Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs


İki hissəli gündəlik strategiyası



Yüklə 97,72 Kb.
səhifə5/6
tarix11.05.2023
ölçüsü97,72 Kb.
#109724
1   2   3   4   5   6
Belge (5)

İki hissəli gündəlik strategiyası- bu üsulun tətbiqi zamanı sinif cütlərə ayrılır. Hər bir şagirdə tapşırırlar ki, təqdim olunan mövzu ilə bağlı, məsələn, “Azərbaycan necədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsin. Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir-biri ilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün müəllim bir şagirdi qaldırır, fikirlərini soruşur və digər şagirdlər də deyilənlərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Səməd Vurğunun “Azərbaycan” şeirini oxumaq tapşırılır, şeir oxunduqca, onlar iki hissəli gündəliyə qeydlər edirlər. İki hissəli gündəliyi hazırlamaq üçün şagirdlər ağ vərəqi şaquli xətlə iki yerə ayırır və onun sağ və sol tərəflərində qeydlər aparırlar
Qar topası üsulu. Bu üsul hər bir şagirdə ümumi işə öz Töhvəsini vermək imkanı yaradır. Qar topası üsulu şagirdlərə öyrənilən mətn ilə bağlı öz baxışlarını formalaşdırmağı, onu söyləməyi və müdafiə etməyi, birgə qərar qəbul etməyi, güzəştə getməyi öyrədir. Üsul bir neçə mərhələdən ibarətdir:

I mərhələ. Şagirdlərin fərdi işi.


II mərhələ. Qruplarla iş.
III mərhələ. Ümumiləşdirmə və qərarın hazırlanmasında bütün sinfin iştirak etməsi
BİBÖ. Bu hərflərin tam açılışı aşağıdakı mənanı verir: B - bilirəm, İB - istəyirəm bilim, Ö - öyrəndim. Bu üsul aşağıdakı mərhələlər üzrə aparılır:
problem müəllim tərəfindən elan edilir;
müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: - Bilirəm / İstəyirəm bilim / Öyrəndim.
şagirdlər oxu dərslərində tədris olunan mətndəki problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur;
həmin məsələ ilə bağlı bilmək istədikləri isə 2-ci sütuna yazılır;
dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mətnlə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.
Bu üsul nitq inkişafı üzrə işin təşkili baxımından çox əlverişlidir.

Karusel. Dərsdən əvvəl müəllim iri kağızlarda mətnə aid qrupların sayına uyğun suallar yazır. Sonra müəllim hər qrupa müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazırlar. Kağızlar saat əqrəbi istiqamətində qruplara ötürülür. Hər qrupun cavabı fərqli rənglərlə yazılır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Karusel şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirir.
Dəyirmi masa. Müəllim şagirdləri qruplara bölür və hər qrupa bir vatman kağızı və qrup üzvlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır. Müəllim kağıza hər hansı bir fikir yazır. Qrup üzvləri isə bu fikrin davamı olan digər bir fikri vərəqdə bir-birinə ötürərək öz rəngli flamasterləri ilə yazırlar. Bu üsul şagirdlərin hər birinin mövzunu necə mənimsədiyini başa düşmək üçün tətbiq olunan əhəmiyyətli üsuldur. Həmçinin şagirdlərin şifahi və yazılı nitqinin inkişafında böyük rol oynayır.


Venn diaqramı (Mətnlərin müqayisəsi). Bu üsulun qrafik təsviri bir-biri ilə kəsişən iki və bir neçə dairədən ibarətdir. Bunun mahiyyəti odur ki, dairələrin kəsişdiyi yerdə hər hansı iki anlayışın oxşar, dairələrin özlərində isə anlayışların hər birinə məxsus fərqli cəhətlər yazılır. Venn diaqramı oxu materiallarını müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün istifadə olunan üsuldur. Azərbaycan dili dərslərində oxu materialı təqdim olunur, şagirdlərə həmin mövzuda kiçik mətn yazmaq tapşırılır. Sonra şagirdin yazdığı və dərslikdə təqdim edilən mətnlərin hər ikisinin müqayisəli oxusuna yönəlmiş tapşırıq verilir: Mətnləri oxuyun, hər iki mətndə oxşar və fərqli cəhətləri seçin. Bu prosesdə şagirdlərin təhlil-tərkib, müqayisə, ümumiləşdirmə, sistemləşdirmə kimi idrak əməliyatları fəallaşır, şifahi və yazılı nitqləri inkişaf edir, oxu mədəniyəti, nitq mədəniyəti formalaşmağa başlayır,


Yüklə 97,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə