Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 355,21 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix06.02.2018
ölçüsü355,21 Kb.
#26426
1   2   3   4   5   6   7   8   9   ...   13

 

əldə edilən  ipliklər emal edilən  yunun  növündən asılı  olaraq  müxtəlif keyfiyyətdə 



və müxtəlif naziklikdə ola bilər. Belə ki, zərif, yarım zərif və yarım qaba yunlardan 

əldə edilən zərif mahud iplikləri 167-62,5 teksdə, qaba yundan alınan qaba mahud 

iplikləri  isə  500-143  teksdə  hazırlanır.  Apparat  əyirmə  üsulu  ilə  emal  edilən 

ipliklər kifayət qədər xovlu və yumşaq olur. 

Darama üsulu ilə əyirmə sistemində apparat əyirmə sistemindən fərqli olaraq 

ipliklər  uzun  yun  liflərindən  emal  edilir.  Bu  sistemdə  ən  çox  55-200  mm 

uzunluğunda  yun  liflərindən  istifadə  olunur.  Darama  üsulu  ilə  əyirmədə  yunun 

düzləndirilməsi  və  təmizlənib  daranmış  lent  halına  gətirilməsi  daraqlı  maşınlarda 

yerinə  yetirilir.  Daraqlarda  alınmış  lentlərin  yoğunluğunu  nazikləşdirərək  əyirici 

maşüına  istiqamətləndirirlər.  Darama  üsulu  ilə  əldə  edilən  ipliklər  daha  düz,  saya 

və  yüksək  sıxlığı  ilə  xarakterizə  olunur.  Bu  üsulda  ən  çox  55,3-14,3  teks  ipliklər 

istehsal edilir. 

Ipək sapların emalı üçün normal baramanın uzun tellərindən istifadə olunur. 

Bununla bərabər, təbii ipək istehsalında əldə edilən tullantılardan da istifadə edilir. 

Təbii ipliyi üç sistem əyirmə üzrə ipəkçilik tullantıları, ipək emalı istehsalından və 

girdə  darama  maşınlarında  yumşaldıb  təmizləmədən  alınır.  Təmizləmədən  sonra 

alınmış  lentlər  düzləndirilir,  nazikləşdirilir  və  yenidən  əyirməyə  qaytarılır.  Bu 

üsullarla  təbii  ipəkdə  daha  nazik  ipliklər  almaq  mümkündür.  Həmin  üsullardan 

istifadə edərək toxuculuq sənayesi  üçün ən çox 3,3 teksə qədər  ipliklər  hazırlanır. 

Beləliklə,  əsas  tullantıların  daranması  məmulatları  zamanı  alınan  kilkələr  əvvəlcə 

daraqlı maşina (darama) daxil olur, sonra isə təmizlənmiş lent iplik halına gətirilir. 

Bu  üsulla  alınan  ipliklərdən  ən  çox  istifadə  olunanı  10-7,1  teksdir.  Ikinci  dəfə 

daramadan  sonra  emal  edilən  iplik  apparat  üsulu  ilə  əyirilir.  Apparat  üsulu  ilə 

alınan ipliklər daha yoğun xovlu və çirkli olur. 

Kimyəvi liflərdən olan iplikləri istənilən əyirmə sistemi üzrə almaq olar. 

Son  illərdə  yuxarıda  qeyd  edilən  əyirmə  üsullarından  başqa,  yeni  əyirmə 

sistemləri yaradılmışdır. Yeni əyirmə sisteminin əsasını iysiz əyirmə sistemi təşkil 

edir.  Bu  əyirmə  sistemi  elektroayrodinamiki  qanuna  əsaslanır.  Yeni  əyirmə 




 

sistemində  əsas  pnevmomexaniki  və  pnevmatik  metodlardan  istifadə  olunur. 



Pnevmomexaniki  üsul  pambıq  lifindən,  pambıqla  kimyəvi  liflərin  qarışığından  və 

kimyəvi liflərdən müxtəlif yoğunluqda ipliklərin alınması üçün geniş tətbiq edilir. 

Pnevmatik  üsul  aşağı  sort  və  tullantı  pambıq  lifindən  daha  yoğun  ipliklərin 

və  eləcə  də  sintetik  liflərdən  orta  yoğunluqda  ipliklərin  alınması  üçün  daha 

əlverişlidir. 

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, iysiz üsulla əyirmədə alınan ipliklər 

quruluş  və  xassələrinə  görə  adi  üsulla  əyirməklə  əldə  edilən  ipliklərdən  fərqlənir. 

Iysiz  üsulla  alınan  ipliklərdə  liflər  daha  eynicinsli  yerləşir.  Eyni  zamanda  həmin 

ipliklər  daha  yumşaq  və  həcmli  olmaqla  bərabər  yoğunluqda,  uzanan  və 

sürtünməyə davamlı olur. 

 

 

 




 

1. IPLIK VƏ SAPLARIN TƏSNIFATI VƏ ÇEŞID  



EKSPERTIZASI 

 

Müxtəlif  ədəbiyyatlarda  iplik  və  saplar  müxtəlif  nişanələrinə  görə 



təsnifləşdirilir.  V.Q.Parxomenkonun  «Sənaye  malları  əmtəəşünaslığı»  dərsliyində 

iplik və saplar aşağıdakı kimi təsnif olunur. Əyirilmiş saplar (ipliklər) əyirilməmiş 

saplar, fasonlu və yüksək həcmli saplar, Q.F.Puqaçevski, Y.A.Leçkun, B.D.Semak, 

V.P.Sklyannikov,  M.M.Dianiçin    müəllifliyi  ilə  yazılmiış  «Sənaye  malları 

əmtəəşünaslığı»nda  iplik  və  saplar  istehsal  və  emal  mərhələlərinin  miqdarından 

asılı  olaraq  il  kadi  (hamar,  yumşaq,  sıx)  quruluşlu  və  ikincisi,  quruluşu  dəyişmiş 

iplik və saplara bölünür. 

S.S.Kolyadenko,  V.T.Mesyaçenko,  V.I.Konoşinskayanın  müəllifliyi  ilə 

yazılmış  dərslikdə  isə  iplik  və  saplar  xammal  tərkibinə,  alınma  üsuluna, 

quruluşuna, bəzək növünə və təyinatına görə təsnifləşdirilir. 

Bütün toxuculuq lifləri xammal tərkibindən asılı olaraq bircinsli və müxtəlif 

tərkibli  olur.  Birtərkibli  saplar,  yaxud  liflərdən  alınan  müxtəlif  tərkibli  saplar  adı 

verilir.  Müxtəlif  təbiətli  liflər  qarışığından  olan  iplik  qarışıq  iplik,  yaxud  sap 

adlanır. Onun adı tolan ən qiymətli komponentə görə, adətən təbii adına görə təyin 

edilir. 

Toxuculuq  sapları  alınma  üsuluna  görə  əyirilmiş  (iplik)  və  əyirilməmiş 

(monosap və kompleks) saplara bölünür. 

Ipliklər alınma üsuluna görə aşağıdakı kimi görünür. 

Pambıqdan  daranma,  kard  və  apparat  üsulları  ilə  iplik  istehsal  edilir.  Kətan 

ipliyi kətan lifindən və kilkədən yaş və quru üsulla əyirilir. 

Yun – daranma (komvol) və apparat (mahud) üsulları ilə iplik halına salınır. 

Ipək (təbii ipək) daranma və apparat üsulları ilə sap halına salınır. 

Kimyəvi liflərdən olan ipəkdən daranma, kard və apparat üsulları ilə sap əldə 

edilir. 



 

Bütün  toxuculuq  lifləri  quruluşuna  görə  birsaplı  (ilk  sap),  iki  və  daha  çox 



saplardan  ibarət  çoxsaplı  ola  bilər.  Çoxsaplı  saplar  eşilmə  ilə  emal  edilir.  Eşmə 

saplar  iki  və  ya  daha  çox  uzununa  mürəkkəb  burulmamış  kompleks  saplardan, 

yaxud  ipliklərdən  ibarətdir.  Toxuculuq  sənayesində  işlədilən  sapların  çox  hissəsi 

burulmuşdur.  Saplar zəif, orta  və  yüksək  dərəcədə burulmuş olur. Onlar birqat  və 

ikiqat burulmuş, həmçinin sadə və fasonlu buraxılır. 

Toxuculuq  sapları  bəzək  növünə  görə  xam  (bəzəndirilməmiş),  ağardılmış, 

boyanmış  olur.  Eyni  nömrəli  və  müxtəlif  rəngli  iki  burulmuş  sapdan  ibarət  olan 

saplar  muline  adlanır.  Müxtəlif  rənglərə  boyanmış  lif  qarışığından  olan  ipliklər, 

yaxud boyanmış və boyanmamış lif qarışığı melanj adlanır. 

Təyinatından  asılı  olaraq  toxuculuq,  trikotaj,  sap,  qardintül,  xalça  istehsalı 

üçün olan toxuculuq saplarının quruluşu və alınma üsulları müxtəlifdir. 

Toxuculuq üçün iplik və sapların bəzilərinə qısa xarakteristika verək. 



Pambıq  ipliyi.  Pambıq  ipliyi  hazırda  toxuculuq  sənayesinin  xammal 

balansında  əsas  yer  tutur.  O,  təyinatına  görə  toxuculuq  (əriş  və  arğac),  trikotaj, 

corab,  toxuculuq-xırdavat,  sap  ipliyinə  və  texniki  təyinatlı  ipliyinə,  əyirilməsinə 

görə  daranmış,  kard  və  apparat;  burulmasına  görə  birsaplı  və  sağa,  yaxud  sola 

burulmuş;  bəzəyinə  görə  ağardılmış,  boyanmış  melanj  və  muline  ipliyinə; 

təmizliyinə görə siniflərə bölünür. 

Qarışıq  pambıq  ipliyi  pambığın  süni  və  sintetik  liflərinin  qarışığından 

hazırlanır.  O,  başlıca  olaraq  toxuculuq  və  trikotaj  istehsalında  ipliklər  pambıq-

viskoz, pambıq-polinoz, pambıq-lavsandır. 

Xalis yun ipliyi. Bu, ən qiymətli xammal növüdür. O, kostyumluq, paltoluq, 

donluq  və  başqa  parçaların,  üst  trikotaj  əlcəyin,  yaylıq-şərfin,  dəyişək  və  corab-

noski  məmulatların,  xalça  və  toxunmamış  materialların  istehsalına  işlədilir. 

Daranmış və apparat üsulu ilə əyirilmiş 18-80 və 60-330 teksli təksap və burulmuş 

iplik halında istehsal edilir. Bəzəyinə görə təbii rəngli, melanj və müxtəlif rənglərə 

boyanmış olur. 




Yüklə 355,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə