Ətraf müHİTİn monitoriNQİ


Xromatoqrafik analizə təsir edən əsas faktorlar aşağıdakılardır



Yüklə 164,68 Kb.
səhifə17/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
ƏMM.müh.

Xromatoqrafik analizə təsir edən əsas faktorlar aşağıdakılardır:
1.Termostatın və dedektorun temperaturu.
2.Daşıyıcı qazın sürəti.
3.Xromatoqrafik kalonun uzunluğu.
4.Dedoktorun tipi.
5.Xromatoqrafik fazanın növü.
Qaz xromatoqrafiyasında aşağıdakı dedoktorlardan istifadə olunur.
1.Katarometr - maddələri qaynama temperaturlarına müvafik olaraq ayırır.
2.Alovlu ionlaşma dedektoru - analizin prinsipi maddənin hidrogen mühitində yandırılaraq alınan ionların analiz edilməsinə əsaslanmışdır.
3.Termiki ion dedektoru - analizin prinsipi yüksək temperaturun təsiri altında maddənin parçalanmasından alınan ionların analizinə əsaslanmışdır.
Xromatoqrafik analiz üsulu analiz edilən nümunəni həm kəmiyyətcə, həm də keyfiyyətcə xarakterizə etməyə imkan verir. Xromatoqrafik analiz istər sabit temperatur rejimində, istərsə də artan temperatur rejimində həyata keçirilə bilər.Əgər nümunənin tərkibindəki maddələrin qaynama temperaturları bir- birinə çox yaxındırsa, onda analiz sabit temperatur şəraitində aparıla bilər.Əks halda artan temperatur rejimindən istifadə edilməlidir. Artan temperatur rejimində analiz apararkən istifadə edilən xromatoqrafik fazanın tərkibindən maye fazanın qaynama temperaturunu nəzərə almaq lazımdır.
HAVANIN EKSPRES ANALİZİ ÜSULLARI: - Tanış olduğumuz bütün - fiziki analiz üsulları zərərli maddələrin havadakı qatılığını yüksək dəqiqliklə təyin etməyə imkan verir. Lakin analiz cihazlarının işçi rejiminə gətirilməsinə və analizin nəticələrinin əldə edilməsinə nisbətən çox vaxt sərf olunur. İstehsalatda , qəzalar baş verdikdə ərazidəki havanı analiz edərək,qısa müddətdə zərərli maddələrin havadakı qatılığını təyin etmək tələb olunur. Bu cür hallarda ekspres analiz üsullarından istifadə olunur. Ekspres analiz üsuluna misal olaraq indiqator borucuqlar vasitəsilə analiz üsulunu göstərmək olar.
İndiqator borucuqlar əsasən şüşədən hazırlanır və onların içərisinə xüsusi üsullarla hazırlanmış adsorbent doldurulur, borucuğun ucları qızdırılaraq lehimlənir.Adsorbent hazırlamaq üçün təbii və ya sintetik məsaməli bərk daşıyıcı üzərinə müvafiq kimyəvi tərkibə malik olan aktiv maddələr hopdurulur.Analizi aparmaq üçün indiqator borucuğun hər iki ucu xüsusi kəsici alətlə kəsilir və borucuqdan hava nəql etdirilir.Analiz nəticəsində indiqator borucuğun içərisindəki adsorbentin rəngi dəyişir.Rəngin dəyişməsi effektinə və rəngin intensivliyinə əsasən zərərli maddənin havadakı qatılıgı müəyyən olunur.
Rəngin dəyişməsi prinsipinə görə indiqator borucuqlar iki qrupa bölünür:
1.Kalorik indikator borucuqlar.
2.Xətti- kalorik indikator borucuqlar.
Birinci növ indikator borucuqlar vasitəsi ilə analiz apararkən adsorbentin ümumi həcmi rəngə boyanır və zərərli maddənin atılığı rəngin intensivliyinə əsasən təyin edilir. Bunun üçün qatılığın rəng intensivliyindən asılılığı şkalasından istifadə olunur. İkinci növ indikator borucuqlar vasitəsi ilə analiz apararkən adsorbentin müəyyən həcmi rəngə boyanır və zərərli maddənin qatılığı rəngə boyanmış adsorbentin uzunluğuna görə təyin edilir. Bunun üçün qatılığın rəngə boyanma uzunluğundan asılılığı şkalasından istifadə olunur. İstərsə rəng intensivliyinin qatılıqdan asılılıq şkalası, istərsə də rəngə boyanma uzunluğunun qatılıqdan asılılıq şkalası laboratoriya şəraitində süni qarışıqlarla aparılmış təcrübələrin nəticəsinə əsasən tərtib edilir və müvafiq indikator borucuqlar dəsti ilə birlikdə verilir.Bundan başqa, indikator borucuqların diametri, onların içərisinə doldurulan adsorbentin miqdarı, adsorbentin üzərinə hopdurulan aktiv maddələrin miqdarı da təcrübi yolla müəyyən edilir. İndikator borucuqları hazırlayarkən adsorbent kimi silikagellərdən, seolitlərdən, alüminium oksiddən, xromatoqrafik fazalardan istifadə olunur. İndikator borucuqların lehimlənmiş üclarını kəsici vasitəsi ilə kəsdikdən sonra bir dəqiqədən gec olmamaq şərti ilə analiz aparılmalıdır.
EKSPRES ANALİZ ÜSULUNUN ÜSTÜNLÜKLƏRİ aşağıdakılardır:
1.Qısa müddətdə və yerindəcə analizin nəticəsini əldə etməyə imkan verir.
2.Çox sadə üsul olduğu üçün heç bir ilkin hazırlığı olmayan şəxslər tərəfindən həyata keçirilə bilir.
3.Analiz üçün istifadə olunan avadanlıqların ölçüsü kiçik və dəyəri azdır.
4.Həssaslığı və dəqiqliyi yüksəkdir.
5. Analizə başlamaqdan qabaq avadanlığı hazırlamaq tələb olunmur.
6. Analizi həyata keçirmək üçün enerji mənbəyi tələb olunmur.
Dəqiqlik sinfinə görə indikator borucuqlar iki yerə bölünür:

  1. “A “ kateqoriyalı indikator borucuqlar.

Bu növ indikator borucuqlardan istifadə edərkən zərərli maddənin buraxıla bilən qatılıq həddinin bir misli və ondan yüksək qatılıqlarda buraxılan xəta 25% buraxıla bilən qatılıq həddinin 0,5 misli və ön aşağı qatılıqlarda isə buraxılan xəta 35%-dən çox olmur.

  1. “ B “ kateqoriyalı indiqator borucuqlar.

Bu növ indiqator borucuqlardan istifadə edərkən zərərli maddənin buraxıla bilən qatılıq həddinin bir misli və ondan yüksək qatılıqlarda buraxılan xəta 25%, buraxıla bilən qatılıq həddinin 0,5 misli və ondan aşağı qatılıqlarda isə buraxılan xəta 50%-dən çox olmur.
Qəbul edilmiş beynəlxalq standartlara görə isə ətraf mühitin temperaturu 15÷30 0S, atmosfer təzyiqi 90÷100 kPa, havanın nuisbi nəmliyi 15÷80% olduqda zərərli maddənin buraxıla bilən qatılıq həddinin 0,5÷2 misli qatılıqlarından buraxılan xəta 25%-dən çox olmamalıdır.
Zərərli maddənin ekspres analiz sulu ilə müəyyən edilmiş qatılığını normal şəraitə gətirmək üçün aşağıdakı bərabərlikdən istifadə etmək olar:
Cn = Ct۰ ( t + 273)

Burada Ct – zərərli maddənin indiqator borucuq vasitəsi ilə “t” temperaturunda və “P” təzyiqində müəyy\n edilmiş qatılığıdır, K - havanın nəmliyini nəzərə alan əmsaldır.


İndiqator borucuqlarda alınan rəng effekti təyin edilən zərərli maddənin və adsorbentə hopdurulmuş aktiv maddədən asılı olaraq müxtəlif olur. Məsələn, havadakı CO2 –nin qatılığını təyin edərkən icərisinə qələvi məhlulu hopdurulmuş adsorbentə doldurulmuş indiqator borucuqdan istifadə edilir və rəng mavidən ağa dəyişir. SO2-in havadakı qatılığının təyin edilməsi yod iştirakı ilə oksidləşmə reaksiyasına əsaslanmışdır və indiqator borucuğun içərisində adsorbentin rəngi qonurdan ağa dəyişir və sair. Havanı indiqator borucuqdan nəql etdirmək üçün isə silfonlu aspiratordan, əl hava nasosundan və digər mexaniki vasitələrdən istifadə etmək olar. Hazırda bütün iş növbəsi ərzində zərərli maddənin qatılığını müəyyən etmək üçün xüsusi indiqator borucuqlar da istehsal edilir.
İndiqator borucuqlardan istifadə olunması əsasən işləyən xüsusi universal qaz analizatorlarında işlənib hazırlanmışdır. Buna misal olaraq UQ –2 tipli qaz analizatorunu göstərmək olar. Bu qaz analizatorları hava nəql edici vasitə, indiqator borucuqlar dəsti, rəng intensivliyi şkalaları, köməkçi borucuqlar ( havanın qurudulması üçün ) təchiz olunurlar.
İşçi zamanın atmosfer havasında zərərli maddələrin qatılığına fasiləsiz olaraq nəzarət etmək üçün avtomatik qaz analizatorlarından istifadə olunur. Bu növ qaz analizatorlara aşağıdakılar aiddir:
1.Termokimyəvi qazanalizatorlar. Bu qaz analizatorlarının iş prinsipi zərərli maddənin oksidləşməsi reaksiyasının istilik effektinin ölçülməsinə əsaslanmışdır.
2.Alovlu ion analizatorları. Bu qaz analizatorlarının iş prinsipi hidrogen mühitində zərərli maddənin yanacaq ionlar əmələ gətirməsinə və bunun nəticəsində alınan müvafiq elektrik siqnalının ölçülməsinə əsaslanmışdır.
3.Qığılcımlı siqnalizatorlar.Bu qaz analizatorlarının iş prinsipi zərərli zmaddə buxarlarının hava ilə qarışığının elektrik qığılcımı təsiri altında partladılması effektinə əsaslanmışdır.
Bununla yanaşı olaraq fotokalorimetrik, elektrokimyəvi, ionlaşma hava qaz analizatorlarından da geniş istifadə edilir.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə