Ətraf müHİTİn monitoriNQİ


HAVA NÜMUNƏLƏRİNİN ADSORBENTLƏRDƏN DESORBSİYA EDİLMƏSİ, QATILAŞDIRILMASI VƏ İDENTİFİKASİYA OLUNMASI



Yüklə 164,68 Kb.
səhifə14/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
ƏMM.müh.

6.HAVA NÜMUNƏLƏRİNİN ADSORBENTLƏRDƏN DESORBSİYA EDİLMƏSİ, QATILAŞDIRILMASI VƏ İDENTİFİKASİYA OLUNMASI.
HAVA NÜMUNƏLƏRİNİN GÖTÜRÜLMƏSİNİN DİGƏR ÜSULLARI.

Adsorbentlər vasitəsilə tutulmuş zərərli maddələri analiz etmək üçün onları adsorbentlərdən tam desorbsiya etmək lazımdır. Desorbsiyanı həyata keçirmək üçün ən çox istifadə olunan üsul ekstraksiyadır. Ekstraksiya üsulunda həlledici kimi karbohidrogenlərdən, spirtlərdən , efirlərdən, hallogenüzvi birləşmələrdən və s. istifadə etmək olar. Hər bir zərərli maddəni ekstraksiya etmək üçün, həmin zərərli maddənin fiziki-kimyəvi xassələrindən asılı olaraq xüsusi həlledici seçilir. Ən geniş istifadə olunan həlledici karbonsulfiddir (CS2). Bu həlledici adsorbsiya edilmiş zərərli maddələrin 85 ÷ 90%-nin desorbsiya olunmasını təmin edir. Desorbsiya prosesində istifadə olunan həlledicilər aşağıdakı tələblərə cavab verməlidirlər.


1.Yüksək həlletmə dərəcəsinə malik olmalıdırlar.
2.Yuksək dərəcəli təmizliyə malik olmalıdırlar.
3. Desorbsiya olunan zərərli maddə ilə kimyəvi reaksiyaya girməməlidirlər.
4.Toksikoloji , yanğın və partlayış təhlükəsi nöqteyi nəzərdən az təhlükəli olmalıdır.
Zərərli maddələrin maye həlledicilər vasitəsi ilə adsorbentlərdən desorbsiya olunmasını iki üsulla həyata keçirmək olar.
1.Statik üsul.
2. Dinamik üsul.
Statik üsulda hava nümunəsinin götürülməsində istifadə edilmiş uducu kollektordan içərisindəki adsorbent ağzı kip bağlanan kolbaya köçürülür və üzərinə müvafiq həlledici əlavə olunur. Daha sonra kolbanın içərisindəki adsorbent – həlledici qarışığı müəyyən vaxt ərzində mexaniki qarışdırıcı vasitəslə qarışdırılır.Ekstraksiya prosesi başa çatdıqdan sonra qarışdırma prosesi dayandırılır və həlledicidən nümunə götürülərək analiz edilir.Statik üsulda əsasən ancaq qaynama temperaturlu zərərli maddələrin desorbsiya edilməsində istifadə olunur.
Dinamik üsulda isə desorbsiya prosesi bilavasitə uducu kolektorun daxilində həyata keçirilir. Bunun üçün uducu kolektorun bir ucuna şüşə pambıqdan tıxac taxılır. Uducu kolektorun o biri ucuna isə rezin borucuq vasitəsilə damcı qıfı birləşdirilərək, sistem kollektorun şuşə pambıq ucu isə aşağı olmaqla ştativə bərkidilir. Damcı qıfına həlledici doldurulur. Hər dəfə eyni həcm olmaqla, uducu kollektora 4-5 dəfə həlledici verilir. Uducu kollektordan keçən həledici qəbuledicidə toplanır. Desorbsiya prosesi başa çatdıqdan sonra qəbuledicidə toplanan həlledicidən nümunə götürülərək analiz edilir. Dinamik üsuldan əsasən yüksək qaynama temperaturlu zərərli maddələrin desorbsiya edilməsində istifadə edilir.
Zərərli maddənin adsorbentdən desorbsiya olunma dərəcəsinin təyin edilməsi həmin zərərli maddənin havadakı qatılığının dəqiq təyin edilməsində ən vacib şərtlərdən biridir. Zərərli maddənin adsorbentdən desorbsiya olunma dərəcəsini təyin etmək üçün üç üsuldan istifadə etmək olar.
Bunlar aşağıdakılardır:
1.Hər birinin daxilində 100 mq adsorbent olan beş ədəd uducu kollektor ğötürürlər. Kollektorların hər birindən eyni sürətlə tərkibində məlum miqdar zərərli maddə olan hava buraxılır. Nüəyyən vaxtdan sonra havanın verilməsi dayandırılır, bütün kollektorlardan adsorbentlər eyni üsulla desorbsiya edilir və analiz olunur.
2. Hər birinin daxilində 100 mq adsorbent olan beş ədəd uducu kollektor götürürlər. Kollektorların hamısına havanın veriləcəyi istiqamətdən şüşə pambıq tıxac taxılır. Daha sonra xüsusi şpris vasitəsi ilə şüşə pambıq tıxacların üzərinə eyni miqdarda zərərli maddə damızdırılır. Uducu kollektorların hamısına tıxac taxılmış ucundan eyni sürətlə hava verilir. Müəyyən vaxtdan sonra havanın verilməsi dayandırılır.Bütün kollektorlardan adsorbentlər eyni üsulla desorbsiya edilir və analiz edilir və analiz olunur.
3.Ağzı kip bağlanan beş ədəd sınaq şüşəsi götürərək, hər birinə 100 mq bərk adsorbent töküb, üzərinə eyni miqdarda eyni zərərli maddə əlavə edirlər. Sınaq şüşələrinin hamısı 12 və ya 24 saat eyni şəraitdə saxlanılır. Daha sonra bütün kollektorlardakı adsorbentlər eyni üsulla desorbsiya edilir və analiz olunur.
Zərərli maddənin desorbsiya dərəcəsi aşağıdakı kimi müəyyən olunur:
ƒ = ۰ 100 %
burada mc - tədqiqat üşün dötürülmüş zərərli maddənin miqdarıdır; m0 –tədqiqat üçün götürülmüş zərərli maddənin seçilmiş analiz üsulu ilə təyin olunmuş miqdarıdır; m- desorbsiya prosesindən sonra zərərli maddənin analiz vasitəsi ilə təyin olunmuş miqdarıdır.
Zərərli maddələrin adsorbentdən desorbsiya dərəcələri 85 ÷ 90 %-dən az olmamalıdır. Əks halda başqa adsorbent və ya başqa həlledici seçmək lazımdır.
Bəzi hallarda zərərli maddələrin adsorbentlərdən desorbsiya edilməsi üçün termodesorbsiya üsulundan da istifadə edirlər. Bu üsulun mahiyyəti yüksək temperaturun təsiri altında zərərli maddələrin adsorbentdən desorbsiya olunmasına əsaslanmışdır. Termodesorbsiyanı həyata keçirmək üçün uducu kollektor xüsusi elektrik sobası daxilində yerləşdirilərək, müəyyən temperatura qədər qızdırılır və təsirsiz qazla üfürülür. Kollektordan çıxan hava axını soyudulan tutucuya verilir. Burada zərərli maddə buxarları soyudulub kondensləşdirilir və analiz edilir. Termodesorbsiya üsulunu xüsusi səthi çox olan adsorbentlərdən istifadə edilən hallarda ( məsələn, aktiv kömürlər, silikaqellər) tətbiq etmək olmaz. Bununla yanaşı olaraq, termodesorbsiya üsulundan istifadə edərkən analiz edilən zərərli maddənin termiki davamlığını da nəzərə almaq lazımdır.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə