Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs



Yüklə 97,72 Kb.
səhifə4/6
tarix11.05.2023
ölçüsü97,72 Kb.
#109724
1   2   3   4   5   6
Belge (5)

Diskussiya (Müzakirə). Diskussiya həm müəllim, həm də şagirdlər üçün əhəmiyyətli üsuldur. Çünki bu onların mövzudakı faktlara və hadisələrə münasibətinin necə olduğunu öyrənməyə imkan verir. Diskussiya prosesində şagirdlər məsələyə müna- sibət bildirməyi, onları faktlara əsaslanmaqla təhlil etməyi öyrǝ- nirlər. Bu zaman onlarda dinləmək və növbə ilə danışmaq baca- rığı, digər fikirlərə dözümlülük, diskussiya mədəniyyəti inkişaf etməyə başlayır.
Debat. Debatlar üçüncü tərəfin irəli sürdüyü dəlillərlə digər iki tərəfi inandırmaq prosesidir. Debatlar ideyaların, fikirlərin toqquşmasıdır və problemlərin yeganə həlli irəli sürülən dəlillərdir. Oxu materiallarının tədrisində debata hazırlıq prosesi 5-10 dəqiqə ərzində aparılır. Bu zaman mətnə dair məlu- mat toplanır və qrupdan bir nəfər bu məlumatları qeydə alır. Debatlar şifahi və yazılı olur. Yazılı debatlar şifahi debatlarda olduğu kimi aparılır. Lakin bu yazılı dialoq formasıdır.

Söz assosiasiyası bu üsuldan həm mövzunun öyrənil- məsinin əvvəlində, həm də sonunda istifadə etmək olar. Bunu aşağıdakı kimi tətbiq etmək olar:
Öyrənilən mövzu ilə bağlı başlıca söz lövhəyə yazılır;
• Şagirdlərə tapşırılır ki, bu sözlə gördükləri və ya eşitdik-ləri zaman ağıllarına gələn ilk sözü yazsınlar. Bunun üçün onlara 1-2 dəqiqə vaxt verilir; • Dərsin axırında tapşırılır ki, hər bir şagird mövzu ilə bağlı düşündüyünü və ya nə hiss etdiyini bir sözlə ifadə etsin.Sonra bu sözlərin siyahısı tərtib edilir
Anlayışın çıxarılması bu üsul tapmaca rolunu oynayan - üsuldur. Müəllim hər hansı bir karta şagirdlərin tapacağı sözü yazır və onun üzünü lövhəyə çevirərək lövhədən asır. Sonra söz sadalayır. Şagirdlər həmin sözlərə uyğun gizlədilmiş sözü tapır- lar. Əgər anlayışın müəyyən edilməsində irəli sürülən fikirlərlə şagirdlər sözü tapmasalar, onda əlamət bildirən sözlər artırıla bilər.
Problemli vəziyyətbu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş işçi vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
Mühazirə -oxu dərslərində şagirdlər lazımı informasiyanı tapmağa çətinlik çəkdikləri zaman istifadə oluna bilər. Mühazirə zamanı müəllim yalnız dərslikdəki mətn ilə kifayətlənməməli, şagirdləri daha əlavə məlumatlarla tanış etməlidir. Bu zaman 10- 15 dəqiqəlik fikir mübadiləsinə imkan verən mühazirədən isti- fadə etmək daha məqsədəuyğundur.

Yüklə 97,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə