Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs



Yüklə 97,72 Kb.
səhifə6/6
tarix11.05.2023
ölçüsü97,72 Kb.
#109724
1   2   3   4   5   6
Belge (5)

Layihələrin hazırlanması. Bu üsul şagirdlərin tədqiqat- çılıq bacarığının inkişaf etdirilməsi üçün vacibdir. Müəllim oxu materialına aid problemi müəyyən edir və şagirdə layihə ha- zırlamağı tapşırır. Bu zaman müəllim şagirdlərə layihə üzərində işin başlanma və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri, bunları əldə etmək yollarını, iş formalarını müəyyən edir. İş prosesində müəllim suallara cavab verir və yol göstərir.
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkil- lǝr, cədvəllər, qrafiklər formasında ifadə oluna bilər.
Ziqzaq. Ziqzaq üsulu mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır. Şagirdlər ilk növbədə dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qrupdakı şagirdlər yenidən 1-dən 4-ə qədər saymaqla eyni rǝ- qəmdən olan şagirdlərdən digər qrup yaradırlar( ekspert qrupu). Öyrəniləcək oxu mətni qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir.Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmu- nunu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır. Müəllim informasiyanın dəqiq veril- diyinə əmin olmaq üçün suallar verə bilər.
Yüklə 97,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə