Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs


Beyin həmləsi (Əqli hücum)



Yüklə 97,72 Kb.
səhifə3/6
tarix11.05.2023
ölçüsü97,72 Kb.
#109724
1   2   3   4   5   6
Belge (5)

Beyin həmləsi (Əqli hücum). Əqli hücum sürətli infor- masiya axını və şagirdlərin fəallığının artırılması üçün tətbiq olunur. Bu üsul hər hansı bir mövzu ilə bağlı çox sayda fikirlər irəli sürmək üçün istifadə olunan üsuldur. Əsas tələb çoxlu fikirlər yürütmək, fərqli fikirlər ortaya qoymaq və çox sayda fikirlər meydana çıxana qədər hər hansı bir şərh ver- məmək və qiymətləndirmə aparmamaqdan ibarətdir. Beyin həmləsi şagirdlərin “açıq fikirli”olmasına kömək edir və şagirdlər bunun sayəsində normal şərtlər altında ağıllarına gələ bilməyəcək müxtəlif fikirlər ortaya çıxara bilirlər. Meydana çıxan hər fikir eyni dərəcədə faydalı və məntiqli olmayacaqdır. Ancaq hər hansı süzgəcdən keçməyən istəni- lən fikrin ortaya çıxmasına yol vermək mühüm fikirlərin meydana çıxmasını təmin edir. Beyin həmləsini tətbiq edən şagirdlərin təfəkkürü şablondan azad, daha məhsuldar ola- caqdır. Bütün fikirlər heç bir münasibət bildirilmədən yazıya alınır. Bundan sonra yazılmış fikirlərin müzakirəsi başlanılır. Bu da nəticədə tədqiqat sualının yaranmasına gətirib çıxarır.

Müəllifdən soruşun (Müəllif kreslosu). Şagirdlərə əvvəl- cədən tapşırıq verilir ki, mətni oxuyarkən onun müəllifinə vermək istədikləri 2-3 sual fikirləşsinlər. Suallar mətn haq- qında olub onu anlamaqda yardımçı olmalıdırlar. Sonra şagirdlərdən biri müəllif rolunu öz üzərinə götürür. Yerdə qalan şagirdlər öz suallarını ona verirlər. Müəllif rolunda bir neçə şagird suallara cavab verə bilər. Bu üsuldan istifadə şagirdlərdə daha diqqətli oxu vərdişləri formallaşdırır. Çünki diqqətli oxu bir tərəfdən şagirdlərdə müxtəlif suallar yaradır və digər tərəfdən şagirdləri verilmiş mətndə həmin suallara cavab axtarmağa təhrik edir.

Rollu oyun. Oxunan materiala aid rollu oyunlar şagird- lərin yaradıcı təxəyyülünü inkişaf etdirir, onlarda ünsiyyət vər- dişləri yaradır. Şagirdlər bu üsulun tətbiqi ilə əlaqədar keçilən mətni kiçik bir səhnəciklə qura bilərlər. Burada şagirdlər öz fikirlərindən daha çox istifadə etməyə istiqamətləndirilməlidir.


Yüklə 97,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə