Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs



Yüklə 97,72 Kb.
səhifə1/6
tarix11.05.2023
ölçüsü97,72 Kb.
#109724
  1   2   3   4   5   6
Belge (5)


Azərbaycan Dövlət Pedaqoji Universiteti



Fakültə: İbtidai təhsil
İxtisas: İbtidai sinif Müəllimliyi
Kurs: 3
Qrup: 2008
Tələbə: Yusibzadə Cəmilə
Fənn: Nitq inkişafı üzrə işin metodikası
Mövzu: Azərbaycan dili şagirdlərin düşünmə, öyrənmə, danışma vasitəsi kimi
Nitqin inkişafı üzrə işin təşkilində fəal təlim üsullarından istifadə
Müəllim: p.ü.e.d Vaqif Qurbanov

Azərbaycan dili şagirdlərin düşünmə, öyrənmə, danışma vasitəsi kimi.
Dil hər bir millətin milliliyinin əsasıdır. Rəsmi dövlət dili, əsas təlim fənni olan Azərbaycan dili- nin milli iftixar və qürur mənbəyi kimi daim inkişaf etdiril- məsi, bu dilə məhəbbət hissi tərbiyə olunması məhz bu işin ibtidai mərhələdə aparılması səviyyəsi ilə sıx bağlıdır. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi qarşısında çox zəruri vəzifələr qoyulur. Bu da, hər şeydən əvvəl, onun təlim dili ol- ması ilə əlaqədardır. Azərbaycan dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını genişləndirir.
"Azərbaycan dili" fənni şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə, ən zəruri qrammatik qaydaların, ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunmasına, nitq baca- rıqlarının, nitq mədəniyyətinin formalaşdırılmasına daha geniş imkanlar yaradır. İbtidai siniflərdə Azərbaycan dilinin məqsədi şagirdlərə oxu və yazını öyrətməklə yanaşı, oxuduq- ları və dinlədiklərinə munasibət bildirmək, dilimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz haqqında məlumat əldə etmək bacarığı vermək, onların nitqini inkişaf etdirməkdir.
Azərbaycan dili indi çox yüksək səviyyəli, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək olan bir dildir. İbtidai siniflərdə savad tǝlimi-şagirdlərin oxuyub-yaza bilmə- sində, Azərbaycan dilindən oxu materialının, dil qaydala- rının öyrənilməsində nitq bacarığı, nitq inkişafı, nitq mədə- niyyəti amili əsas götürülür.
İbtidai siniflərdə ana dili ilə əlaqədar işlər iki istiqamətdə aparılır. Birinci və ikinci siniflərdə əsasən şagirdlər əlifbanı öyrənir, oxu və yazı texnikasına yiyələnirlər. Bu siniflərdə şa- girdlərin düzgün, sürətli, süurlu və ifadəli oxuması xüsusi diqqət mərkəzində saxlanılır. III-IV siniflərdə isə müəllimlər oxu dǝrs- lərində şagirdlərə Azərbaycan dilinin dövlət dili olması, onun ahəngdarlığı, gözəlliyi, cazibədarlığı haqqında sadə, şagirdlərin anlaq səviyyəsinə uyğun məlumatlar verməklə olarda ana dilinə qarşı məhəbbət hissi yaratmağa başlayırlar.
Azərbaycan dili ibtidai siniflərdə təlim fənlərinin əsası- dır. Şagirdlər ana dilinə yiyələnmədən, onun incəliklərinə bə- ləd olmadan digər fənlər üzrə proqram materiallarını müvəf- fəqiyyətlə mənimsəyə bilməzlər. Ana dili xarakteri etibarilə inteqrativ fəndir. Bu fənn lap başlanğıcından botanika, zoologiya, anatomiya, coğrafiya, fizika, kimya, tarix və digər fənlərin elementlərini özündə əks edir
Azərbaycan dilinə yiyələnmə ailədən başlayır. Uşaq mək- təbə gələnədək ana dilinin köməyi ilə ətraf aləm haqqında müəy- yən təsəvvürlər əldə edir. Bu onun lüğət ehtiyatını zənginləş- dirir, dəqiqləşdirir, əşya və hadisələr haqqında fikirlərini forma- laşdırır, başqalarının dediklərini anlamağa imkan yaradır. Məktəbdə isə həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdiri- lir. Məhz buna görə də ana dilinin öyrənilməsi Milli Kuriku- lumda özünəməxsus yer tutur.
Azərbaycan dilinin öyrənilməsi şagirdlərin ünsiyyət im-kanlarını genişləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, düşünmə, öyrənmə danışma bacarıqlarını formalaşdırır. Nəticədə bu dil düşünmə, öyrənmə, danışma vasitəsinə cevrilir
.Azərbaycan dili ümumtəhsil məktəblərində tədris olun- maqla şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsilə milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nü- munələri ilə tanış olmaq imkanı qazanırlar.
Azərbaycan dili qüdrətli tərbiyə vasitəsidir. Şagirdlər onun vasitəsilə milli-mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və yüksək insani keyfiyyətlərə yiyələnirlər.Azərbaycan dilinin öyrənilməsi "Ümumi təhsil pilləsinin dovlət standartları və proqramları (kurikulumları)"nda' xüsusi yer tutur.
Ümumtəhsil məktəblərində Azərbaycan dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna görə də:

  • nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail olmaq; Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasını dərk etmək;

  • davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir.

Azərbaycan Respublikasında "Ümumi təhsilin dövlət standartları və proqramları (ku müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində Azərbay- can dilinin tədrisi vasitəsilə: İbtidai təhsil səviyyəsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qram- matik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırıl- ması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiy- yətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anla- yışların yaradılması təmin olunur.
İbtidai təhsil pilləsi qarşısında qoyulan əsas məqs lərdən biri də şagirdlərdə məntiqi və yaradıcı təfəkkür ele- mentlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etməkdir.

Şagirdlərdə doğma dilə məhəbbət oyadılması, onların bu dildə səlis, aydın, obrazlı danışa bilməsi, dilin geniş im- kanlarından səmərəli istifadə etməsi, yazı və oxu mədəniy- yətinə yiyələnməsi dil təliminin başlıca məqsədidir ki, bütün bunlar Azərbaycan dili fənn kurikulumunda nəzərə alın- mışdır. Fənnin məzmununun şəxsiyyətyönümlülük prinsipi əsasında hazırlanması şagirdlərdə təhsilə marağı artırır, potensial imkanlarına inam yaradır. Kurikulumlardan irəli gələn tələblərə görə bugünün müəllimi sinifdə daha çox istiqamətverici(fasilitator) rol oynamalıdır, şagirdləri düşün- məyə, araşdırmalar aparmağa, müstəqilliyə sövq etməlidir. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaş- dırmalıdır. Bu da öz növbəsində aşağıda göstərilən fəallığa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır:



  • məntiqi düşünmə;

  • ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşma; müstəqil olaraq qərar çıxarma;

  • Ətrafda olanları yaradıcı surətdə dəyişmə;

  • bilikləri müstəqil əldə etmə; praktiki problemləri həll etmə;rikulumları)" sənədində şəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoyma.

İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə ümumi təlim nəticələr:.



  • Şagird: oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir;

  • Dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;

  • sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı Yazır;

  • Ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçik həcmli mətnlər qurur;

    • Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin məlu- matları sadə formada təqdim edir;

  • Lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.



Yüklə 97,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə