Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

 
Язизхан Танрыверди 
 
 
52 
sud,  Veysi-Veyis,  Himmət-Hümmət,  Timirxan-Teymur,  Talib-
Talıb və s. 
―Dəftər‖dəki kişi adlarının bir hissəsi müasir antroponimlə-
rimiz  sistemində  yalnız  qadın  adı  kimi  işlənir.  Məsələn,  Gülüş 
(Gülüş Durmuş oğlu), Sürəyya (Kürdhəsən Sürəyya oğlu), Cey-
ran (Süleyman Ceyran oğlu), Telli (Telli Pirəhməd oğlu) və s. 
―Dəftər‖də əsl şəxs adı kimi işlədilmiş vahidlərin bir his-
səsi  müasir  antroponimlərimiz  sistemində  yalnız  ləqəb  funksi-
yasındadır. Məsələn, Uzun, Qoçu, Sınıqçı və s. 
―Dəftər‖dəki  şəxs    adlarının  bir  hissəsinin  I  komponenti 
ləqəblərdən  ibarətdir.  Məsələn,  Korməhəmməd,  Kəlməhəm-
məd, Nökərməhəmməd, Kürdhəsən, Yekəsgər və s. Fikrimizcə, 
qeyd  olunan  antroponimlərin  I  komponenti  kimi  işlənmiş  kor, 
kəl, nökər, kürd və yekə apelyativləri əsl şəxs adlarının I kom-
ponenti  kimi  yox,  ləqəb  kimi  başa  düşülməlidir.  Çünki  həmin 
apelyativlər  əsl  şəxs  adlarının  yaranma  əsaslarına  uyğun 
deyildir. 
―Dəftər‖də əsl şəxs adı kimi işlədilmiş vahidlərin bir his-
səsi  müasir  antroponimlərimiz  sistemində  daha  çox  familiya 
kimi  işlənməkdədir.  Məsələn,  Uluxan-Uluxanov,  Qaragöz-
Qaragözov,  Sofi-Sofiyev,  Ərəb-Ərəbov,  Yüzbaşı-Yüzbaşov// 
Yüzbaşev, Xangəldi-Xangəldiyev və s.  
―Dəftər‖dəki şəxs  adlarını mənşəyinə görə 3 istiqamətdə 
qruplaşdırmaq  olar:  Türk  mənşəli  antroponimlər  (Adıgözəl, 
Teymur,  Yolçu,  Qoca,  Dəmir...),  ərəb  mənşəli  antroponimlər 
(Məhəmməd,  Əhməd,  Nəbi,  Cənnət,  Həsən,  Hüseyn,  Beyt, 
Beytulla...),  fars  mənşəli  antroponimlər  (Arzuman,  Divan,  Ca-
vanşir,  Seyran,  Novruz...).  Hesablamalar  göstərir  ki,  XVII-
XVIII  əsr  Azərbaycan  antroponimləri  sistemində  fars  mənşəli 
antroponimlər türk və ərəb mənşəli antroponimlərə nisbətən az 
işlənmişdir. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
53 
Mənbədə hibrid (qovuşuq) antroponimlərə də təsadüf olu-
nur:  Gülmahmud,  Gülbudaq,  Pirbudaq,  Şahbudaq,  Xanvəli, 
Şıxgəldi, Pirziya, Hacıtarı ... 
―Dəftər‖də işlədilən ərəb mənşəli antroponimlərin bir qis-
mi  müasir  antroponimiyamız  baxımından  arxaizm  hesab  olu-
nur. Məsələn,  Kafi, Həllac, Mömin,  Heydərəddin, Ənbiya, Qi-
yam... 
―Dəftər‖dəki  antroponimlərin  leksik-semantik  qrupları 
aşağıdakı kimidir: 
Etnonimlər  əsasında  yaranan  antroponimlər:  Qaramanlı 
(Həsən  Qaramanlı  oğlu),  Qacar  (Qacar  Kömür  oğlu),  Dondar 
(Nəbi Dondar oğlu), Quşçu (Budaq Quşçu oğlu), ... Bu tip adlar 
müasir  antroponimlərimiz  sistemində  arxaikləşsə  də,  topo-
nimlərimiz sistemində mühafizə olunmaqdadır. 
Toponimik  vahidlər  əsasında  formalaşan  antroponimlər 
Göyçə (İbrahim Göyçə oğlu), Dilcan (Molla Dilcan oğlu)... 
Silah və sursat adları əsasında yaranan antroponimlər: Qı-
lıc  (Camal  Qılıc  oğlu),  Topçu  (Topçu  Soltan  oğlu),  Yaraqlı 
(Təhmasib Yaraqlı oğlu)... 
Peşə  və  sənətlə  bağlı  olan  antroponimlər:  Dərzi,  Zərgər,  
Bərbər, Dəllək, Çoban, Sınıqçı və s. Bu tip antroponimik vahid-
lər  Azərbaycan  türklərinin,  xüsusən  də  Qazax-Borçalı  türklə-
rinin məşğuliyyətini əks etdirir. 
Titullar əsasında yaranan antroponimlər: Kətxuda, Çavuş, 
Əhəmdçavuş, Xaqan, Gizir, Qalabəyi, Xan, Yüzbaşı və s. ―Dəf-
tər‖də  ―xan‖  titulu  əsasında  yaranmış  antroponimlər  üstünlük 
təşkil edir. Konkret desək, ―xan‖ titulu 40-a qədər antroponimik 
vahidin  ya  birinci,  ya  da  ki  ikinci  komponenti  kimi  iştirak 
etmişdir.  Məsələn,  Xanyusif,  Xanəhməd,  Xanməhəmməd, 
Xanqulu,  Xangəldi,  Xanverdi,  Xanəli,  Xanməqam...;  Məhəm-
mədxan,  Qədimxan,  Nurxan,  Törəxan,  Vəlixan,  Mirxan,  İs-
mixan,  Xocaxan,  Camoxan,  Doluxan,  Uluxan,  Babaxan,  Tur-
xan, Muradxan... 


 
Язизхан Танрыверди 
 
 
54 
İslam dini ilə bağlı antroponimlər: Aşur, Əli, Məhəmməd, 
Mehdi, Cənnət, İsmayıl, Əhməd, Nəbi və s. 
Təbiətlə  bağlı  olan  antroponimlər:  Ayaz,  Qarlı,  Qarayaz, 
Qaryağdı,  Boran, Qargəldi, Duman, Şahboran və s. Bu tip an-
troponimik vahidlərin əksəriyyətinin apelyativi türk mənşəlidir. 
Heyvan adları əsasında formalaşan metaforik antroponim-
lər:  Arslan//Aslan,  Buğa,  Öküz,  Quzu,  Qaraöküz,  Ceyran, 
Doğan (qartal), Şahin, Laçın, ... 
Müsbət emosiyalarla bağlı olan antroponimlər: Xanverdi, 
Xangəldi,  Adıgözəl,  Sevindik,  Sevdim,  Uğur,  Gözüm,  Gözəl, 
Dilək. 
Qiymətli  daş-qaş  adları  əsasında  yaranan  antroponimlər: 
Gümüş, Almas... 
Təxəllüs  əsasında  yaranan  əsl  şəxs  adları:  Füzuli  (Füzuli 
Süleyman  oğlu).  ―Dəftər‖də  bu  cür  adlar  yox  dərəcəsindədir. 
XVIII əsr Azərbaycan şəxs adları sistemində Məhəmməd Füzu-
linin  təxəllüsü  əsasında  şəxs  adının  yaranması  tarixi  antro-
ponimikamız baxımından maraq doğurur. 
―Dəftər‖dəki  antroponimik  vahidlərin  bir  qismi  həm  də 
toponim  funksiyasındadır.  Məsələn,  Yolqulu-Yolqulu  kəndi, 
Baydar-Baydar nahiyəsi, Qaraöküz-Qaraöküz qışlağı, Yüzbaşı-
Yüzbaşı oğlu Vəli ağa qışlağı və s. 
Aydın,  Elxan,  Qorxmaz,  Gülüş  kimi  adların  məişətimizə 
C.Cabbarlının  pyeslərindən  daxil  olması,  Samur  adının  ―Sa-
mur-Dəvəçi‖  kanalının  çəkilişi  ilə  bağlılığı,  Babək  adının  əsl 
şəxs adı kimi yalnız Sovet hakimiyyəti illərində işlənməyə baş-
lanması  Azərbaycan  onomalogiyasında  xüsusi  olaraq  vurğu-
lanıb. Nümunə olaraq Osman Mirzəyevin fikirlərini təqdim edi-
rik: ―Aydın  adı  Türkiyədə çoxdan məşhurdur.  Lakin  Azərbay-
can məişətinə onu ilk dəfə C.Cabbarlı gətirib‖ (122-19), ―Elxa-
nilər Azərbaycanda güclü dövlət  yaratmışdılar. Lakin  bununla 
belə daşıdıqları titul ada çevrilmədi, öz şan-şöhrəti ilə heç kəsi 
ilhamlandırmadı. C.Cabbarlının yaratdığı xilafət və xurafat düş-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə