Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi


 IPLIK VƏ SAPLARIN FIZIKI XASSƏLƏRININ EKSPERTIZASI



Yüklə 355,21 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix06.02.2018
ölçüsü355,21 Kb.
#26426
1   2   3   4   5   6   7   8   9   ...   13

15 

 

2. IPLIK VƏ SAPLARIN FIZIKI XASSƏLƏRININ EKSPERTIZASI 



HAQQINDA ÜMUMI MƏLUMAT 

 

Iplik  və  sapların  fiziki  xassələrinə  onların  sorbsion,  hiqroskopik,  nəmlik, 



istilik və s. xassələri daxildir. 

Sorbsiya  (latınca  sorveçe  –  hopmaq,  udmaq  sözündən  alınmış)  ətraf 

mühitdəki  müxtəlif  cisimlərdə  məhlul  və  mikroskopik  bərk  hissəciklərdə  həll 

olunan  qaz  və  buxarların  (məsələn,  tüstülərin)  bərk  və  maye  cisimlərin  udmasını 

göstərən mürəkkəb fiziki-kimyəvi hadisədir. 

Sorbsiyanın  bir  xüsusi  halı  da  toxuculuq  materiallarının  ətraf  mühitdən  su 

buxarını  udmasıdır  ki,  bu  da  iplik  və  sapların  fiziki  xassələrinə,  o  cümlədən  də 

onların en kəsiklərinin ölçüsünə, kütləsinə, istiliyinə, dielektrikliyinə, optik, habelə 

mexaniki  xassələrinə  (məsələn,  gərilməyə,  qırılma  yükünə,  möhkəmliyinə), 

deformasiyalanma qabiliyyətinə və s. güclü təsir edir. 

Iplik  və  saplarda  su  buxarının  lifin  məzmunundan  asılı  olaraq  ətraf 

mühitdəki  müəyyən  şəraitdə  (temperatur  və  havanın  nəmliyi)  sorbsiya  prosesi  (su 

buxarının  sonrakı  hopması)  baş  verə  də  bilər,  yaxud  proses  əksinə  də  (desorbsiya 

prosesi, yəni buxarın ətraf mühitə keçməsi) ola bilər. 

Qaztəhər  (qazabənzər)  maddəni  özünə  hopduran  (canına  çəkən)  cismə 

sorbent, hopmuş maddəyə isə sorbat deyilir. 

Iplik  və  saplar  nisbətən  az  nəmliyi  olan  mühitdən  çox  nəmli  düşdükdə 

onların  su  buxarlarının  hopması  prosesi  xarici  səthlərindən  başlayır.  Belə  ki, 

səthlərdəki  molekullar  güclü  sahəyə  malik  olub,  ətraf  mühitdəki  su  molekullarını 

özünə cəzb edir.  

Mühitdə  nəmlik  nə  qədər  çox  və  sorbentdə  nə  qədər  az  olsa,  suyun 

molekulları  onun  səthində  daha  çox  qərarlaşırlar  (sorulurlar,  tutulub  saxlanırlar, 

toplanırlar).  



16 

 

Su  buxarlarının  sorbentin  səth  qatlarında  udulmasına  adsorbsiya  deyilir. 



Ətraf  mühitdə  şərait  dəyişdikdə  adsorbasiya,  yaxud  desorbasiya  prosesi  çox  tez 

davam edir (bir neçə saniyə, yaxud saniyənin bir hissəsi ərzində). 

Liflərin  və  sapların  sorbsiya  tarazlığına  uyğun  nəmliyi  tarazlıq  nəmliyi 

adlanır.  Tarazlıq  nəmliyini  təkcə  lifin  (sapın)  xassəsi  və  strukturundan  deyil,  həm 

də onların temperaturundan, təzyiqindən və nisbi rütubətindən asılıdır. Bu şərtlərin 

dəyişilməsilə, liflərin (sapların) tarazlıq nəmliyi də dəyişir. 

Materialın tarazlıq nəmliyinin sabit temperatur şəraitində havanın nisbi 

nəmliyindən asılılığını təsvir edən əyrilərə sorbsiyanın izotermamı deyirlər. 

 

 

 



 


17 

 

3. IPLIK VƏ SAPLARIN HIQROSKOPIK XASSƏLƏRININ 



ONLARIN KEYFIYYƏTINƏ TƏSIRI 

 

Suyun və su buxarının sorbsiyası və desorbsiyası, liflərin və sapların suyu və 



su buxarını özünə çəkməsi (sorbsiya), onların ətraf mühitinə verilməsi (desorbsiya) 

onların hiqroskopik xassələrini xarakterizə edir.  

Fiziki  proses  olan  sorbsiya  və  desorbsiya  mürəkkəb  hadisə  olub, 

molekullararası qarşılıqlı təsir qüvvəsi hesabına yaranır. 

Adsorbsiya  (səthi  sorbsiya)  kompensasiya  olunmamış  molekullararası  təsir 

qüvvəsi  olduqda  liflərin  və  sapların  səthində  su  molekullarının  tutulub 

saxlanılmasına  deyilir.  Bu  zaman  tutulan  su  molekullarının  miqdarı  bir  çox 

faktorlardan, hər şeydən əvvəl material strukturundan və xassəsindən, təzyiqindən, 

temperaturdan, ətraf mühitin nisbi rütubətliliyindən asılıdır. 

Adsorbsiya  çox  sürətlə  gedir  və  tarazlanmış  vəziyyət  bir  neçə  saniyəyə 

qərarlaşır.  

Sorbentin  səthi  nə  qədər  böyük  olarsa,  təzyiq  və  ətraf  mühitin  nisbi 

rütubətliliyi yüksək, temperatur aşağı olarsa, suyun adsorbsiyası o qədər çox olar. 

Absorbsiya su  molekullarının  iplik və sapların  molekulları arasına diffuziya 

etməsi yavaş-yavaş baş verir və qərarlaşma bəzən bir neçə saata qədər çəkir.  

Liflərin  və  sapların  daxilində  kompensasiya  olunmamış  molekullararası 

qarşılıqlı  təsir  qüvvəsi  olarsa,  bu  qüvvə  daxilə  nüfuz  etmiş  molekulları  tutub 

saxlayır və desorbsiya zamanı onların çıxması çətinləşir. 

Su  buxarının  desorbsiyasının  nəmvermə  göstəricisini  bəzən  də  materialın 

quruma müddəti ilə xarakterizə edirlər. 

Nəmvermə bu düsturla müəyyən edilir. 

=

(



)

(



)

∙ 100% 



 

 



18 

 

Burada: 



m

100


 və m

0

 – nisbi rütubətlilik 100% olduqda materialın kütləsi. 



m

2

 – material quruduqdan sonrakı daimi kütləsi. 



m

0

 – materialın qurudulduqdan əvvəlki daimi kütləsi. 



Nəmliyi birbaşa və dolayı yolla ölçmək olar. Birbaşa üsulla istilik (qurutma 

aparatında), distilyasiya və ekstraksiya, ikinci qrupa elektrik üsulu aiddir. 

8-10  kütləyə  malik  adi  kiçik  nümunə  adətən  quruducu  şkafda,  100-150 

kütləyə  malik  nümunə  isə  kondision  (quruducu)  aparatında  qurudulur.  Bu 

quruducuda  lif,  sap  nümunələri  isti  hava  axınında  (adətən  100-110

0



temperaturda) qurudulur. 

Qurudulmanı o vaxt başa çatdırırlar ki, iki ölçmənin nəticəsi təkrarlanmasın 

(ölçmələr arasındakı vaxt 10-15 dəqiqə olmalıdır) və ya təxminən təkrarlansın. 

Axırıncı  ölçmənin  nəticəsi,  qurudulmuş  materialın  daimi  kütləsi  kimi 

götürülür. 

Qurudulmanı  sürətləndirmək  üçün  infraqırmızı  lampalardan  istifadə  edilir. 

Elektrik  nəmölçən  əsasən  pambıq  və  yun  liflərin  nəmliyini  ölçmək  üçün  istifadə 

edilir. Bu qurğu kimyəvi liflərin nəmliyini ölçmək üçün yaramır. 

Nəmliyi  təyin  etmək  üçün  sorbsiya  tərəzilərindən  istifadə  edilir.  Bu  tərəzi 

yüksək vakuumlu şüşə qurğuda yerləşdirilir. 

 

 

 



 


Yüklə 355,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə