verən tektonik proseslər

3 - coğrfai mövqeyi

4 - son illərdə iqlimin dəyişməsi

5 - insanın təsərrüfat fəaliyyəti

6 - duzluluğun qeyri - bərabər paylanması

A) 2, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 3

E) 4, 5, 6

31. Dərslik üzərində işin formalarını göstər:

A) mətnin oxunması, sual və çalışmalar üzərində iş, şəkillər üzərində iş və s.

B) mətnin oxunması, illüstrasiya materialları üzərində iş, sual və çalışmalarla iş, xəritələrin oxunması və s.

C) mətnin oxunması, şəkillər üzərində iş, xəritələrin tutuşdurulması, rəqəmlərlə iş

D) mətnin oxunması, sual və çalışmalar üzərində iş, profilin tərtibi, blok - diaqramların qurulması

E) mətnin oxunması, sual və çalışmalarla iş, kartometrik üsullar tətbiqi, müşahidələrin aparılması

32. Tədris işi priyomları nədir:

A) yeni bilik əldə etmək üçün müəyyən ardıcıllıqla həyata keçirilən əməliyyatlar sistemidir

B) müəllimin metodik işidir

C) şagirdlərin fəaliyyətinin təşkili yoludur

D) bilik və bacarıqların formalaşdırılması üsuludur

E) mətn üzərində aparılan metodiki işin məcmuyudur

33. Coğrafiyadan əsas dərs tipləri hansı sırada düzgündür:

A) giriş, yeni bilik verən, biliklərin yoxlanılmış bilik, bacarıq və vərdişlərin tətbiq edən, mürəkkəb və təkrar dərs tipləri

B) giriş, biliklərin yoxlanılması, ev tapşırıqlarının yoxlanılması, təkrar bilik, bacarıqların formalaşdıran kombinə edilmiş dərs

C) giriş, keçmiş biliyin yoxlanması, frontal sorğu, təkrar, bilik, bacarıq və vərdişlərin tətbiqi kombinə edilmiş dərs tipləri

D) giriş, sinifin təşkili, təkrar mürəkkəb dərs, biliklərin qiymətləndirilməsi

E) giriş, təkrar biliyin qiymətlənmədirilməsi, mürəkkəb dərs tipləri

34. Qlobus üzərində aparılan metodiki işləri göstər:

A) ekvator, meridian, paralel və dərəcə toru, yerin forması, coğrafi enlik və uzunluq haqqında bilik vermək

B) ekvator, meridian, paralel, yerin forma və ölçüləri, miqyasa və dərəcəyə əsasən məsafə keçməyi öyrətmək

C) ekvator, meridian, paralel en və uzunluq dairəsi, yerin forması haqqında bilik vermək, günəşin düşmə bucağın və azimut ölçmək

D) ekvatoq, meridian, paralel, yerin forması, miqyasa və dərəcələrlə ölçmək, proyeksiya tərtib etmək.

E) ekvator, meridian, paralel, dərəcə toru, yerin forması anlayışlarını formalaşdırmaq və miqyası öyrənmək

35. Şagirdlərin dərketmə fəaliyyətinə xarakterinə görə təlim metodlarının təsnifatı:

A) izahlı əyani, reproduktiv, problemli şərh, tədqiqat metodları

B) reproduktiv, əyani vasitələrdən istifadə, səbəb - nəticə əlaqələri, tədqiqat

C) tədqiqat, söz metodları, problemli şərh, texniki vasitələr

D) izahlı əyani, səbəb - nəticə, diyarşünaslıq prinsipi, xəritə ilə iş metodları

E) problemli şərh, izahlı, əyani texniki vasitələrdən istifadə

36. Xəzərin səviyyəsinin qalxmasının Azərbaycanda yaratdığı problemlər:

1 - torpaqların su altında qalması

2 - suvarma işlərinin çətinləşməsi

3 - istehsal və sosial obyektlərin su altında qalması

4 - dəniz nəqliyyatının fəaliyyətinin çətinləşməsi

5 - qurunt sularının səviyyəsinin qalxması

A) 1, 3, 5

B) 1, 3, 4

C) 1, 2, 4

D) 2, 3, 4

E) 3, 4, 5

37. Xəzər dənizinin Azərbaycan hissəsində xarici şirkətlərlə birgə hasil edilən neftin ixrac edildiyi boru kəməri:

A) Bakı - Novorossiysk

B) Bakı –Türkmənbaşı

C) Bakı - Ənzəli

D) Bakı - Həştərxan

E) Bakı - Aktau

38. Xəzər dənizinə aid olmayan əlamətlər:

1 - Duzluluğu Dünya okeanının duzluluğundan yüksəkdir

2 - Səviyyəsi çox dəyişkəndir

3 - çayların gətirdiyi suyun böyük əksəriyyətini Volqa veriri

4 - Cənub hissəsi qışda buz bağlayır

5 - Cənubda və şərqdə daha çox bolsulu çaylar tökülür

6 - Neft - qaz ehtiyatları ilə zəngindir

A) 1, 4, 5

B) 1, 2, 4

C) 1, 3, 4

D) 3, 4, 6

E) 5, 4, 6

39. Respublikamızın təbii şəraitinin və təsərrüfatının formalaşmasına Xəzər dənizinin təsiri:

1 - Suvarma əkinçiliyinin inkişaf etdirilməsinə şərait yaradır

2 - İqliminə yumşaldıcı təsir göstərir

3 - tropik hava kütlələrinin qarşısını alır

4 - Müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsinə imkan yaradır

5 - Dağəmələgəlmə prosesini gücləndirir

6 - Nəqliyyat və ticarət əlaqlərini genişləndirməyə əlverişli şərait yaradır

A) 2, 4, 6

B) 1, 3, 4

C) 1, 5, 6

D) 3, 5, 6

E) 2, 4, 5

40. Xəzərdə qiymətli balıq növlərinin Azərbaycan sahillərində daha çox olmasının səbəbi:

A) Xəzərə tökülən çayların çoxluğu

B) sahillərində güclü külək dalğalarının olması

C) suyunun temperaturunun və duzluluğunun çox olması

D) Qabarma və çəkilmələrin müşahidə olunması

E) Suyun temperaturunun aşağı, duzluluğun isə çox olması

41. Problemli təlimin əsas anlayışları hansı sırada doğrudur:

A) problemli şərait, problem, fərziyyə, problemin həlli yolları

B) problemli şərait, problem, fərziyyə, tədqiqat metodları

C) problemli dərs, mövzunun öyrədilməsi, fərziyyə, problemin həlli

D) fərziyyə, problemin həlli, dərsin mövzusu, analiz

E) dərsin mövzusu, problemin təhlili, problemli şərait, analiz

42. Coğrafiya dərsinin optimal quruluşu hansı sırada doğru verilmişdir:

A) dərsin təşkili, frontal sorğu, keçmiş biliklərin sorğusu, biliklər arasında əlaqə yaratmaq, yeni biliyin izahı, biliklərin möhkəmləndirmək, şagirdləri qiymətləndirmək, evə tapşırıq. Nəticə

B) dərsin təşkili, yeni biliyin izahı, keçmiş biliyin yoxlanması, biliklər arasında əlaqə yaratmaq, nəticə

C) sinifi işçi vəziyyətə gətirmək, keçmiş biliyin sorğusu, yeni biliklə keçirilmsəi, keçmiş və yeni biliklər arasında əlaqələrin yaradılması. Nəticə

D) dərsin təşkili, frontal sərgi, keçmiş biliyin sorğusu, yeni biliyin izahı, biliklərin qiymətləndirilməsi, nəticə

E) dərsin təşkili, keçmiş biliklərin sorğusu, biliklər arasında əlaqə, yeni biliyin keçirilməsi, biliklərin möhkəmləndirmək, praktiki iş təşkili, qiymətləndirmək, ev tapşırıqlarının verilməsi. Nəticə.

43. Sinifdənxaric işin əsas formaları hansı sırada doğrudur:

A) dərnək, sinifdənxaric oxu konfrans, coğrafiya gecəsi, viktorinalar, olimpiadalar və s.

B) dərnək, sinifdənxaric oxu, konfrans, coğrafiya gecəsi, viktorina planaalma və s.

C) dərnək, sinifdənxaric oxu, konfrans, coğrafiya gecəsi, viktorinalar, coğrafiya meydançalarında iş və s.

D) dərnəklər, sinifdənxaric oxu, konfrans, coğrafiya gecələri, kitabxanada oxu, olimpiada, fakültətiv dərs və s.

E) dərnək, sinifdənxaric oxu, dərsliklə iş, olimpiadalar, viktorinalar, coğrafiya meydançasında iş və s.

44. Cənubi Amerikanın tədrisində tətbiq olunan əsas təlim metodlarını seçin.

1 – xəritə və atlas üzərində iş

2 – coğrafiya meydançasında iş

3 – tipik plandan istifadə

4 – diyarşünaslıq prinsipinin tətbiqi

5 – praktik və müstəqil işlərin aparılması

6 – dərslik üzərində iş

7 – təcrübələrin aparılması

8 – müşahidə metodu

A) 1, 3, 5, 6

B) 2, 4, 5, 8

C) 1, 2, 4, 6, 8

D) 3, 4, 6, 7, 8

E) 2, 4, 6, 7, 8

45. Məktəb coğrafiya kurslarının məzmununda nəzəri biliklər sisteminə aiddir :

A) nəzəriyyə, qanunauyğunluq

B) faktlar və təsəvvürlər

C) müşahidə və təcrübələr

D) praktik və müstəqil işlər

E) səbəb - nəticə

46. Xəzər dənizinin müasir problemləri:

A) səviyyə təddüdü, ekoloji, bioloji

B) səviyyə tərddüdü, suyun şorlaşması, bioloji

C) səviyyənin qalxması, quruma təhlükəsi, mineral resurslardan istifadə

D) buxarlanmanın artması, səviyyənin qalxması, ekoloji

E) səviyyənin qalxması, dənizin dibinin qalxması və sahil xəttinin dəyişməsi

47. Xəzərin nisbətən az rekreasiya ehtiyatlarına malik olan sahil zonaları:

A) Abşeronun şimal və cənub sahilləri

B) Nabran - Yalama, Zarat - Giləzi

C) Abşeronun şimal sahilləri. Lənkəran

D) Cənub - Şərqi Şirvan, Qızılağac körfəzi

E) Zarat - Giləzi, Lənkəran

48. Xəzərdə Azərbaycan sektorunda olan neft yataqları:

A) Azəri, Çıraq

B) Bahar, Babazənən

C) Mişovdağ, Şahdəniz

D) Günəşli, Gürgan

E) Suraxanı, Binəqədi

49. Xəzər dənizinin sahilində yerləşən şəhərləri qeyd edin:

A) Lənkəran, Rəşt. Həştərxan, Dərbənd

B) Sumqayıt, Bakı, Aktau, Poti

C) Türkmənbaşı, Bakı, Rəşt, Axalkalaki

D) Həştərxan, Bakı. Lənkəran, Biləsuvar

E) Dərbənd, Poti, Axalkalaki, Lənkəran

50. Xəzər dənizinə aid olmayan xüsusiyyəti müəyyən edin:

A) Neft yataqları region ölkələri arasında bərabər pay bölgüsü üzrə bölünmüşdür.

B) Dünya bazarındakı ümumi nərə balıq kürüsünün 80% - nin mənbəyidir

C) Ərazisi bütün göllərin 20% - ni təşkil edir.

D) Region ərazisində temperatur rejimini müəyyən edir

E) Sahillərində iri okean gəmilərini qəbul edə bilən limanlar var

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə