Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi


 IPLIK VƏ SAPLARIN ISTILIK XASSƏLƏRI



Yüklə 355,21 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix06.02.2018
ölçüsü355,21 Kb.
#26426
1   ...   5   6   7   8   9   10   11   12   13

26 

 

6. IPLIK VƏ SAPLARIN ISTILIK XASSƏLƏRI 

 

Məişətdə  işlədilən  toxuculuq  polotnolarında  işlənməsi  üçün  nəzərdə  tutulan 



iplik  və  sapların  istilik  xassələri  çox  vacibdir.  Istilik  xassələri  iplik  və  sapların 

yüksək temperaturun təsiri ilə onlarda yaranan struktur dəyişikliyi və son nəticədə 

materialın  dağılmasına  (destruksiyası)  gətirib  çıxaran  halları  ifadə  edir.  Buraya 

istiliyə davamlılığı, termodavamlılıqlı və odadavamlılıqlı daxildir. 

Istiliyə  davamlılığı  –  yüksək  temperatur  şəraitində  (vəziyyətində)  iplik  və 

sapların özünü aparması (davranışı) xarakterizə edir və elə maksimal temperatur ilə 

qiymətləndirilir ki, daha bundan da yüksək temperaturda artıq materialın xassələri 

kəskin surətdə pisləşib və daha bundan sonra bu materialın istifadəsi yararsız olur. 

Termodayanıqlı  (termodavamlılıqlı,  termodözümlülük)  –  iplik  və  sapların 

termik  destruksiyaya  dözümlülüyünü,  uzun  müddət  qızdırıldıqdan  sonra 

qayıtmayan,  bərpa  edilməyən  xassə  göstəricilərinin  dəyişikliyini  xarakterizə  edir 

və onların normal atmosfer şəraitində qızdırıldıqdan sonra xassələrin pisləşməsi və 

sıxlaşması səviyyələri ilə qiymətləndirilir. 

Professor  F.X.Sadıqova  tərəfindən  müxtəlif  liflərin  istilik  davamlılığının 

xarakteristikalarını əks etdirən göstəriciləri aşağıdakı cədvəldə verilmişdir. 

Cədvəl 3. 

 

Liflər  

Temperatur, dərəcələrlə 

Möhkəmliyin 

itirilməsinin başlanğıcı 

Ayrılma  

Yumşalma  

Ərimə  

Pambıq  


150 

160 və yuxarı 

yumşalmayan 

əriməyən 

Kətan  

150 


«------» 

«------» 

«------» 

Yun  


135 

170 və yuxarı 

«------» 

«------» 

Ipək  

120 


170 və yuxarı 

«------» 

«------» 

Viskoz  


150 

180-200 


«------» 

«------» 

Mis-ammonyak 

120 


150 

«------» 

«------» 

Asitat  


95-100 

105-110 


210 

230-250 


Kapron  

90-100 


200 


215-218 

Lavsan  


160-170 

235 



250-255 

Poliakrilonitrilon  

180-200 

235 



Xlorin  


70-80 

80-100 






27 

 

Cədvəldən  görünür  ki,  təbii  və  süni  iplik  və  saplar  yumşalmır  və  ərimir 



(burada  asetat  istisnalıq  təşkil  edir).  Müəyyən  temperatura  qədər  qızdırdıqda 

onlarda kimyəvi ayrılma başlayır. 

Sintetik  poliefir  (lavsan  tipli)  və  poliakrilonitrilon  (nitron  tipli)  liflər  daha 

böyük termodavamlılığa malikdirlər. Bunlara nisbətən poliamid liflər xeyli zəifdir, 

çünki  havadakı  oksidindən  bundan  intensiv  ipək  lifi  oksidləşir.  Təbii  materiallar 

içərisində ən az termodavamlılığa malikdir.  Ilkin vəziyyətdə yun lifi, pambıq lifinə 

nisbətən  ondan  iki  dəfə  möhkəm  olmasına  baxmayaraq  onlar  eyni  bir  müddətdə 

130-140 saatda tamamilə dağılırlar. 

Odadavamlılıq  baxımından  təbii  və  kimyəvi  liflər  bir-birindən  kəskin 

surətdə  fərqlənirlər.  Asbest  və  şüşə  liflər  yanmırlar,  lakin  yüksək  temperaturda 

(1000

0

)  əriyirlər.  Yun,  ipək,  asitat,  kapron,  lavsan  və  nitron  lifləri  yalnız  alovda 



yanırlar,  lakin  alovdan  kənarda  yanmırlar.  Pambıq,  kətan,  viskoz  və  mis-

ammonyak lifləri alovda da, alovdan kənarda da çox tez yanırlar. 

Sapların  və  liyin  istilik  xüsusiyyəti  (istilik  keçirilməsi,  istiliyə  davamlılığı, 

oda  davamlılığı  və  s.)  üzərinə  düşən  sitilik  enerjisinin  onlara  təsiri  ilə  xarakterizə 

edilir. Istilik keçirmə, istilik ötürmə əmsalı K (vt/m

2

s) və ya istilik keçirmə əmsalı 



,  vt.m/m

2

s  ilə  qiymətləndirilir.  Istilik  davamlılığı.  Liflərin  və  sapların  istilik 



davamlılığı  dedikdə,  onların  yüksək  temperaturda  öz  xüsusiyyətlərini  saxlamaq 

qabiliyyəti  nəzərdə tutulur. Bəzi  hallarda  istilik davamlılığını  «sıfırıncı bərklik»də 

xarakterizə  edirlər.  Sabit  temperaturda  termokamerada  asılmış  sapdan  kiçik  (0,9 

sN/teks)  yük  asılır  və  bu  sapın  qırılma  müddəti  «sıfırıncı  möhkəmlik»  kimi 

götürülür. 

Liflərin 

və 

sapların 



istiliyə 

davamlılığının, 

onlar 

qızdırılarkən 



xüsusiyyətlərinin  necə  dəyişilməsilə  qiymətləndirilir.  Istiliyə  davamlılığına  görə 

lifləri  və  sapları  iki  yerə  bölürlər:  aşağı  temperaturlara  davamlılıq,  yüksək 

temperaturlara  davamlılıq.  Aşağı  temperaturlara  davamlı  liflər  T=250…400

0



temperaturlarda işlədilmək üçün nəzərdə tutulur. 

 

 




28 

 

7. IPLIK VƏ SAPLARIN MEXANIKI XASSƏLƏRI HAQQINDA 



ÜMUMI MƏLUMAT 

 

Toxuculuq  sənayesinin  bütün  texnoloji  prosesində,  hətta  sükunət  halında 



belə liflərə, saplara və onlardan hazırlanan məmulatlara bir sıra qüvvələr təsir edir. 

Iplik və sapların müxtəlif xarici qüvvələrin təsirinə olan münasibətlərinə mexaniki 

xassələr  deyilir.  Bu  xassələri  xarakterizə  edən  göstəricilərə  mexaniki 

xarakteristikalar  deyilir.  Bütün  emal  şəraitində  liflərə,  saplara  və  onlardan 

hazırlanan  məmulatlara  təsir  edən  qüvvə  eyni  və  müxtəlif  istiqamətdə  ola  bilər. 

Mexaniki xassələrin öyrənilməsi lifin və sapın işlənmə prosesində istismar zamanı 

özünü  necə  aparacağı  barədə  əvvəlcədən  fikir  söyləməyə  və  yaxud  mülahizə 

yürütməyə  imkan  verir.  Yönəlmə  üsullarına  görə  xarici  təsir  qüvvələrini  bir-

birindən fərqləndirmək lazımdır. 

Istiqamətinə  görə.  Bu  qüvvədə  deformasiya,  dartılma,  yığılma,  tərpənmə, 

əyrilmə, burulma əmələ gətirir. 



Yönəldilən  qüvvələrin  təkrarlanmasına  görə.  Bu  mexaniki  xassələri 

yarımdövrlü  (yüklənmə),  çoxdövrlü  (yüklənmə,  boşalma  və  istirahətin  çoxsaylı 

növbələnməsi) kimi xarakteristikalara bölür. 

Yekun  nəticəsinə  görə.  Təyin  olunan  xarakteristikalar  qırılan  və 

qırılmayana bölünür. 

Xarici təsirlər  iplik  və saplarda dartılma deformasiyası, əyrilmə,  yığılma  və 

burulma əmələ gətirə bilər. 

Yüklənmə,  boşalma  və  sonrakı  istirahəti  bir  dövr  qəbul  edərək  prof. 

Q.N.Kukin  iplik  və  sapların  mexaniki  xassələrinin  xarakteristikasını  3  qrupa 

bölməyi təklif etmişdir: 

1.  Yarımdövrlü (qırılan və qırılmayan). 

2.  Birdövrlü. 

3.  Çoxdövrlü. 




Yüklə 355,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə