Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
49 
türk tayfalarının IX əsrdəki vəziyyətini izah edərkən ―becənək‖ 
tayfasının  da  adını  çəkir:  ―...xəzərlərin  Xəzər  dənizinin 
şimalında  Volqaboyunda  və  şimal-qərbində  məğlub  edilmələri 
nəticəsində,  Orta  Asiyanın  şimal  hissəsindən  bir  çox  türkdilli 
tayfalar, xüsusən, ―quman‖, ―becənək‖, ―suvar‖, ―qıpçaq‖ və s. 
köçüb  gələrək,  əvvəllər  Volqaboyundan  ta  Dərbənd  səddinə 
qədər  uzanan  torpaqlarda,  sonralar  isə  bunlardan  bəziləri  daha  
aşağılarda, yəni Arranda, Azərbaycanda məskən salmışlar‖ (69-
51).  A.Abdulla  Ağsu  rayonundakı  Bico  (Bicoy)  kəndi  barədə 
yazır:  ―Bu  ad  qədim  hunlardan  olan  peçoyların  (b  –  p 
əvəzlənməsi dilimizdə mümkündür) adından qalıb və bu qədim 
adı yaşatmaqdır‖ (5). Deməli, ―Becan‖ antroponimi ―becənək‖ 
etnonimi  ilə  bağlıdır  -  fikrini  irəli  sürmək  mümkündür.  Bu 
etnonim  barədə  A.Qurbanov  yazır:  ―...peçeneq  etnoniminin 
fonetik,  leksik  tərkibi  haqqında  qəti  fikir  demək  hələ  mümkün 
deyildir‖  (60  –  368).  ―Oğuznamə‖də  ―Беджене‖  adının  xeyir-
xah, işgüzar, qeyrətli mənaları göstərilir (164 - 62). Həmin kita-
bın  qeydlər hissəsində ―Беджене‖ adının müxtəlif mənbələrdə 
biçina,  biçine,  beçene  kimi  fonetik  variantlarda,  həm  də 
işgüzar, qeyrətli mənalarında verildiyi qeyd edilir ( 164 -102). 
Yuxarıdakı qeydlərdən belə nəticəyə gəlmək olar ki, ―Be-
can‖ antroponimi türk mənşəlidir, apelyativi arxaikləşmişdir və 
bu  antroponim  semantikasında  xeyirxah,  işgüzar,  qeyrətli  mə-
nalarını yaşadır. 
Budaq. Müasir antroponimlərimiz sistemində  işlək adlar 
cərgəsində  olan  ―Budaq‖  antroponimi  ―Kitabi-Dədə  Qorqud‖  
(Qaragünə oğlı Budaq) və ―İbrahim‖ dastanlarında işlənmişdir. 
Bu antroponim barədə B.Abdullayevin fikri belədir: ―Budaq-k. 
Azərb.,  budaq  –  ağac,  kol  şaxəsi‖  (4  –  17).  N.A.Baskakov  rus 
familiyaları  sistemində  işlənən  ―Butakov‖  familiyasının  türk 
mənşəli ağac budağı, şax anlamlı budaq sözü  əsasında əvvəlcə 
ləqəb kimi  yarandığını, sonra familiyaya keçdiyini göstərir (32 
–  17).  Budaq  antroponimi  barədə  olan  bu  izahlarda  ―qollu-


 
Язизхан Танрыверди 
 
 
50 
budaqlı olma‖, ―kökə bağlı olma‖ və s. kimi xüsusiyyətlər mo-
tivləşmə  üçün  əsas  götürülmüşdür.  ―Budaq‖  antroponiminin 
ağac  və    kol  şaxəsi    ilə  bağlılığı  ən  azı  ona  görə  inandırıcı 
deyildir ki, həmin dövr kişi adlarımızın əksəriyyəti igidlik mo-
tivlidir. ―Budaq‖ antroponimi barədə Ş.Sədiyev yazır: ―Budaq‖ 
adı,  bəlkə,  adi  budaq  sözü  ilə  ifadə  olunmuş  sadə  ad  kimi 
görünə bilər.Əslində ―budaq‖  düzəltmə sözdür. O, kök sayılan 
―buda‖  hissəsinə  ―-q‖  şəkilçisinin  qoşulmasından  alınmışdır. 
Bu kökə ―budamaq‖ felində rast gəlirik (160 – 19). ―Azərbay-
can  dilinin  izahlı  lüğəti‖ndə  göstərilir  ki,  budaq  (budamaq) 
məcazi mənada, döymək, vurmaq,  əzişdirmək mənalarını ifadə 
edir (14 – 319). Təbii ki, ―budaq‖ apelyativinin ―Budaq‖ antro-
poniminə  çevrilməsinə  səbəb  igidlik  çalarıdır.  Əlavə  edək  ki, 
―Budaq‖ başqırd antroponimləri sistemində ―Буудагаy‖ fonetik 
variantında olub,  vurmaq, döymək mənalarını ifadə edir (195 – 
155). 
―Kitabi-Dədə  Qorqud‖da  işlənən  Dəli  Qarcar,  Baybican, 
Buğac,  Qaraca  Çoban,  Dəli  Domrul  və  s.  antroponimlər  kimi 
dastanda iki variantda işlənmiş  Qaragünə oğlı Budaq və Qara-
günə oğlı Qara Budaq antroponimi də semantikasında mərdlik, 
mübarizlik, igidlik  keyfiyyətlərini əks etdirir. 
 
 
“Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də 
antroponimlər 
 
1723-28-ci  illərdə  Osmanlı  imperiyasının  məmurları 
tərəfindən    tərtib  olunmuş  Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖in 
Azərbaycan dilinə tərcümə edilərək, ―Tiflis əyalətinin müfəssəl 
dəftəri‖  (Bakı,  ―Pedaqogika‖,  2001.  Giriş,  tərcümə  və  qeydlər 
tarix  elmləri  namizədi  Şahin  Mustafayevə  məxsusdur)  başlığı 
altında çap olunması təqdirəlayiqdir. Borçalı və Qazax bölgəsi 
ilə  bağlı  olan  həmin  mənbəyə  istinad  etməklə  Azərbaycan  ta-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
51 
rixi,  etnoqrafiyası,  onomalogiyası  və  iqtisadiyyatına  dair  yeni 
fikirlər söyləmək mümkündür. 
―Tiflis  əyalətinin  müfəssəl  dəftəri‖ndə  vergi  ödəyənlərin 
siyahısı  yaşayış  məntəqələri  üzrə  verilmişdir.  Həmin  siyahı 
XVII-XVIII  əsr  Azərbaycan  antroponimlər  sistemindəki  kişi 
adlarının ümumi mənzərəsini tam əks etdirir. ―Dəftər‖də qadın 
adlarına rast gəlinmir. Bu, verginin kişilər tərəfindən ödənilmə-
si  ilə bağlıdır. 
―Kitabi-Dədə  Qorqud‖un  antroponimləri  sisteminə  daxil 
olan  Qorqud,  Qazan,  Qaraca,  Bamsı,  Buğac,  Qaragünə,  Uruz, 
Dondar kimi antroponimlər ―Dəftər‖də, əsasən, eynilə işlədilib. 
Məsələn,  Qorqud  Mirzə  oğlu,  Bədirxan  Qazan  oğlu,  Bamsı 
Çayam oğlu, Pirməhəmməd Qaragünə oğlu, Nəbi Dondar oğlu, 
Yaqub Qaraca oğlu, Əli Uruz oğlu, Məhəmməd Buğa oğlu və s. 
―Dəftər‖də  müşahidə  olunan  Aydoğdu,  Ərdoğdu,  Gün-
doğdu,  Qaraöküz,  Dağdoğan,  Yaraqlı  kimi  qədim  türk  adları 
müasir  Azərbaycan  antroponimləri  sistemində  işlənmir.  Bu 
adlardan  Gündoğdu  və  Aydoğdu  vahidləri    Yusif  Xas  Hacibin 
―Kutadqu  bilik‖  (1069)  əsərindəki  Gündoğdu  və  Aytoldu 
obrazları ilə, ―Dağ‖ isə ―Oğuz Qağan‖ dastanındakı ―Dağ‖ adı 
ilə  səsləşir.  Bu  tip  antroponimlərin  bir  hissəsinin  apelyativi  də 
müasir  ədəbi  dilimiz  baxımından  arxaizmdir.  Məsələn,  Ayıt-
maz-ayıtmaq, Doğan-doğan, Dondar-dondar, Xızır-xızır.  ―Dəf-
tər‖dəki  arxaik  antroponimlərin  əksəriyyətinin  apelyativi  mü-
asir  ədəbi  dilimizdə  eynilə  işlənir.  Məsələn,  Buyurmuş-buyur-
maq,  Batdı-batmaq,  Yekəsgər-yekə  və  əsgər,  Sayılmış-sayıl-
maq, Guryol-gur və yol, Çubuqçu-çubuqçu, Öküz-öküz və s. 
―Dəftər‖də işlədilmiş antroponimik vahidlərin əksəriyyəti 
müasir  antroponimlərimiz  sistemində  eynilə  işlənir.  Məsələn, 
Baba,  Polad,  Teymur,  Əziz,  Qorxmaz,  Şahin  və  s.  Müasir 
antroponimlərimiz  sistemində  fonetik  deformasiyalarla  işlənən 
adlara da təsadüf olunur. Məsələn, Arslan-Aslan, Məqsud-Maq-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə