Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs


Nitqin inkişafı üzrə işin təşkilində fəal təlim üsullarından istifadə



Yüklə 97,72 Kb.
səhifə2/6
tarix11.05.2023
ölçüsü97,72 Kb.
#109724
1   2   3   4   5   6
Belge (5)

Nitqin inkişafı üzrə işin təşkilində fəal təlim üsullarından istifadə
Fəal/interaktiv təlim metodları ən yeni texnologiyalardan biri sayılır. Texnologiya yunan mənşəli söz olub, sənətə sistemli yanaşma deməkdir. Təlim texnologiyası pedaqoji prosesdə biliklər sisteminin öyrənilməsində xüsusi metodlardan istifadə edərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur. Təlim texnologiyası deyəndə, pedaqoji prosesdə təlimin ən yeni və ən səmərəli metodlarından, priyom, tərz və vasitələrindən istifadə etməklə yüksək elmi–intellektual səviyyəyə və nümunəvi mənəvi-əxlaqi normalara malik olan şəxsiyyətin yetişdirilməsi nəzərdə tutulur “İnteraktiv” sözünün lüğəti mənası ingilis dilində “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Burada müəllimin istiqaməti ilə şagirdin sərbəst araşdırma aparmaq, öyrənmək fəaliyyəti nəzərdə tutulur. “İnteraktiv” “qarşılıqlı əlaqə”, “anlaşma”, “əməkdaşlıq”, “dialoq” deməkdir. İnteraktiv təlim müəllim və şagirdin qarşılıqlı əlaqəsi, ünsiyyət prosesidir. Bu zaman müəllim tərəfindən problem qoyulur, problemin həll olunması prosesində şagirdlər aktiv, tədqiqatçı mövqeyi tuturlar. Müəllimin əsas vəzifəsi şagirdlərə yol göstərmək, istiqamət vermək, müəyyən çətinlik meydana çıxarsa, onlara yardımçı olmaq, ən başlıcası isə “öyrənməyi öyrətməkdir”.
Fǝal/interaktiv təlim zamanı şagirdlər müəllimin rəhbərliyi altında xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, on vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisə- lərin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etmə- yi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr apar- mağı öyrənirlər. Fəal/interaktiv təlimin aşağıdakılara əsaslanır:

  • mexaniki yaddaşa yox, təfəkkürün inkişafına;

  • Şagirdlərin fəal dərketmə mövqeyinə; biliklərin müstəqil əldə edilməsi, “kəşfi” və dərkedilməsi üçün şəraitin yaradılmasına; - təbii öyrənmə fəallığının yaranmasına imkan yaradan

  • Problemli şəraitin yaradılmasına; - həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqinə; digər uşaq və böyüklərlə əmkdaşlıq etməklə problemin həll edilməsinə; təfəkkürün müstəqilliyi və sərbəstliyinə.



Yüklə 97,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə